DİN-dən narkotik satanlarla bağlı iddialara CAVAB
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli şübhəli şəxslərin azadlığının məhdudlaşdırılması qanunla tənzimlənir.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli şübhəli şəxslərin tutulub-buraxılması ilə bağlı iddialarına aydınlıq gətirkən deyib.
"Suallar var – ziddiyyətli, düzgün olmayan açıqlamalara, şərhlərə rast gəlinir ki, polis hansısa narkotik satışını həyata keçirən şəxsi tutur və sonradan sərbəst buraxır. Halbuki bu fikirlər qəsdən narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslərin və onların yaxın çevrəsinin iddialarıdır. Bu iddialar hüquqi baxımdan məlumatsız şəxslərin düşüncəsində çaşqınlıq yaradır. Nəzərə alınmalıdır ki, inzibati xətalar və cinayət qanunvericiliyinin müvafiq maddələrinə əsasən cəza "az miqdarda", "xeyli miqdar", "xüsusilə külli" miqdarlarla bağlı normaya uyğun təyin olunur.
Çaşqınlıq yaradan əsas xüsusları nəzərdən keçirək. İnzibati qanunvericiliyə görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati cəzanın həbs növündə yuxarı həddi iki aydır", - E.Hacıyev bildirib
DİN rəsmisinin sözlərinə görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən şəxs ən az bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:
"Suallar yaradan məqam "azadlığın məhdudlaşdırılması", "azadlıqdan məhrum etmə" anlayışlarıdır. Azadlığın məhdudlaşdırılması həbs növündə deyil, digər qətimkan növünə – ev dustaqlığı, girov, başqa yerə getməmək barədə iltizam, şəxsi zaminlik, təşkilatın zaminliyi, polisin nəzarəti altına vermə, yetkinlik yaşına çatmayanı nəzarət altına vermə, komandanlığın müşahidəsi altına vermə, vəzifədən kənarlaşdırma daxildir.
Azadlıqdan məhrumetmədə isə şəxs cəzasını məhkəmə hökmü əsasında məntəqə tipli, ümumi, ciddi, xüsusi tipli cəzaçəkmə məntəqələrində və ya həbsxanada çəkir.
Qaldı ki, digər halda əməldə residiv (təkrar eyni tərkibli cinayət əməli) varsa, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxsin satış həyata keçirməsi sübuta yetirilibsə həmin şəxsin cəzasının ən aşağı həddi üç, yuxarı həddi on iki ilədək olmaqla azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cəzanın yuxarı həddi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda törədildikdə, kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə töfsif olunur. Daha bir xüsus isə narkotik vasitənin digər şəxsə bəxşiş-hədiyyə kimi versə belə, bu da satış kimi istintaq olunur. Bununla bağlı Ali Məhkəmə Plenumunun müvafiq qərarı var.
Qeyd olunanları nəzərə nəzərə alaraq, diqqətə çatdırırıq ki, daxili işlər orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli heç bir fakta etinasız yanaşılmır, cəzanın labüdlüyi prinsipi təmin olunur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
Xəmir kimi alınan düyünü xilas etməyin sirri: Qazana sadəcə 2 tikə qoyun
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI
Ərdoğandan təbrik mesajı: "Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik" - Foto
Prezidentdən Valeh Ələsgərovla bağlı - Sərəncam
İranın hərbi dəstəyinin Husilərin ərazi qazanclarına və Səudiyyə Ərəbistanına hücumlara təkan verdiyi deyilir