Putinə asi çıxan üçüncü ledi - ONU TANI

Putinə asi çıxan üçüncü ledi - ONU TANIOnu indidən dünya siyasətinin yeni "Dəmir ledisi" adlandırırlar. Amma taleyin işinə bax ki, Britaniya tarixinin üçüncü qadın baş naziri seçilmiş Liz tələbə olanda məhz "Dəmir ledi"nin, Marqaret Tetçerin siyasətinə qarşı keçirilən aksiyalarda faəl iştirk edirmiş.

47 il əvvəl iyulun 26-da Oksfordda riyaziyyatçı professor və tibb bacısının ailəsində dünyaya gəlmişdi Liz: Meri Elizabet Trass. Lidsdə orta məktəbi bitirdikdən sonra Oksford universitetində təhsil almışdı. Siyasi baxışlarına görə, əvvəllər liberal demokratlara qoşulmuşdu. Amma sonralar Mühafizəkarlar Partiyasını seçmişdi.

19 yaşında siyasətə qatılmışdı. 2001 və 2005-ci illərdə iki dəfə parlamentə düşmək uğrunda mübarizə aparsa da, buna nail ola bilməmişdi. O, bir də 2010-cu ildə istəyinə çatmışdı. 5 il sonra isə yenidən mövqeyini saxlaya bilmişdi.

Devid Kemeronun baş nazirliyi dönəmində hökumətə da daxil olmuş, ətraf mühitin mühafizəsi naziri postunu tutmuşdu. Bundan sonra da mühafizəkarların hökumətində müxtəlif illərdə müxtəlif vəzifələr tutmuşdu.
2021-ci ildə o, artıq Britaniyanın xarici işlər idarəsinə başçılıq edirdi. Trassın dövründə Britaniya Xarici İşlər Nazirliyi Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq edib. O, Rusiyanın Ukraynaya təcavüzündə Kiyevi ən qəti dəstəkləyən, Rusiyaya qarşı daha sərt davranmağa çağıran siyasətçilərdən biridir. Məhz buna görə də, onun yeni "Dəmir Ledi" olmaq istədiyi güman edilir.

Boris Consonun istefasından sonra Böyük Britaniyanın yeni Baş nazirinin seçilməsi dünya siyasi gündəmində əsas müzakirə mövzusu idi. Mühafizəkarların lideri seçkiləri sentyabrın 2-də başa çatdı. Nəticələrin elan edilməsi mərasimi Böyük Britaniya paytaxtının mərkəzində yerləşən Kraliça II Yelizaveta Konqres Mərkəzində "Sky News"la canlı yayımlanırdı. Qeyd edək ki, Liz Trass səslərin 57, 4 faizini toplamaqla rəqibini, Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunakı geridə qoyaraq seçkinin qalibi oldu. O, Böyük Britaniyanın 78-ci və Kraliça II Yelizavetanın dövründə isə 15-ci baş naziri seçildi. Liz eyni zamanda, Marqaret Tetçer və Tereza Meydən sonra Nazirlər Kabinetinə rəhbərlik edən üçüncü qadın oldu.

Yeni baş nazirin Marqaret Tetçer kimi kimi sərt siyasət yürütmək niyyətində olacağı artıq sirr deyil. Təsadüfi deyil ki, onun ilk zəngi Ukrayna lideri Zelenskiyə oldu. O, prezidentə açıq mətnlə bildirdi ki, Londonun Kiyevə dəstəyi Conson dövründən heç də az olmayacaq. Bir sözlə, Britaniya öz xarici siyasətinin arxasındadır.
EKspertlərin fikrincə Baş nazirin Rusiya Prezidenti Putinlə də isti münasibətdə deyil. Ümumiyyətlə, Liz Trass uzun illər ərzində anti-Rusiya mövqeli Britaniya xarici işlər naziri hesab olunurdu.

Trass indidən maraqlı gedişləriylə diqqət çəkir. O, bahalaşan elektrik enerjisi xərcləri fonunda yerli sahibkarlara büdcədən 40 milyard funt sterlinq ayrılacağını deyib. Bundan başqa, o qeyd edib ki, lazım gələrsə, nüvə silahından istifadə etməyə hazırdır. "Hesab edirəm ki, bu, baş nazirin mühüm vəzifəsidir. Mən bunu etməyə hazıram". T

Trassın seçkilərdən əvvəl verdiyi açıqlamalar da geniş ictimaiyyətin böyük marağına səbəb olmuşdu. O, rəqibi R.Sunakdan fərqli vergiləri azaldacağını vəd etmişdi. Bundan əlavə, Trassın açıqladığı vədlər arasında dövlət xərclərinin ümumi auditini aparmaq, eyni zamanda, firmalar üçün sadələşdirilmiş qaydalar yaratmaq fikirləri də yer alırdı.

Liz Trass maliyyəçi Xyu O'Liri ilə ailə qurmuşdu. Onların Frensiz və Liberti adlı qızları var.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1551   Tarix: 09 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

Səudiyyə Ərəbistanı sahillərindəki Əl-Cübeyl şəhərindən 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərminin atəşinə məruz qalıb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinə (UKMTO) istinadən məlumat yayıb. İdarənin məlumatın

17 oktyabr
.

Ərdoğan: "Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq"

"Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq. Sanki üzən sənaye müəssisəsi olan "Osman Gazi"ni iş yerinə - Qara dənizə yola salırıq". -ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Osman Gazi" üzən istehsa

17 oktyabr
.

Moskvada bank qarətinin üstü 11 il sonra DNT analizi ilə açıldı

Rusiyanın paytaxtı Moskvada 2015-ci ildə törədilmiş bank qarətinin üstü müasir DNT analizləri sayəsində 11 il sonra açılıb. Şübhəlinin şəxsiyyəti məhkumların planlı genom qeydiyyatı zamanı müəyyən edilib. bu barədə REN TV-yə istinadən xəbər verir. Cinayət 2015-ci ildə Varşava şosesində yerləşən ban

17 oktyabr
.

ABŞ-də süni intellektlərin bloklanması üçün qanun layihəsinin irəli sürülməsinə başlanılıb

"Anthropic" şirkəti yaydan bəri ABŞ Konqresində süni intellekt sistemlərinin tənzimlənməsi üçün qanun layihəsi irəli sürüb. "Report"un məlumatına görə, bu barədə "Politico" mənbələrə istinadən xəbər verib. Qanun layihəsi hökumətə süni intellekt modellərinin buraxılışın

17 oktyabr
.

Meksikada üç turistin qətlinə görə şok hökm

Meksika məhkəməsi iki avstraliyalı qardaşı və onların amerikalı dostunu qətlə yetirməkdə təqsirli bilinən üç nəfərin hər birini 158 il 9 ay müddətinə azadlıqdan məhrum edib. xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Qətlə yetirilən şəxslərin Ceyk və Kallum Robinson qardaşları

18 oktyabr
.

Pakistan ordusu Əfqanıstanla sərhəddə ağır silahlardan istifadə edib

Pakistan Silahlı Qüvvələri Əfqanıstan hərbçilərinin Kurram sərhəd bölgəsində açdığı atəşə cavab olaraq ağır silahlardan istifadə edib. "Report" xəbər verir ki, bu barədə Pakistanın dövlət televiziyası "PTV" məlumat yayıb. "Pakistan ordusu Kurram sektorunda Əfqanıstan Talibanını

18 oktyabr
.

Vens: ABŞ qüvvələrinin Hörmüzdə olması benzin qiymətlərinin artmasının qarşısını alır

Əgər Amerika hərbçiləri Hörmüz boğazı bölgəsinə göndərilməsəydi, ABŞ-də benzin qiymətləri dəfələrlə yüksək olardı. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "CBS" telekanalına müsahibəsində bildirib. "Benzin qiymətləri çox yüksəkdir. Əgər ABŞ Hərb

18 oktyabr
.

Britaniya səfiri: Azərbaycanla tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram

Böyük Britaniya və Şimali İrlandiyanın Bakıdakı səfiri Dunkan Norman Azərbaycanı müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbrik edib. "Report" xəbər verir ki, səfir təbriki "X" sosial şəbəkə hesabında paylaşıb. "Bu gün Azərbaycan dövlət müstəqilliyinin bərpasını

18 oktyabr
.

Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib

Vaşinqtonun əvvəlki hərbi müdaxilə siyasəti faydasız idi. "Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Corciyada tərəfdarları qarşısında çıxışında bildirib. "Əvvəllər biz içəri girir, insanları bombalayır və sonra çıxırdıq. Bilirsiniz, bu nə idi? Biz həyatları məhv etdik

17 oktyabr