Üç qurum arasında memorandum imzalandı
Əhalinin tibbi sığorta imkanlarının artırılması məqsədilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyi arasında "Əməkdaşlıq haqqında Memorandum" imzalanıb.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Sənədi səhiyyə naziri Teymur Musayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev və "Azərbaycan Sığortaçılar Assosiasiyası" Müşahidə Şurasının sədri Azər Əliyev imzalayıblar.
Əhalinin sağlamlığının qorunması, tibbi sığorta imkanlarının artırılması nəticəsində səhiyyə xidmətlərinin səmərəli təşkili, bu sahədə dayanıqlı iqtisadi inkişafa nail olunması, dövlət və özəl sığorta subyektləri arasında əməkdaşlıq münasibətlərinin inkişafı Memorandumun əsas məqsədlərindəndir. Sənəddə həmçinin Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və özəl sığorta şirkətləri arasında əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, məlumat mübadiləsinin və maarifləndirmə tədbirlərinin təşkili və digər zəruri tədbirlərin həyata keçirilməsi əks olunub.
Memorandumda qeyd olunan bəndlərin icrası məqsədilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin təqdimatı əsasında özəl sığorta şirkətlərinin nümayəndələrindən ibarət İşçi Qrup yaradılır.
İşçi Qrupuna tibbi sığorta sahəsində dövlət-özəl sektor əməkdaşlığı, icbari tibbi sığorta ilə əhatə olunan tibbi xidmətlər sahəsində maarifləndirici təlimlərin təşkili, özəl sığorta şirkətlərinin icbari tibbi sığorta ilə əhatə olunmayan tibbi xidmətlər üzrə sığorta təkliflərinin verilməsində maraqlarının artırılması ilə bağlı tədbirlərin görülməsi, tamamlayıcı tibbi sığorta sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, inzibatçılığın tətbiqi zamanı qarşıya çıxan problemlərin araşdırılması və həllinə dair təkliflərin verilməsinin təmini tapşırılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 711 Tarix: 09 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qurbanlıq bazarında YENİ QAYDALAR qüvvəyə mindi
Artıq Qurban bayramı yaxınlaşır. Bu il heyvan bazarlarında qaydalar daha da sərtləşdiriləcək və bəzi heyvanların satışına icazə verilməyəcək. Mövzu ilə bağlı Qida Təhlükəsizliyi İnstitutunun İdentifikasiya və İzlənilmə Mərkəzinin direktoru Yavər Məmmədov bildirib ki, heyvan bazarları yoluxucu xəstəlikləri
3 mayİldırımın vurub öldürdüyü gəncin - Fotosu
Xəbər verdiyimiz kimi, dünən saat 17 radələrində Lerik rayonunda ildırım vurması nəticəsində bir nəfər həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, 21 yaşlı Cəfər Əbdül oğlu Mirzəzadənin fotosunu yayıb. Qeyd edək ki, ildırım C.Mirzəzadəni evinin həyətində vurub
4 maySabah 23 dərəcə isti olacaq
Bakıda mayın 5-də havanın 19, rayonlarda 23 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəz
4 mayAzərbaycanda pul verib əsgər getməmək mümkün OLACAQ?
Azərbaycanda 18 yaşına çatmış vətəndaşlar "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna uyğun olaraq müddətli həqiqi hərbi xidmətə cəlb edilirlər. Müəyyən hallarda (məsələn, təhsil, sağlamlıq durumu və s.) qanunla nəzərdə tutulmuş əsaslarla hərbi xidmətə çağırışa möhlət verilə bilər. Bir sır
3 mayBu rayonda bəzi ərazi vahidlərinin adı dəyişdiriləcək
Quba rayonunun bəzi ərazi vahidlərinin adları dəyişdiriləcək. Trend-in məlumatına görə, bununla bağlı qanun layihəsi artıq Milli Məclisə daxil olub. Belə ki, "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" qanun layihəsi Milli Məclisinin Regional məsələlər komitəsini
4 mayHərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirib
Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə birlikdə nazirliyin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin N saylı hərbi hissəsində "Ulu Öndər irsi - dövlətçilik və ordu quruculuğunun təməli" mözvzusunda tədbir keçirib. Bu barədə -a Hərbi Prokurorluqda
4 mayQaraheybət təlim mərkəzində bədbəxt hadisə
Qaraheybət təlim mərkəzində bədbəxt hadisə baş verib. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, kursant M.Rüstəmov sursatla ehtiyatsız davranması nəticəsində vəfat edib. Faktla bağlı müvafiq araşdırmalar aparılır
4 mayAzərbaycanda istilik mövsümü uzadılır?
Yaz fəslinin ortaları olmasına baxmayaraq, Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə yağışlı və küləkli günlərin davam etməsi əhali arasında istilik tələbatını yenidən aktuallaşdırıb. Bir çox mənzillərdə istilik cihazlarının hələ də istifadədə qalması mövcud vəziyyəti
4 may