Şimali Koreyadan YENİ QANUN: Ölkəyə atılan istənilən raketə nüvə silahı ilə cavab verilsin

Şimali Koreyadan YENİ QANUN: Ölkəyə atılan istənilən raketə nüvə silahı ilə cavab verilsinKoreya Xalq Demokratik Respublikası (KXDR) qanunvericilik səviyyəsində özünü nüvə dövləti elan edib. Belə ki, Şimali Koreyanın 14-cü Ali Xalq Assambleyasının sessiyasında rəsmi olaraq "Nüvə silahı ilə bağlı siyasət" adlı fərman qəbul edilib.

Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Qanuna əsasən, ölkə ona oxşar silahlardan və ya digər kütləvi qırğın silahlarından istifadə etməklə hücum ediləcəyi, eləcə də bu cür hücumun qaçılmaz təhlükəsi olduğu halda nüvə zərbəsi ilə cavab verəcək.

"Milli nüvə qüvvələrinin komandanlıq və nəzarət sistemi düşmən qüvvələrin hücumu təhlükəsi altında olarsa, avtomatik olaraq dərhal nüvə zərbəsi endiriləcək", - deyə mətndə bildirilir.

Sənəd 11 bənddən ibarətdir. Onlar nüvə silahının təyinatı, nüvə qüvvələrinin tərkibi, onlara komandanlıq və nəzarət haqqında müddəaları ehtiva edir. Bundan əlavə, qaydalar nüvə silahının istifadəsi ilə bağlı qərarların icrası məsələlərini tənzimləyir. Fərmanda onun tətbiqinin, səfərbər edilməsinin, təhlükəsiz saxlanması və mühafizəsinin, kütləvi gücləndirilməsinin, yenilənməsinin və s. prinsip və şərtləri açıqlanıb.

KXDR lideri Kim Çen In Şimali Koreya parlamentinin iclasında çıxışı zamanı bildirib ki, ölkənin nüvə statusu indi geriyədönməzdir və ölkənin nüvəsizləşdirilməsi ilə bağlı müzakirələr artıq mənasızdır.

Respublika başçısı əlavə edib ki, Şimali Koreya ölkənin müdafiəsini sarsıtmağa və hökumətini devirməyə çalışan ABŞ-a görə heç vaxt nüvə silahından imtina etməyəcək.

Qeyd edək ki, BMT və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Şimali Koreyanın 2017-ci ildən bəri ilk dəfə olaraq nüvə sınağını keçirməyə hazırlaşmasından ehtiyat edir. Bunu ölkənin şimalındakı "Pungeri" yeraltı sınaq poliqonunda son aylarda qeydə alınan aktivlik göstərir. Peyk görüntülərindən aydın olur ki, 2018-ci ildə ABŞ ilə nüvəsizləşdirmə danışıqları zamanı sökülən tunellər təmir edilir və strukturlar yenidən qurulur. Onu da xatırladaq ki, KXDR 2006-2017-ci illərdə "Pungeri" poliqonunda altı nüvə sınağı həyata keçirib./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1123   Tarix: 10 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ-də süni intellektlərin bloklanması üçün qanun layihəsinin irəli sürülməsinə başlanılıb

"Anthropic" şirkəti yaydan bəri ABŞ Konqresində süni intellekt sistemlərinin tənzimlənməsi üçün qanun layihəsi irəli sürüb. "Report"un məlumatına görə, bu barədə "Politico" mənbələrə istinadən xəbər verib. Qanun layihəsi hökumətə süni intellekt modellərinin buraxılışın

17 oktyabr
.

Sankt-Peterburqda meymunçiçəyi şübhəsi ilə beş nəfər xəstəxanaya yerləşdirildi

Sankt-Peterburqda mümkün meymunçiçəyi (Mpox) halı ilə bağlı beş nəfər xəstəxanaya yerləşdirilib və həkim nəzarətinə götürülüb. xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un Sankt-Peterburq və Leninqrad vilayəti üzrə idarəsi bildirib. "Epidemioloji araşdırma çərçivəsində təmasda olan şəxsləri

17 oktyabr
.

Əraqçi: İƏT fikir ayrılıqlarının həllində ciddi rol oynamalıdır

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) fikir ayrılıqlarının həllində daha ciddi rol oynamalıdır. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Tasnim" əməkdaşının müvafiq sualına cavab verərkən bildirib. Əraqçi təşkilatın İslam dünyasının məsələlərinə dah

18 oktyabr
.

Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır

Misir müvafiq müraciət daxil olacağı təqdirdə Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır. "Report" "Al-Ahram" qəzetinə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzun buraxılışı mərasimində çıxış

18 oktyabr
.

Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib

Fransa Prezidenti Emmanuel Makron qiymət artımına qarşı kütləvi etirazlar zamanı baş verən iğtişaşları kəskin pisləyib və talanlarda, eləcə də dövlət müəssisələrinə hücumlarda iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib. "Report" xəbər verir ki, Fransa lideri bu barədə "X"

18 oktyabr
.

Hindistanda Xalq Tarakanlar Partiyası hərəkatının lideri saxlanıldı

Hindistan polisi Xalq Tarakanlar Partiyası hərəkatının lideri Abxicit Dipkeni nəzarət altına alıb. Bu barədə "India Today" nəşrinə istinadən məlumat verir. "Dipke iki dəfə Konnot-Pleysdə (Nyu-Delhi rayonu) Mərkəzi parkı ziyarət etməməsi ilə bağlı qadağanın olduğu bildiriş göndərilib, laki

17 oktyabr
.

İran ordusu: Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır

Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran Ordusunun Hərbi Dəniz Qüvvələrini (HDQ) məlumat yayıb. "Bu gün günorta saatlarında Hörmüz boğazının şərq hissəsini daim müşahidə və nəzarətdə saxlayan İran Ordusunun Hərb

18 oktyabr
.

Vens: ABŞ qüvvələrinin Hörmüzdə olması benzin qiymətlərinin artmasının qarşısını alır

Əgər Amerika hərbçiləri Hörmüz boğazı bölgəsinə göndərilməsəydi, ABŞ-də benzin qiymətləri dəfələrlə yüksək olardı. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "CBS" telekanalına müsahibəsində bildirib. "Benzin qiymətləri çox yüksəkdir. Əgər ABŞ Hərb

18 oktyabr
.

Ali Radanın deputatı Zelenskinin varisini açıqladı

"Volodimir Zelenskidən sonra Ukrayna prezidenti vəzifəsini ancaq parlamentin sədri icra edə bilər". xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk özünün "Telegram" kanalında bildirib. "Mövcud konfiqurasiyada Ukrayna rəhbərliyinə heç bir başqa təyinat olmayacaq

18 oktyabr