Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Fransa Prezidenti Emmanuel Makron qiymət artımına qarşı kütləvi etirazlar zamanı baş verən iğtişaşları kəskin pisləyib və talanlarda, eləcə də dövlət müəssisələrinə hücumlarda iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib.
"Report" xəbər verir ki, Fransa lideri bu barədə "X" sosial şəbəkəsindəki paylaşımında yazıb.
"Respublikamızda zorakılığa yer yoxdur. Talanlarda iştirak edən, prefekturalara və mağazalara hücum edən, o cümlədən meriya binalarında oğurluqla məşğul olan şəxslər məsuliyyətə cəlb ediləcək və cəzalandırılacaqlar", - Makron qeyd edib.
Prezident vurğulayıb ki, radikal düşüncəli aksiya iştirakçılarının hərəkətləri dinc nümayişçilərin öz tələblərini ifadə etməsinə mane olur. O, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına dəstəyini ifadə edərək, onları vətəndaşların nümayiş keçirmək hüququnun təminatçıları adlandırıb.
Fransanın daxili işlər naziri Loran Nünez isə iğtişaşlar zamanı ölkə üzrə azı 400 nəfərin saxlanıldığını bildirib. "Hazırda söhbət 400 saxlanılandan gedir. Lakin bu, yalnız ilkin məlumatdır", - nazir deyib.
Onun sözlərinə görə, saxlanılanların əksəriyyəti yetkinlik yaşına çatmış şəxslərdir. Nünez hüquq-mühafizə orqanlarının iğtişaşlarda iştirak edən, lakin hadisə yerindən qaçmağa müvəffəq olan şəxslərin kimliyini müəyyənləşdirmək və onları tapmaq istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.
Ən ciddi toqquşmalardan biri Lill şəhərində baş verib. "RTL" radiostansiyasının məlumatına görə, etirazçılardan ibarət qrup meriya binasının şüşə qapılarını sındıraraq içəri daxil olub. Aksiya iştirakçılarından bəziləri binanın daxilində dağıntılar törədib, daha sonra isə hadisə yerindən qaçıblar. Bir neçə dəqiqə sonra əraziyə polisin xüsusi təyinatlı bölmələri gəlib. Lillin mərkəzində də polis və bir neçə yüz nümayişçi arasında şiddətli toqquşmalar yaşanıb.
Yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi etiraz aksiyaları oktyabrın 17-də Fransanın müxtəlif şəhərlərində keçirilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
Azərbaycanda yeni qanun qəbul ediləcək
Zəhərli hörümçək udan körpə qız komaya düşdü
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Əli Həsənova yeni vəzifə verilir
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu