TƏBİB Türkiyənin Pediatrik Təcili Tibbi Yardım və Reanimasiya Dərnəyi ilə Niyyət Bəyannaməsi imzalayıb
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və "Pediatrik Təcili Tibbi Yardım və Reanimasiya Dərnəyi" qeyri-hökumət təşkilatı arasında Niyyət Bəyannaməsi imzalanıb.
TƏBİB-dən Sonxeber.az-a bildirilib ki, Niyyət Bəyannaməsini TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və Pediatrik Təcili Tibbi Yardım və Reanimasiya Dərnəyinin rəhbəri Dinçer Yıldızdaş imzalayıblar.
Niyyət Bəyannaməsi tərəflər arasında bilik və təcrübə mübadiləsi, idarəetmə heyəti, mütəxəssis-həkimlərin və digər səhiyyə işçilərinin mübadiləsinə dəstək, səhiyyə işçilərinin qısamüddətli təlimlərə cəlb olunaraq bilik səviyyələrinin artırılmasının təşkil olunması, birgə əməkdaşlıq layihələrinin hazırlanması, müvafiq səhiyyə müəssisələri arasında əməkdaşlığın təmin edilməsinə dəstək, qarşılıqlı elmi-tədqiqat işlərinin aparılması üçün mühitin yaradılmasını və s. müəyyən edir.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov imzalanan Niyyət Bəyannaməsi çərçivəsində təşkil ediləcək konqres, konfrans, simpozium və s. kimi tədbirlərin uşaq xəstəlikləri üzrə təcrübə mübadiləsinin aparılmasında səmərəli nəticələr verəcəyini qeyd edib.
O, kritik vəziyyətdə olan uşaqlara anında tibbi müdaxilənin vacibliyini vurğulayıb: "Məqsədimiz təcili tibbi müdaxilə tələb edən bütün uşaqların ölkəmizdə ən keyfiyyətli müalicə almasını təmin etməklə uşaq ölümlərinin azaldılmasına töhfə verməkdir".
Pediatrik Təcili Tibbi Yardım və Reanimasiya Dərnəyinin rəhbəri Dinçer Yıldızdaş qarşılıqlı Fəaliyyət Planının hazırlanacağını bildirib. O qeyd edib ki, əməkdaşlıq çərçivəsində hər iki tərəf maddi və texniki bazadan müştərək olaraq istifadə edə bilər.
Məlumat üçün bildirək ki, Pediatrik Təcili Tibbi Yardım və Reanimasiya Dərnəyi 19 yanvar 1998-ci ildə "Təcili Pediatriya Assosiasiyası" olaraq yaradılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1027 Tarix: 09 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tələbələrin təqaüdləri artırılacaq?
Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini
18 oktyabr1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı
Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları
18 oktyabrTarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu
Yaponiya Meteorologiya Agentliyinin (JMA) proqram xətası ölkədə böyük həyəcana səbəb olub. "Qafqazinfo" xəbər verir ki, təcili xəbərdarlıq sistemi Rusiyanın Kamçatka yarımadasında baş verən real 6,9 bal gücündəki zəlzələni səhv emal edərək, təkanın gücünü tarixdə görünməmiş 9,9 bal kimi qiymətləndirib
17 oktyabrGəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?
Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say
18 oktyabrSürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi - Video
Xırdalan-Bakı marşrutu üzrə fəaliyyət göstərən avtobusda sərnişin və sürücü arasında narazılıq yaranıb. -ə istinadən xəbər verir ki, 119 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü ilə sərnişinlərdən biri arasında mübahisə baş verib. Sərnişinlərin bildirdiklərinə görə, yaranan gərginli
16 oktyabrKartdan karta bütün köçürmələr ÖDƏNİŞLİ OLDU - QİYMƏTLƏR
Azərbaycan Mərkəzi Bankının Banklararası Kart Mərkəzi (BKM) üzərindən həyata keçirilən kartdan karta köçürmə əməliyyatlarına görə tətbiq olunan xidmət haqları açıqlanıb. Tariflər köçürmənin məbləğindən və valyutasından asılı olaraq dəyişir. xəbər verir ki, tariflərə əsasən, milli valyutada həyata keçirilə
18 oktyabrBazarda meyvə-tərəvəz ucuzlaşdı
Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz
17 oktyabrAzərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib
18 oktyabr