Diananın evliliyini pozan Kamillanın və "yad qızı" Meqanın uşaqlarının statusu bəlli oldu - FOTO
Bir vaxtlar Uels şahzadəsi Diananın evliliyini pozmaqda qınanan Kamilla həyat yoldaşı kral III Çarlzın tacqoyma mərasimində yanında kraliça kimi yerini alacaq.
Məlumata görə, bu, kraliça II Elizabetin cari ilin fevralında taxta çıxmasının 70 illik yubileyi ərəfəsində dilə gətirdiyi səmimi istəyi olub. II Elizabet Çarlzın taxta çıxmasından sonra onun həyat yoldaşının kraliça-konsort kimi tanınmasını istədiyini bildirib.
"Vaxtı gələndə oğlum Çarlz kral olacaq. Əminəm ki, ona və xanımı Kamillaya mənə verdiyiniz dəstəyi göstərəcəksiniz; və mən səmimi qəlblə arzu edirəm ki, o vaxt gələndə Kamilla sadiq xidmətini davam etdirdiyi üçün kraliça-konsort kimi tanınsın", - deyə kraliça həmin vaxt yazmışdı.
Qeyd edək ki, mərhum şahzadə Diana müsahibələrinin birində Çarlzla evlilik müddətində ərinin Kamilla ilə uzun müddət davam edən sevgi münasibətinə görə "bu evlilikdə üçümüz var idik" deyə şikayət etmişdi. Bundan sonra Kamilla Britaniya ictimaiyyəti tərəfindən uzun müddət qınağa məruz qalmışdı.
Bundan əlavə, 2020-ci ilin aprelindən etibarən Britaniya kral ailəsinin üzvləri olmaqdan çıxan şahzadə Harri və həyat yoldaşı Meqan Marklın uşaqları Arçi Mauntbetten-Vindzor və Lilibet texniki olaraq şahzadə sayılırlar. Qeyd edək ki, ABŞ-a köçmək, işləmək və bizneslə məşğul olmaq hüququnu əldə etmək üçün onlar "əlahəzrət kral" titulundan, hökumətin maliyyələşdirməsindən və "Sussex Royal" ticarət nişanından imtina etməli olmuşdular.
Xatırladaq ki, Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-də övladları və nəvələrinin əhatəsində Şotlandiyanın Balmoral qəsrində vəfat edib./Oxu.az

Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1440 Tarix: 09 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əraqçi: İƏT fikir ayrılıqlarının həllində ciddi rol oynamalıdır
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) fikir ayrılıqlarının həllində daha ciddi rol oynamalıdır. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Tasnim" əməkdaşının müvafiq sualına cavab verərkən bildirib. Əraqçi təşkilatın İslam dünyasının məsələlərinə dah
18 oktyabrMisir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır
Misir müvafiq müraciət daxil olacağı təqdirdə Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır. "Report" "Al-Ahram" qəzetinə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzun buraxılışı mərasimində çıxış
18 oktyabrMakron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Fransa Prezidenti Emmanuel Makron qiymət artımına qarşı kütləvi etirazlar zamanı baş verən iğtişaşları kəskin pisləyib və talanlarda, eləcə də dövlət müəssisələrinə hücumlarda iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib. "Report" xəbər verir ki, Fransa lideri bu barədə "X"
18 oktyabrHindistanda Xalq Tarakanlar Partiyası hərəkatının lideri saxlanıldı
Hindistan polisi Xalq Tarakanlar Partiyası hərəkatının lideri Abxicit Dipkeni nəzarət altına alıb. Bu barədə "India Today" nəşrinə istinadən məlumat verir. "Dipke iki dəfə Konnot-Pleysdə (Nyu-Delhi rayonu) Mərkəzi parkı ziyarət etməməsi ilə bağlı qadağanın olduğu bildiriş göndərilib, laki
17 oktyabrİran ordusu: Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır
Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran Ordusunun Hərbi Dəniz Qüvvələrini (HDQ) məlumat yayıb. "Bu gün günorta saatlarında Hörmüz boğazının şərq hissəsini daim müşahidə və nəzarətdə saxlayan İran Ordusunun Hərb
18 oktyabrAli Radanın deputatı Zelenskinin varisini açıqladı
"Volodimir Zelenskidən sonra Ukrayna prezidenti vəzifəsini ancaq parlamentin sədri icra edə bilər". xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk özünün "Telegram" kanalında bildirib. "Mövcud konfiqurasiyada Ukrayna rəhbərliyinə heç bir başqa təyinat olmayacaq
18 oktyabr