Bakıda gənc müğənni hotelə apardığı xanım həmkarını niyə DÖYDÜ?

Bakıda gənc müğənni hotelə apardığı xanım həmkarını niyə DÖYDÜ?Bakının Binəqədi rayonunda 1995-ci il təvəllüdlü Camal Axundov tanışı Nərminə (adlar şərtidir – red.) xəsarətlər yetirib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə martın 7-də gecə saat 03.00-da baş verib.

Camal istirahət etdikləri hoteldə qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olduqdan sonra, Nərmin yaşadığı evə getməsini tələb edib. Bu səbəbdən onların arasında mübahisə yaranıb.

Mübahisə zamanı Camal Nərmini döyüb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Camal bildirib ki, Nərmini Dərnəgül yolunda yerləşən kafelərdən birində tanıyıb:

"Martın 6-da saat 20 radələrində həmin kafedə müğənni kimi oxuduğum zaman Nərmin ilə tanış oldum. O, həmin kafedə müğənni kimi oxuyub. Birlikdə bir neçə mahnı oxuduq. Sonra saat 21:00-da oxumaq üçün Nizami rayonu ərazisində yerləşən klublardan birinə dəvət edildim. Bu barədə Nərminə bildirdim. Onun da kluba getməsini istədim. Nərmin də razılaşdı. Birlikdə həmin kluba getdik".

Təqsirləndirilən şəxsin sözlərinə görə, saat 21:30-da kluba çatıblar və həmin klubda saat 00:00 kimi oxuyublar:

"Klub bağlandığı üçün oradan çıxmalı olduq. Klubda Elmir adlı şəxslə tanış olduq. Elmir içkili olduğum üçün avtomobilimi idarəetməyi təklif etdi. Mən isə başqa yerdə yeyib-içməyi təklif etdim.

Həmin vaxtı Elmirin yanında Validə adlı qız tanışı vardı. Yeyib-içmək barədə Nərminə təklif etdim. Nərmin də getməyə razı oldu. Hara gedəcəyimizi bilmədik".

Təqsirləndirilən şəxs deyib ki, sonra Elmirin "Land Rover" markalı avtomobilinə əyləşiblər və hotelin qarşısına gəliblər:

"Elmir dedi ki, hər yer bağlıdır, burada yeyib-içək. Birlikdə hotelə daxil olduq. Hoteldə iki otaq götürdük. Amma dördümüz bir otaqda əyləşdik, birlikdə yeyib-içdik".

Camal deyib ki, içki məclisi bitəndən sonra istirahət etmək üçün Nərmin ilə birlikdə digər sifariş verdikləri otağa keçiblər:

"Birlikdə qaldıqda Nərminə ondan xoşum gəldiyini dedim, onunla cinsi əlaqədə olmaq istədiyimi bildirdim. Nərminin razılığı ilə onunla cinsi əlaqədə olduq. Cinsi əlaqədə olduqdan sonra Nərmin onu evlərinə aparmağımı təklif etdi.

Nərminə dedim ki, yuxum gəlir, həmçinin də avtomobil Elmirindir, o, da öz otağında yatır və bu gün hoteldə qalaq, səhər birlikdə hoteldən çıxarıq. Nərmin isə təkidlə evə getmək istədiyini bildirdi. Buna görə onunla aramızda mübahisə yarandı. Nərminin şillə ilə qol və baldır hissələrinə iki-üç dəfə vurdum".

Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri gün saat 09:00-da birlikdə hoteldən çıxıblar:

"Nərmini yaşadığı Masazır qəsəbəsində yerləşən "Qurtuluş 93" ünvanına apardım. Nərmini maşından düşürdükdən sonra evimə getdim. Sonra Nərminin məndən şikayət etdiyini bildim".

Cinayət işi üzrə zərərçəkmiş Nərminin sözlərinə görə, işlədiyi kafedə Məryəm adlı müğənninin vasitəsilə Camal adlı müğənni ilə tanış olub:

"Həmin günü Camalla bir neçə dəfə mahnı oxuduqdan sonra onunla iş yoldaşı kimi münasibətlərimiz yarandı".

Nərmin daha sonra Camalın təklifi ilə klubda ifa etmələrindən, sonra hoteldə olan söhbətlərindən danışıb:

"Hoteldə yemək yedik, spirtli içki qəbul etdik. Orada canlı bir neçə Azərbaycan xalq mahnıların ifa etdim".

Nərmin sözlərinə görə, cinsi əlaqədə olduqdan sonra evə getmək istədiyini Camala deyib, Camal isə buna etiraz edərək onu döyüb.

O qeyd edib ki, ertəsi gün evinə gəlib və evdə bədəninə baxdıqda üzərində xəsarətlər olduğunu görüb:

"Bunu görəndə özümü bağışlamadım. Camalın başıma oyun açdığını fikirləşdim. Belə olan halda Camalın barəsində Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə ərizə ilə müraciət etdim. Ərizə verərkən hirsli olduğum üçün Camal tərəfindən hoteldə zorlandığımı bildirdim. Amma hazırda bildirirəm ki, Camalla öz razılığım ilə cinsi əlaqədə olmuşam".

Cinayət işinə Binəqədi rayon Məhkəməsində baxılıb. Məhkəmə hökm çıxaran zamanı təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişə dəymiş ziyanın ödənilməsini nəzərə alıb.

Bu səbəbdən məhkəmə Camalın barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2878   Tarix: 10 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tələbələrin təqaüdləri artırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini

18 oktyabr
.

1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları

18 oktyabr
.

Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu

Yaponiya Meteorologiya Agentliyinin (JMA) proqram xətası ölkədə böyük həyəcana səbəb olub. "Qafqazinfo" xəbər verir ki, təcili xəbərdarlıq sistemi Rusiyanın Kamçatka yarımadasında baş verən real 6,9 bal gücündəki zəlzələni səhv emal edərək, təkanın gücünü tarixdə görünməmiş 9,9 bal kimi qiymətləndirib

17 oktyabr
.

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

Azərbaycan Qış İdman Növləri Federasiyasının (AQİNF) baş katibi Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) vitse-prezidenti seçilib. "Report" xəbər verir ki, bununla bağlı AQİNF-nin mətbuat xidməti məlumat yayıb. Bu barədə qərar Polşanın Zakopane şəhərində keçirilən ISMF-i

17 oktyabr
.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

18 oktyabr
.

Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi - Video

Xırdalan-Bakı marşrutu üzrə fəaliyyət göstərən avtobusda sərnişin və sürücü arasında narazılıq yaranıb. -ə istinadən xəbər verir ki, 119 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü ilə sərnişinlərdən biri arasında mübahisə baş verib. Sərnişinlərin bildirdiklərinə görə, yaranan gərginli

16 oktyabr
.

Kartdan karta bütün köçürmələr ÖDƏNİŞLİ OLDU - QİYMƏTLƏR

Azərbaycan Mərkəzi Bankının Banklararası Kart Mərkəzi (BKM) üzərindən həyata keçirilən kartdan karta köçürmə əməliyyatlarına görə tətbiq olunan xidmət haqları açıqlanıb. Tariflər köçürmənin məbləğindən və valyutasından asılı olaraq dəyişir. xəbər verir ki, tariflərə əsasən, milli valyutada həyata keçirilə

18 oktyabr
.

Bazarda meyvə-tərəvəz ucuzlaşdı

Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz

17 oktyabr
.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

18 oktyabr