Ruslan Əliyev polkovnik-leytenant Təbriz Kərimovun ailəsini ziyarət etdi (VİDEO)
Ruslan Əliyev şəhid general-mayor Polad Həşimovun səngər yoldaşı, polkovnik-leytenant Təbriz Kərimovun ailəsini ziyarət edib.
Sonxeber.az Qaynarinfo-ya istinadla xəbər verir ki, SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ilə birgə polkovnik-leytenant Təbriz Kərimovun ailəsini ziyarət ediblər.
Təbriz Kərimov Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan Tovuz döyüşlərinin iştirakçısıdır. Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatlarının qarşısının qətiyyətlə alınmasında onun da müstəsna rolu olub. 24 ildir Azərbaycan ordusuna xidmət edən polkovnik-leytenant Təbriz Kərimov acı da olsa, bu döyüşlər zamanı general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digər neçə-neçə mərd, vətənsevər qəhrəmanların şəhidlik zirvəsinə ucaldığı anın canlı şahidi olub. Ölkə rəhbərliyi tərəfindən Vətən uğrunda canından keçərək qanı ilə tarix yazan şəhidlərimizin ailə üzvlərinə, sağlamlığını itirən qazilərə, habelə müharibə iştirakçılarına hər zaman xüsusi diqqət və qayğı göstərilir. SOCAR rəhbərliyi də bu kateqoriyadan olan müraciətlərə böyük önəm verir. Görülən işlər çərçivəsində polkovnik-leytenant Təbriz Kərimovun yaşadığı fərdi yaşayış evi SOCAR rəhbərliyinin tapşırığı ilə qısa müddət ərzində təbii qazla təmin edilib. Baş direktor görüş zamanı ailənin qayğıları ilə maraqlanaraq hər zaman onların müraciətlərinin icrasına hazır olduğunu qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 931 Tarix: 11 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah hava necə olacaq?
Azərbaycanda martın 8-də havanın arabir yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərd
7 martTünzalə Verdiyevaya yüksək VƏZİFƏ VERİLDİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyində yeni kadr təyinatı həyata keçirilib. -a istinadla xəbər verir ki, Tünzalə Müslüm qızı Verdiyeva Sosial Xidmətlər Agentliyinin müşaviri təyin edilib. Qeyd edək ki, bundan öncə Tünzalə Verdiyev
7 martBu avtobuslar yenilənir
Metronun "28 May" stansiyasını Sabunçu qəsəbəsi (68 nömrəli tam orta məktəb) ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, martın 9-dan "BakuBus" MMC xəttin istismarını həyata keçirəcək. xəbər verir ki, marşrut xəttində 30 böyüktutuml
7 martDepressiya ilə mübarizə aparmağın sadə və pulsuz - Yolu
Depressiya ilə mübarizə aparmağa kömək edən sadə və tamamilə pulsuz bir üsul məlum olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə psixiatr Daniel Aman məlumat verib. Onun sözlərinə görə, həftədə dörd dəfə 45 dəqiqə sürətli gəzinti antidepressant qəbul etməklə müqayisə edilə bilər. Psixiatr həmçini
5 martMüdafiə Nazirliyi 1 nömrəli səfərbərliyin nə olduğunu izah etdi
Ötən gün İranın Naxçıvana dron hücumundan sonra Təhlükəsizlik Şurasının iclasını keçirən Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin istənilən əməliyyatı keçirməyə hazır olmalı olduğunu vurğulayıb. "Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatl
6 martBakıda gənc qız itkin düşdü - Foto
Bakıda 21 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayon sakini Gülçin Novruzlu yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb. G.Novruzlu evdən çıxan zaman əynində qara rəngli şalvar və boz rəngli gödəkçə olub. Şəkildəki şəxsi görənlərdən və haqqınd
6 mart