Erməni toplumunu sarsıdan ETİRAF: Ermənistan ordusu yoxdur, Bakı şərtləri qəbul etdirəcək

Erməni toplumunu sarsıdan ETİRAF: Ermənistan ordusu yoxdur, Bakı şərtləri qəbul etdirəcəkErməni hərbi analitiklər 44 günlük savaşda darmadağın edilmiş Ermənistan ordusunun yenidən bərpa olunması istiqamətində heç bir addımın atılmadığını iddia edirlər... Bu isə o deməkdir ki, rəsmi Bakı hələ uzun illər Paşinyan hakimiyyətinə diqtə edəcək, öz şərtlərinin elə bir ciddi çətinliklə üzləşmədən qəbuluna nail olacaq...

Ermənistan cəmiyyəti 44 günlük II Qarabağ savaşında biabırçı məğlubiyyəti hələ də tam həzm edə bilməyib. Hətta erməni toplumu içərisində buna ümumiyyətlə, inanmaq istəməyənlər də var. Və belə ermənilər adətən, Ermənistanın tezliklə yeni savaşa başlayacağını, məğlubiyyətin əvəzini çıxacağını düşünürlər.

Təbii ki, reallıqdan uzaq, hələ də xəyallara bağlı ənənəvi erməni düşüncə tərzi ilk növbədə məhz Ermənistana ciddi problemlər yaradır. Ermənistanın inkişaf şanslarını boşa verilməsinə və daim savaş təhlükəsi altında qalmasına səbəb olur. Halbuki, Ermənistanın savaş meydanından sonra siyasi-diplomatik masada da ardıcıl məğlubiyyətləri erməni toplumuna düşüncə tərzini dəyişməyəcəyi təqdirdə, gözlənilən gələcəyi təxminən etmək imkanı açmalıydı.

Məsələ ondadır ki, proqmatik düşünə bilən istənilən şəxs savaş meydanında qələbəni yalnız yaxşı təlim keçmiş güclü ordunun təmin edə biləcəyini anlayır. Ancaq güclü orduya sahib olmaq üçün də önəmli şərtlərin ödənməsi vacibdir. Hər halda, inkişaf etmiş iqtisadiyyat və geniş maliyyə imkanları olmadan güclü ordu sadəcə, xəyallarda mövcud ola bilər. Və Ermənistan üçün məhz bu situasiya daha çox xarakterikdir.

Ermənistan blokada şəraitində olduğundan, iqtisadiyyatını inkişaf etdirmək şansına sahib deyil. İqtisadiyyatı həmişə böhran keçirən Ermənistan ordusunun gücü və qüdrəti isə yalnız ermənilərin inana biləcəyi miflərdən ibarət olub. Rusiyanın himayəsi sayəsində Azərbaycan ərazilərini 30 il işğal altında saxlaya bilməsi Ermənistanı həmin miflərin girovuna çevirib.

İndi II Qarabağ savaşında Ermənistan ordusu cəmisi 44 gün ərzində darmadağın edildikdən sonra erməni toplumu inanmaq istəmədiyi əsl reallıqla baş-başa qalıb. Çünki, məlum olub ki, Ermənistanda ordu hesab edilən struktur sadəcə, silahlı hərbi dəstələrdən başqa bir şey deyilmiş. Həmin hərbi dəstələrin silahları da Rusiya ordusuna lazım olmayan köhnəlmiş texnikadan ibarətiymiş.

Erməni politoloq Stepan Danielyan Ermənistan cəmiyyətinə mövcud vəziyyəti ən açıq şəkildə çatdırmağa çalışıb. O, bildirib ki, Ermənistan daha həm ordusu, həm də qüruru yoxdur: "Onlar Serji devirəndə, biz elə bilirdik ki, bunun yalnız Serj Sarkisyana dəxli var. Sonra məlum oldu ki, bu, belə deyilmiş".

S.Danielyan hesab edir ki, Paşinyan hakimiyyəti tədricən Ermənistan ordusunun sıradan çıxarılması ilə məşğul olub: "Onlar generalları həbs edəndə, elə bilirdik ki, ordudaki qanunsuz əməllərin qarşısı alınır. Bir qədər sonra anlamağa başladıq ki, əslində, əsl məqsəd ordu strukturlarının dağıdılmasıdır. Ancaq artıq çox gecdir. Çünki, Ermənistanın indi daha nə ordusu, nə qüruru, nə də özünüqoruma instinkti yoxdur. Və bundan sonra bizi bir-birimizə heç nə bağlamır".

Təbii ki, erməni politoloqun Ermənistan ordusunun artıq olmadığı barədə fikirlərində həqiqət payı olmamış deyil. Ancaq o, bütün günahı yalnız Paşinyan hakimiyyətinin üzərinə yüklənməyə çalışır. Halbuki, Ermənistan ordusunun indiki acınacaqlı durumu əsasən, II Qarabağ savaşında biabırçı şəkildə darmadağın edilməsi ilə birbaşa bağlıdır. Və rəsmi İrəvanın Ermənistan ordusunu yaxın gələcəkdə yenidən bərpa edə biləcəyi qətiyyən inandırıcı görünmür.

Buna əmin olmaq üçün erməni hərbi analitik Leonid Nersisyanın Ermənistan ordusunda mövcud olan vəziyyəti necə təsvir etməsinə diqqət etmək kifayətdir. Çünki, o, vurğulayıb ki, 44 günlük II Qarabağ savaşından sonra Ermənistan ordusunda demək olar, heç nə dəyişməyib: "Zabit heyəti arasında təlimlərin təşkili olduqca ciddi problem kimi qalır. Hərbi texnika itkiləri isə hələ də bərpa edilməyib. Halbuki, indiyə qədər raket sistemləri və artilleriya itkilərinin heç olmasa, yarısının bərpa edilməsi vacib idi. Rabitə və kəşfiyyat vasitələri barədə isə ümumiyyətlə, danışmağa dəyməz".

Erməni hərbi analitik fikrincə, əvvəlcə ordunun Ermənistana hansı məqsədlər üçün lazım olduğunu müəyyən etmək və məhz buna uyğun da islahatlar aparmaq, hərbi texnika almaq vacibdir: "Hazırda hərbi texnika almaq olduqca çətindir. Şərqi Avropa ölkələri Ukrayna savaşına xidmət edir. Rusiya da silaha möhtacdır və indiki situasiyada Ermənistana hərbi texnika verməz. Ən müasir silah sistemləri istehsal edən Qərb ölkələri ilə də Ermənistanın hərbi texnika ala biləcək münasibətləri yoxdur. Hindistandan silah alınması isə böyük riskdir".

L.Nersisyan təəssüflə qeyd edib ki, müasir savaş texnologiyaları sırasında əvəzedilməz yerə sahib olan PUA-lar isə Ermənistan üçün demək olar, əlçatmazdır: "Türkiyənin "Bayraktar", ABŞ-ın "Predator", Rusiyanın "Orion" tipli, 24 saat havada qala və bomba, raket daşıya bilən PUA-ları əldə etmək Ermənistan üçün real görünmür. Yəni, belə situasiyada rəsmi İrəvanın Azərbaycanın diqtə etdiyi şərtlərlə barışması qaçılmaz kimi görünür".

Göründüyü kimi, Ermənistan ordusu hələ uzun illər silahlı dəstə vəziyyəti ilə barışmalı olacaq. Müasir ordu olduqca bahalı dövlət strukturdur. Belə bir önəmli dövlət strukturuna sahib olmaq üçün külli miqdarda maliyyə vəsaiti tələb olunur. Güclü iqtisadiyyat olmadan isə həmin maliyyə qaynağının tapılması demək olar ki, mümkün deyil. Bu, o deməkdir ki, Ermənistan müasir hərbi texnikanı yalnız xəyal edə, reallıqdasa, Rusiyanın verəcəyi təqdirdə, köhnəlmiş silahlarla başını qata bilər.

Belə vəziyyətdə isə Ermənistan cəmiyyətində Paşinyan hakimiyyətinin siyasi-diplomatik uğursuzluqları qətiyyən təəccüb doğurmamalıdır. Çünki, savaşda məğlub olmuş, ordusunu bərpa etmək imkanlarını itirmiş bir ölkə yalnız qarşısına qoyulan şərtləri qəbul etməyə məhkumdur. Və Ermənistanda hakimiyyətə hansı qüvvə gəlirsə-gəlsin, bu vəziyyət hələ uzun illər dəyişməyəcək.

Məsələ ondadır ki, rəsmi Bakı Azərbaycan ordusunun gücləndirməkdə davam edir. Bunun üçün yetərincə maliyyə-iqtisadi resurslara sahib olan Azərbaycan ən müasir standartlara uyğun hərbi texnikanın alınmasını sürətlə davam etdirir. Və bu isə o deməkdir ki, rəsmi Bakı hələ uzun illər Ermənistana diqtə edəcək, öz şərtlərinin elə bir ciddi çətinliklə üzləşmədən qəbuluna nail olacaq./Musavat


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2151   Tarix: 11 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr