Azərbaycan-İtaliya münasibətləri Avropa ölkələrinə nümunədir

Azərbaycan-İtaliya münasibətləri Avropa ölkələrinə nümunədirİtaliya dünyanın nadir diyarlarından biridir. Onun sakinləri öz ölkələrinin şanlı keçmişi və rifah halına qovuşmuş bu günü ilə fəxr edə bilərlər. Burada dünya mədəni irsinin yarıdan çoxu cəmləşib: qədim sivilizasiyalardan miras qalmış dəyərli incəsənət nümunələri, tarixi və memarlıq abidələri. İtaliya təkcə Avropada deyil, həm də digər qitələrdə mövcud olmuş sivilizasiyalara nisbətən dünya mədəniyyəti xəzinəsinə daha böyük töhfələr vermiş və bəşəri nailiyyətləri zənginləşdirmişdir.
Bu gün İtaliya dedikdə, gözlərimiz önündə Roma imperiyası dövründən qalma qədim abidələrin xarabalıqları, Venesiyanın füsunkar gözəllikləri, Toskananın təpəli mənzərəsi, Alp dağlarının cənub yamaclarının ecazkar təbiəti, günəşli çimərlikləri, təmiz dəniz havası canlanır.
Bu gün İtaliya həm də iqtisadi tərəqqinin, sosial rifah halının durmadan inkişaf etdiyi bir ölkədir. İtaliya iqtisadiyyatı Avropa İttifaqına üzv ölkələrin inkişaf etmiş iqtisadiyyatı deməkdır. Onun iqtisadiyyatı postsənaye iqtisadiyyatıdır və dünyada 7-ci ən böyük nominal ümumdaxili məhsula malikdir. İtaliya G8 və NATO-nun, Avropa İttifaqının üzvü, iqtisadiyyatın inkişafına görə Avropanın dördüncü yerdə olan ölkəsidir. Avropa Birliyinin təsisçi üzvlərindən biridir.
İtaliyanın Avstriya, İsveçrə və Sloveniya kimi dövlətlərlə qonşu olması bu dost ölkə ilə münasibətlərdən bəhrələnən Azərbaycana geniş imkanlar açır. Belə ki, İtaliyanın Avropa Parlamentində 76 deputatla təmsil olunması da mühüm əhəmiyyət kəsb edir.
İtaliya Azərbaycanın Avropada ən qədim dövrlərdən diplomatik əlaqələr saxladığı ölkələrdən biridir. Hələ iki min il əvvəl XII Roma legionunun Azərbaycana gəlişi Qobustan qayaları üzərində öz izlərini saxlamaqdadır. Orta əsrlər dövründə bu əlaqələr diplomatik münasibətlər səviyyəsinə yüksəlmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə bu münasibətlər strateji əməkdaşlıq səviyyəsinə qalxmışdır. Belə ki, Bakıdan göndərilən xam neftin müqabilində İtaliyadan silah-sursat, hərbi texnika və hərbi formaların alınması gənc Azərbaycan Respublikasının müdafiə qabiliyyətinin artırılmasına mühüm dəstək idi.
1992-ci il yanvarın 1-də İtaliya dövlətinin respublikamızın müstəqilliyini tanıması və iki ölkə arasında diplomatik əlaqələrin qurulması qarşılıqlı münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu. Cənubi Qafqaz ölkələri arasında ilk dəfə 1997-ci ildə İtaliyanın Azərbaycanda, 2003-cü ildə Azərbaycanın İtaliyada səfirliyi açıldı. Ümummilli Lider Heydər Əliyevin 1997-ci il 24-27 sentyabr tarixlərində İtaliyaya rəsmi səfəri çərçivəsində siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalandı, bu sənədlər ölkələrimiz və xalqlarımız arasında dostluğun, əməkdaşlığın daha da möhkəmləndirilməsində hüquqi baza yaratdı.
O vaxtdan bəri iki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, mədəni, humanitar və sair istiqamətlər üzrə çoxşaxəli strateji tərəfdaşlıq münasibətləri quruldu. İtaliya etibarlı dost, sülhsevər ölkə, üzərinə götürmüş olduğu beynəlxalq öhdəliklərə hörmətlə yanaşdığına görə Vətən müharibəsi dövründə Azərbaycanla həmrəylik nümayiş etdirdi. Bir qayda olaraq İtaliya mediası Azərbaycanla bağlı məsələlərdə obyektiv yanaşma sərgilədi.
Azərbaycan dövləti dəfələrlə ən ali səviyyədə bəyan etmişdi ki, Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlərin Qarabağın quruculuq prosesində iştirakına xüsusi imkan yaradacaq. Təsadüfi deyil ki, işğaldan azad edilmiş ərazilərimizdə 130-a yaxın İtaliya şirkətləri bu gün uğurla fəaliyyət göstərirlər. İtaliyanı təmsil edən şirkətlər Qarabağ və Şərqi Zəgəzurda quruculuq işlərində fəal iştirak edən və ən çox iş görənlər sırasındadırlar.
Mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata bəyanatında bu səfərin Azərbaycan-İtaliya dostluq əlaqələrinin inkişafına növbəti töhfə olacağına əminliyini bildirib.
Hazırda iki ölkə arasında siyasi əlaqələr ən yüksək səviyyədədir. Eyni zamanda, ticarət əlaqələri də çox yaxşı vəziyyətdədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi "Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq".
Azərbaycanın transregional layihələrdə bilavasitə iştirakı onun bölgədə artan əhəmiyyətini bir daha göstərir. Avropada ən yaxın ticarət tərəfdaşımız olmaqla yanaşı, İtaliya TANAP-TAP layihələrində aparıcı tranzit ölkələrdən biridir. "Cənub qaz dəhlizi" və bu layihənin hazırda son mərhələsi olan TAP çərçivəsində Azərbaycan qazı İtaliya vasitəsilə Avropaya çatdırılır. İtaliya və Azərbaycan enerji təhlükəsizliyi və iqtisadi-ticari əlaqələr baxımından iki strateji tərəfdaşdır.
İki dövlət arasında yeni əməkdaşlıq sahəsi olan hərbi-texniki əməkdaşlıq ümidvericidir. Görüşlər zamanı bu barədə də danışılıb. Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlər müzakirə edilib.
Dövlət başçıları tərəfindən Bakıdakı görüşlərdə müzakirə edilən sahələrdən biri də təhsil sahəsi olub. Bildirilib ki, keçən il Bakıda İtaliya-Azərbaycan Universiteti açılıb. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar.
Bakı şəhərində Zəfər Muzeyinin, eləcə də işğaldan azad edilmiş bir çox şəhərlərdə Qələbə və İşğal muzeylərinin, habelə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində tarixi abidələrimiz və dağıdılmış məscidlərimizin bərpa və inşası ilə bağlı İtaliya şirkətləri aktiv fəaliyyət göstərirlər. Hazırda 3 şəhərdə İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da İtaliya şirkətləri tərəfindən həyata keçirilir.
İki ölkə arasında siyasi münasibətlərin güclənməsi iqtisad-ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərir.
Beləliklə, Azərbaycan-İtaliya strateji tərəfdaşlığı Cənubi Qafqazda və Avropada sülhə, iqtisadi tərəqqiyə və enerji təhlükəsizliyinə böyük töhfə verməklə Avropa ölkələri üçün də nümunə olacaq.

Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 582   Tarix: 06 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI

Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:. 2-ci dərəcəli "Əmək" orden

5 iyun
.

Ramiz Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edildi

Ramiz Məmməd oğlu Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. R.Fətəliyev Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb

8 iyun
.

"Gənclər bilməlidirlər ki, müstəqillik təkcə əldə edilən deyil, həm də qorunub saxlanılan dəyərdir" - AÇIQLAMA

"15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin taleyini müəyyən edən ən mühüm tarixi mərhələlərdən biridir. Məhz 1993-cü ilin iyununda ölkədə dərin siyasi böhran, vətəndaş qarşıdurması təhlükəsi və dövlət idarəçiliyində yaranmış xaos fonunda xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyevi

9 iyun
.

Tarixi əhəmiyyətə malik olan Şuşa bəyannaməsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də Şuşada ölkələrimiz arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalaması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir. Prezidentlər İlham Əliye

9 iyun
.

"Şuşa Bəyannaməsi" böyük zəfərin təntənəsidir" - DEPUTAT

"2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının beş ili tamam olur. Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbəsindən sonra regiond

11 iyun
.

Qardaşlığın rəmzi - Şuşa Bəyannaməsi

Bu gün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bütün dünya ölkələri arasında mövcud olan tərəfdaşlıq əlaqələrinə nümunə təşkil edir. Hazırda dünyada bu cür münasibətlərə malik olan iki dövlət tapmaq mümkün deyildir. Hətta, eyni təşkilat, yaxud ideologiya ətrafında birləşmiş dövlətlər arasında bel

9 iyun
.

İlham Əliyev hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi haqqında dəyişikliyi təsdiqləyib

Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər. "Report"a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklikləri imzalaması ilə mümkü

25 iyun
.

Prezident İlham Əliyev Kral III Çarlzı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət II Çarlzı təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Əlahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızd

13 iyun
.

"Qərbi Azərbaycana qayıdış ərazi ıddiası deyil, insan hüququdur" - AÇIQLAMA

Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda ərazi iddiası kimi qiymətləndirilməsi əsassızdır. Bunu Ordubadda keçirilən II "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib. Parlamentin sədr müavin

18 iyun