Qərarlı valideynlər və qərarsız gələcək: İfrat qayğı kimə lazımdır?

Qərarlı valideynlər və qərarsız gələcək: İfrat qayğı kimə lazımdır?Uşaq hüquqlarının qorunması da, pozulması da ailədən başlayır. Lakin valideyn bunu hüquqpozma kimi anlamır. Ata-anaların ifrat qayğısı bəzən uşaqların hüquqlarının pozulmasına gətirib çıxarır. Valideynlər bir çox hallarda övladlarının istəklərini nəzərə almayıb, onların həyatına təsir edəcək qərarlar verirlər. Uşaqları o qədər alışdırırlar ki, onlar müəyyən yaşa çatdıqdan sonra da qərar qəbul etməkdə çətinlik çəkirlər.

Maraqlıdır, uşaqların həyatına təsir edən qərarları kim verməlidir? İfrat qayğının hansı fəsadları ola bilər?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Musa Qasımlının sözlərinə görə, valideyn uşağına öz ayaqları üzərində dayanmağı öyrətməlidir:

"Heç şübhəsiz, hər bir valideyn öz övladını yaxşı görmək istəyir. Bunun yollarını da fərqli görür, onunla bildiyi kimi davranır, bəzən uşağa hökm edir, adından qərarlar qəbul edir. Nəticəsi isə arzuolunmaz olur. Övladları yaşca böyüsələr də, düşüncə, təhlil, nəticə çıxarma və qiymətləndirmə baxımından uşaq qalırlar, geriləyirlər, qərar qəbul edə bilmirlər. Valideyn uşağına öz ayaqları üstə dayanmağın, müstəqil düşünməyin, sərbəst fəaliyyətin və yaşamağın yollarını öyrətməyə çalışmalıdır".

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə əlavə edib ki, istənilən hal, hərəkət ifrat həddə çatanda fəsadları ağır olur:

"Valideynlərin ifrat qayğısı uşaqlara ciddi zərər vurur. Uşağın şəxsiyyət kimi formalaşmasına mane olur. Uşaq müstəqil qərar qəbul edə bilmir, asılılıq yaranır. Cəmiyyətə adaptasiya olunmur. Bu baxımdan hesab edirəm ki, çox fəsadlı davranışdır. Valideynlər çalışmalıdırlar ki, uşaqlarını cəmiyyətə hazırlasınlar, şəxsiyyət kimi formalaşdırsınlar".

M.Zeynalov qeyd edib ki, ifrat qayğı görən uşaqlar riskli davranışlara meyilli olurlar:

"Uşaqlar qurbana çevrilə bilərlər. İstənilən asılılıq onlar üçün cəlbedici olub, riskli davranışa meyilli olurlar. İfrat qayğıdan can qurtarmağa çalışırlar.

Əksəriyyət elə bilir ki, uşaq bu qayğını yüksək qiymətləndirir. Amma elə deyil. O qayğıdan qaçmağa daha çox cəhd göstərir. Müxtəlif qrupların təsirinə düşə bilir. Cəsur hərəkətlər edib, özünü valideynə göstərmək istəyir. Özünü sübut etməyə çalışır. Nəticədə ağır fəsadlar olur. İfrat qayğı metodundan əl çəkmək lazımdır".

Övladlarının hüquqlarını qoruduğunu deyən Sevda Əliyevanın fikrincə, valideyn övladlarının düşünmə qabiliyyətini uşaqlıqdan formalaşdırmalıdır:

"İki övladım var - oğlan və qız. Hər ikisi fərqli düşüncələrə malikdir. Mən onları uşaqlıqdan elə böyütmüşəm ki, mənim qayğım ucbatından onların hüquqları pozulmasın. Övladlarımdan hər zaman adi bir məsələyə belə, münasibət bildirməklərini tələb etmişəm. Çünki onların düşünmə, qərar qəbul etmə, fikirlərini qarşı tərəfə çatdırmaq qabiliyyəti olmasa, onlar üçün gələcəkdə böyük çətinliklər yaradacaq. Hər şeyin öz yeri var".

S.Əliyeva bildirib ki, valideynlər uşaqların istəklərini nəzərə almayıb, onların həyatına təsir edəcək qərarlar verirlər:

"İfrat dərəcədə qayğı göstəririk. Onda biz uşağa yaxşılıq etmirik. Onun hüquqlarını pozuruq. Valideynlər uşaqların istəklərini nəzərə almayıb, onların həyatına təsir edəcək qərarlar verirlər. Lakin bu, doğru deyil. Unutmayaq ki, uşaqların neçə yaşının olmasından asılı olmayaraq hər biri bir şəxsiyyətdir. Onları düzgün formalaşdırmağı bacarmalıyıq".

Övladlarına ifrat qayğı göstərdiyini etiraf edən Vaqif Abbasov isə uşaqlarının qərar vermək yaşının çatmadığını bildirib:

"Övladlarımın qərar verəcək yaşda olmadıqlarını düşünürəm. Ümumiyyətlə, valideynin əli hər zaman uşağın üstündə olmalıdır. Neçə yaşı olur-olsun o, övladına hər şeyi izah etməli, dəstək olmalıdır. Çünki onlar səhv qərarlar verə bilərlər, təcrübələri çox azdır. Valideynin isə həyat təcrübəsi kifayət qədərdir".

V.Abbasov əlavə edib ki, valideyn-övlad münasibətlərini adət-ənənələrimizə uyğun qoruyub-saxlamalıyıq:

"Valideynin uşağın yerinə qərar qəbul etməsi nə vaxtdan hüquq pozuntusu hesab olunub? Hər şeyi, valideyn-övlad münasibətlərini də dəyişdirməyə çalışırlar. Belə şey olmaz. Bura Avropa deyil. Bizim adət və ənənələrimiz var. Onları qoruyub-saxlamalıyıq. Uşağın da, valideynin də öz yeri var. Özümüzdən nəsə kəşf etməməliyik. Valideyn, onsuz da, övladının arzuladığı hər şeyi edir. Lakin qərarı valideyn verməlidir. Hər şeyi psixologiya ilə bağlayırlar. Guya valideyn uşağına söz deyəndə psixologiyası pozulur. İndiki dövrdə bunlar ortaya çıxıb. Əvvəllər belə deyildi".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1079   Tarix: 11 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?

Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

18 oktyabr
.

Azərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

18 oktyabr
.

Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək

Payız fəslinin başlamasına baxmayaraq, havaların isti keçməsi iqlim dəyişiklikləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Sentyabr və oktyabr aylarında temperaturun yüksək olması, eləcə də isti havaların daha uzun müddət davam etməsi bir sıra amillərlə əlaqələndirilir. Bu ilin oktyabr ayınd

18 oktyabr
.

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

Gəncə şəhərinin İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından altı il ötür. "Report"a istinadən xatırladır ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərini

17 oktyabr
.

AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qənd alarkən yalnız məhsulun qiymətinə, rənginə və qablaşdırılmasına deyil, onun keyfiyyətinə və təhlükəsizliyinə də diqqət yetirmək vacibdir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi "№1", "Kəhrəba" və "Nabat" əmtəə nişanlı qənd məhsullarında kükürd dioksidin miqdarını

16 oktyabr
.

Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq

Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahə

17 oktyabr
.

Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi

Xəbər verdiyimiz kimi, Bakı metrosunun genişləndirilməsi üçün 302 milyon dollar kredit ayrılıb. Bu maliyyələşmə Azərbaycan hökumətinin həyata keçirdiyi və ümumi dəyəri 2,6 milyard dollar olan metro şəbəkəsinin genişləndirilməsi proqramının bir hissəsidir. Bu məbləğ qarşılığında hansı işlər görüləcək

18 oktyabr
.

Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış

Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

16 oktyabr
.

Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər

Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils

18 oktyabr