II Elizabetin dəfninə gələcək dünya liderlərinə QADAĞA
Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasiminə dəvət edilən dünya liderləri avtomobil və helikopterlərdən istifadə edə bilməyəcək. Bundan başqa, onlar kommersiya reysləri ilə ölkəyə gəlməli olacaqlar.
"Politico"nun məlumatına görə, qaydalar tədbirdə boş yerin olmaması, eləcə də ziyarətçilərin çoxluğu ilə bağlıdır.
Nümayəndə heyətlərinin tərkibində də məhdudiyyətlər var. Dəfn mərasimində yalnız dünya liderləri və onların həyat yoldaşları iştirak edə biləcəklər. Onlar mərkəzləşdirilmiş şəkildə avtobusla çatdırılacaqlar.
Anım mərasimindən sonra onlar Lankaster-Hausda başsağlığı kitabına qeydlər qoya biləcəklər. Onlar daha sonra Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə görüşmək üçün Dins-Yarda gedəcəklər.
Eyni zamanda, dəfn mərasimindən bir gün əvvəl III Karl Bukingem sarayında bütün xarici liderlər üçün ziyafət təşkil edəcək.
Xatırladaq ki, Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-də vəfat edib. Onun dəfn mərasimi 2022-ci il sentyabrın 19-da Britaniya vaxtı ilə saat 11:00-da keçiriləcək./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1234 Tarix: 12 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Moskvada bank qarətinin üstü 11 il sonra DNT analizi ilə açıldı
Rusiyanın paytaxtı Moskvada 2015-ci ildə törədilmiş bank qarətinin üstü müasir DNT analizləri sayəsində 11 il sonra açılıb. Şübhəlinin şəxsiyyəti məhkumların planlı genom qeydiyyatı zamanı müəyyən edilib. bu barədə REN TV-yə istinadən xəbər verir. Cinayət 2015-ci ildə Varşava şosesində yerləşən ban
17 oktyabrFransada 14 yaşlı qız dərs zamanı lisey binasını yandırdı - Video
Fransanın qərbində dərs vaxtı lisey binasında yanğın törədilib. bu barədə "France 3" telekanalına istinadən xəbər verir. Bildirilir ki, yeniyetmə ikinci mərtəbədəki sinif otaqları arasındakı dəhlizə yanar maye tökərək od vurub. Məktəb administrasiyası bildirib ki, iki müəllim yanğındöndürə
18 oktyabrMakron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Fransa Prezidenti Emmanuel Makron qiymət artımına qarşı kütləvi etirazlar zamanı baş verən iğtişaşları kəskin pisləyib və talanlarda, eləcə də dövlət müəssisələrinə hücumlarda iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib. "Report" xəbər verir ki, Fransa lideri bu barədə "X"
18 oktyabrPakistan ordusu Əfqanıstanla sərhəddə ağır silahlardan istifadə edib
Pakistan Silahlı Qüvvələri Əfqanıstan hərbçilərinin Kurram sərhəd bölgəsində açdığı atəşə cavab olaraq ağır silahlardan istifadə edib. "Report" xəbər verir ki, bu barədə Pakistanın dövlət televiziyası "PTV" məlumat yayıb. "Pakistan ordusu Kurram sektorunda Əfqanıstan Talibanını
18 oktyabrTürkiyədə istintaq: İki məmur həbs edildi
Türkiyədə Ankara Qərbi Respublika Baş Prokurorluğu Mütəşəkkil Cinayətlərin İstintaqı Bürosu tərəfindən bəzi bələdiyyə tenderlərindəki qanun pozuntuları, saxta sənədlərin hazırlanması və dayanacaq icarəsi və tikinti layihələrinin rayonlaşdırma və icazə proseslərində mənfəət əldə edilməsi iddiaları üzr
17 oktyabr