Məktəblər, universitetlər açıldıqdan sonra böyük tıxaclar olacaq - Qurumlar nə iş görür?

Məktəblər, universitetlər açıldıqdan sonra böyük tıxaclar olacaq - Qurumlar nə iş görür?Təhsil ilinin başlamasına bir neçə gün qalır. Tədris prosesi başladıqdan sonra paytaxt yollarındakı vəziyyət necə olacaq? Ekspertlər yollarda böyük tıxacların olacağını proqnozlaşdırırlar.

Sonxeber.az xəbər verir ki, avtomobil sahəsi üzrə ekspert Elməddin Muradlı Trend-ə açıqlamasında bildirib ki, məktəblər, universitetlər açıldıqdan sonra nəqliyyatın hərəkəti baxımından Bakını heç də yaxşı vəziyyət gözləmir.

"Hələ indi nəqliyyatın hərkətində sıxlıq müşahidə olunur, məktəblər, ali təhsil müəssisələri açıldıqdan biz bunun daha artığını müşahidə edəcəyik. Çünki yol infrastrukturunu, ictimai nəqliyyatı inkişaf etdirə bilməmişik, əksinə ictimai nəqliyyat geri gedib. Yanacağın qiyməti bahalaşandan sonra dövlət tərəfindən sahibkarlara edilən dəstək bir çoxuna çatmır, çünki sahibkarlar işlərini qanuni formada qurmayıb, sürücülər ilə rəsmi əmək müqaviləsi bağlamır və nəticədə dövlət dəstəyindən yararlana bilmir. Bir sıra şirkətlər bu dəstəkdən faydalana bilir, ancaq onlar da narazıdır ki, ya bu gediş haqqının qiyməti bahalaşmalıdır ya dövlət tərəfindən dotasiyalar olmalıdır.

Ona görə də həm "Baku Bus" MMC, həm də özəl daşıyıcı şirkətlər xəttə çox az avtobus buraxırlar. Düşünürəm ki, ictimai nəqliyyatla bağlı ciddi addımlar atılmalıdır. Ya dövlət tərəfindən dəstək göstərilməlidir, ya gediş haqqı bahalaşacaq, bu artıq zərurətə çevrilib. Digər tərəfdən avtobusların sayının artırılması üçün addımlar atılmalıdır. Bakı şəhərində bu tıxacın qarşısının alınmasının yeganə yolu ictimai nəqliyyatı inkişaf etdirməkdir", - deyə o qeyd edib.

Bəs aidiyyəti qurumlar yeni dərs ilinə hazırlıq məqsədilə hansı işləri görürlər?

Dövlət Yol Polis İdarəsinin (DYPİ) baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, tətil mövsümünün bitməsi və yeni tədris ilinin başlanması ərəfəsində yollarda sıxlığı və tıxacları qaçılmaz edir.

"Hər zaman olduğu kimi, əməkdaşlarımız gücləndirilmiş qaydada, xüsusi təsdiq edilmiş plan üzrə xidməti davam etdirəcək. Vətəndaşlarımızın vaxtında evinə və ya işinə çata bilməsi üçün əlimizdən gələni edəcəyik.

Tıxacların qarşısını almaq üçün Bakı Şəhər Dövlət Yol Polisi ilə yanaşı, aidiyyəti dövlət orqanları ilə də bir sıra tədbirlər davam etdiriləcək. Ümumi vəziyyəti tənzimləmək məqsədilə Dövlət Yol Polisi müəyyən təklifləri aidiyyatı qurumlara çatdırıb. Əlavə tədbirlər planları hazırlamaqla, dərs ilinin ilk günündə və sonrakı günlərdə həmin istiqamətdə işimizi gücləndirəcəyik.

Vətəndaşlara tövsiyəmiz yol hərəkəti qaydalarına qarşı daha ciddi və məsuliyyətli olmalarıdır. Hər kəs yolda məsuliyyət sahibidir. Ehtiyac olmadığı zaman şəxsi avtomobillərdən istifadə etməyi, xüsusən də şəhərin mərkəzi istiqamətinə hərəkəti doğru tövsiyə etmirik. İctimai nəqliyyata, xəstəxanaya gedən təcili tibbi yardım işçilərinə, yanğınsöndürənlərə, bir sözlə, vətəndaşların xidmətində duran qurumların fəaliyyətinə maneə yaratmamağı da vacib hesab edirik. Eqoistlik nümayiş etməsək, yol hərəkəti qaydalarına və təhlükəsizlik məsələlərinə "mən" baxış bucağından baxmasaq, sıxlıqların əhəmiyyətli dərəcədə azalmasına şahid olacağıq",- deyə o əlavə edib.

Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev isə açıqlamasında bildirib ki, yeni tədris ilinin başlanması ilə əlaqədar müntəzəm sərnişindaşımalara tələbatın artacağını nəzərə alaraq əvvəlcədən qabaqlayıcı tədbirlər görülür. Müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara sərnişin sıxlığının minimuma endirilməsi və vətəndaşların təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatdırıması üçün tapşırıqlar verilib. Bildirilib ki, gündəlik xəttə çıxarılan avtobus sayının və avtobuslar arası intervalın sərnişin axınına uyğun tənzimlənməli, eləcə də tələbat olan xətlər üzrə avtobus sayı artırılmalıdır. Sürücülərin hərəkət cədvəlinə, yol hərəkəti və sərnişindaşıma qaydalarına riayət etməsinin zəruriliyi diqqətə çatdırılıb.

Sərnişindaşımaların düzgün və səmərəli icra olunması üçün hərəkət iştirakçılarına o cümlədən fərdi avtomobil sürücülərinə anlayışlı olmağı, yol hərəkəti qaydalarına xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edirik. Övladlarını şəxsi nəqliyyat vasitəsi ilə məktəbə aparan valideynlərdən xahiş edirik ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Çünki bu cür hərəkətlər ictimai nəqliyyat istifadəçiləri üçün əlavə çətinliklər yaradır.

Qeyd edilənləri nəzərə alaraq vətəndaşlarımızı mümkün qədər şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə və ictimai nəqliyyata üstünlük verməyə çağırırıq", - deyə o əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 928   Tarix: 12 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?

Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

18 oktyabr
.

AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qənd alarkən yalnız məhsulun qiymətinə, rənginə və qablaşdırılmasına deyil, onun keyfiyyətinə və təhlükəsizliyinə də diqqət yetirmək vacibdir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi "№1", "Kəhrəba" və "Nabat" əmtəə nişanlı qənd məhsullarında kükürd dioksidin miqdarını

16 oktyabr
.

Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu

Yaponiya Meteorologiya Agentliyinin (JMA) proqram xətası ölkədə böyük həyəcana səbəb olub. "Qafqazinfo" xəbər verir ki, təcili xəbərdarlıq sistemi Rusiyanın Kamçatka yarımadasında baş verən real 6,9 bal gücündəki zəlzələni səhv emal edərək, təkanın gücünü tarixdə görünməmiş 9,9 bal kimi qiymətləndirib

17 oktyabr
.

Tələbələrin təqaüdləri artırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini

18 oktyabr
.

Metrodan istifadə edənlər azalıb

Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Qafqazinfo" bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və y

17 oktyabr
.

Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ

2026-cı ilin yanvar-sentyabr ayları ərzində 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 60,45%-ni kişilər, 39,55%-ni isə qadınlar təşkil edib

18 oktyabr
.

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür. Report-a istinadən xatırladır ki, oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyat

17 oktyabr
.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

17 oktyabr
.

Bu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO

UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki

17 oktyabr