Bu gün Putin Səmərqənd şəhərində İlham Əliyev və Ərdoğanla görüşəcək
Bu gün Rusiya Prezidenti Vladimir Putin Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşü çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, Rusiya Prezidenti cümə günü (16 sentyabr – Red) bir sıra görüşlərə Hindistanın Baş naziri Narendra Modi ilə ikitərəfli danışıqlara başlayacaq. Sonuncu dəfə liderlər 2021-ci ilin dekabrında Putinin Yeni Dehli səfəri zamanı şəxsən görüşüblər.
Səmərqənddə onlar Rusiya ilə Hindistan arasında xüsusilə imtiyazlı strateji tərəfdaşlığın təşviqi məsələlərini müzakirə etmək niyyətindədirlər. İlk növbədə, qarşılıqlı ticarət axınının artırılması, Hindistan bazarının Rusiya gübrələri ilə təmini, qarşılıqlı ərzaq tədarükünün təmin edilməsi istiqamətində addımların nəzərdən keçirilməsi planlaşdırılır.
Rusiya liderinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla da görüşü planlaşdırılır. Bu dəfə aktual qlobal və regional problemlərə xüsusi diqqət yetiriləcək: Ukraynakı vəziyyət, "taxıl sövdələşməsi"nin həyata keçirilməsi, Suriya və Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün səylərin əlaqələndirilməsi.
Putin xarici ölkə liderləri ilə bir sıra ikitərəfli görüşləri Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlarla yekunlaşdıracaq. Görüş Ermənistanın hərbi təxribatı və bölgədə yaşanan son gərginliklər fonunda baş tutacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir