İlham Əliyev və Putinin Səmərqənd görüşündən nə gözlənilir?- RƏY
Azərbaycan Prezidenti İlham Əliyevin Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sessiyası çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşü gözlənilir.
Görüşdə hansı məsələlərin müzakirəsi gözlənilir?
Bununla bağlı Sonxeber.az-a danışan politoloq Elşən Manafov bildirib ki, Ermənistanın 2020-ci ildə Moskvada imzalanmış razılaşmanın şərtlərini pozaraq Azərbaycanı təxribata cəlb etməsi müzakirə olunacaq:
"Təbii ki, dövlət başçıları arasında Səmərqənddə keçiriləcək görüşdə müzakirə obyekti Cənubi Qafqazda gərginliyin yenidən artması olacaq. Prezident İlham Əliyev Ermənistanın 2020-ci ildə Moskvada imzalanmış razılaşmanın şərtlərini pozaraq Azərbaycanı təxribata cəlb etməsi, Ermənistanın kollektiv təhlükəsizlik müqaviləsini pozması və Ermənistanın Kollektiv Təhlükəsizlik təşkilatına və rəsmi Moskvaya verdiyi feyk mahiyətli xəbərlərdə Azərbaycan tərəfinin mövqeyini Rusiya prezidenti Putinə çatdıracaq. Rusiya tərəfi də bu məsələdə maraqlıdır. Təbii ki, ikitərəfli məsələlərin müzakirəsi yenidən gündəmdə olacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycan prezidenti Özbəkistan prezidentinin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə baş tutan görüşündə iştirak edir. Bu, Azərbaycanın həmin təşkilata olan marağının göstəricisi kimi qəbul olunmalıdır. Azərbaycanın da həmin təşkilata daxil ola biləcəyi və təşkilata daxil olan dövlətlərlə münasibətləri təşkilat çərçivəsində qurması istisna deyil. Hərçənd ki, təşkilat daxilində Hindistan Azərbaycana münasibətdə səciyyəvi mövqe qoymayıb. Hindistan son olaylarla bağlı Azərbaycanı təcavüzkar dövlət qəbul edib və Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında Hindistan kimi dövlətin mövcudluğu ilə bağlı məsələyə görə seçim etməyəcək. Çünki Azərbaycan öz seçimini edib. O, bloklara qoşulmayan dövlətlərin tərəfindədir. Nə qədər ki, Azərbaycan bloklara qoşulmayan dövlətlər qurumuna rəhbərlik edir, çoxperspektivli xarici siyasətində Qərbə ya Şərqə doğru ciddi yanaşma baş verəcəyini güman etmirəm".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir