Səmərqənddə Ərdoğan və Putin arasında görüş keçirilib - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü Səmərqənddə Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Danışıqlar 40 dəqiqə davam edib.
Liderlərin görüşü Özbəkistanda keçirilən ŞƏT sammiti çərçivəsində keçirilib.
Görüş zamanı Putin Ərdoğana taxıl müqaviləsinin həyata keçirilməsinə verdiyi töhfəyə görə təşəkkür edib. O, Ukrayna taxılının əhəmiyyətli hissəsinin ən kasıb ölkələrə gedəcəyinə ümid etdiyini bildirib.
Rusiya Prezidenti həmçinin Türkiyədə Akkuyu AES-in tikintisi ilə bağlı bütün sualların həll olunduğunu, sənədlərin dünən imzalandığını diqqətə çatdırıb. O, atom elektrik stansiyasının ilk blokunun 2023-cü ildə işə salınacağına inandığını vurğulayıb.
Danışıqlar zamanı tərəflər arasında qaz nəqli məsələsinə də toxunulub.
"Türkiyə Rusiyadan qaz tədarükü üçün ən etibarlı marşrutlardan birinə çevrilib. "Türk axını" fasiləsiz işləyir. Türkiyənin Rusiya təbii qazına görə ödənişlərin 25 faizini rublla etməsi ilə bağlı razılıq əldə olunub. Tezliklə bu qərar qüvvəyə minəcək" – deyə Putin bəyan edib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir