İlham Əliyev: "Biz Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcəyik"
"Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sənədlərə sadiqdir və biz Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcəyik".
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Səmərqənddə Rusiya Prezidenti Vladimir Putin görüşü zamanı söyləyib.
Ermənistan-Azərbaycan sərhədi zonasında vəziyyətin kəskinləşməsinə, eskalasiyaya operativ reaksiya verdiyinə görə Rusiya Prezidentinə təşəkkürünü bildirən dövlətimizin başçısı qeyd edib:
"Döyüş toqquşmaları 8 saatdan az davam edib və dayandırılıb. Doğrudur, erməni tərəfi atəşkəs rejiminə dərhal əməl etməyə başlamadı, lakin bütövlükdə artıq iki sutkaya yaxındır ki, atəşkəs rejiminə riayət olunur. Sərhəd münaqişələri olur. Lakin əsas budur ki, vəziyyəti sabitləşdirmək, onu dinc şəraitə keçirmək mümkün olub. Mənim indi yerlərdən aldığım informasiyaya görə, dediyim kimi, artıq iki günə yaxındır ki, vəziyyət sabitləşib. İndi əsas məsələ münasibətlərin başlanmaqda olan normallaşması prosesini pozmamaq, bu istiqamətdə irəliləməkdir. Biz Rusiyanın bu istiqamətdə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat kommunikasiyalarına dair üçtərəfli komissiya çərçivəsində, delimitasiya prosesi çərçivəsində səylərini, habelə sülh sazişinə dair danışıqlara başlamaq planlarını alqışlayırıq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda yaşayış binasında ilan peyda olub - Sakinlər təşvişdə
Təyyarələrdə niyə həmişə soyuq olur? - Stüardessa səbəbini açıqladı
Sabah Bakının 4 rayonunun bəzi ərazilərində su olmayacaq
Axşam saatlarında edilməməsi tövsiyə olunan 7 ev işi
Qəza zamanı çaya düşərək ölən şəxs hərbi qulluqçu imiş
Arzum məhkəmə zalında həbs edildi - Video
Dünyanın ən qəribə və uğursuz smartfon modelləri məlum olub
Parkda ürəkbulandıran görüntü: "Yaşınızdan utanın" - VİDEO
Dənizçilik tarixinın böyük bir ayıbı: Üç dəqiqəyə batan "cəhənnəm gəmisi" tapıldı
Dünyanın ən güclü 10 pasportu - SİYAHI
Avstraliyanın sirri: Quru çölün ortasındakı yollarda niyə iki metrlik xətkeşlər var?
İstiyə görə Eyfelin hündürlüyü artdı
AAYDA-nın bu idarələri ləğv olundu (SİYAHI)
Şamda qadın turist küçədə gəzərkən bir qrup kişinin təcavüzünə məruz qalıb - VİDEO
Qanalı məşhur şaman bu dəfə Dünya Kubokunun qalibini açıqladı