Rusiyanı açıq tənqid edənlər Gürcüstandan deportasiya olunurlar

Rusiyanı açıq tənqid edənlər Gürcüstandan deportasiya olunurlar"Kaspi" qəzetində dərc edilən müəllif yazısında Gürcüstan-Ukrayna arasındakı münasibətlər, iki ölkənin maraqları, baş verən hadisələr ətrafında ziddiyyəti məsələlərə toxunulur.

Yazını oxuculara təqdim edirik.

Gürcüstan hakimiyyəti müxalifəti və Ukraynanı ölkəni Rusiya ilə müharibəyə sürükləməkdə ittiham edir. Ukraynadakı siyasətçilər və Gürcüstan müxalifəti isə rəsmi Tbilisini bitərəf qalmaqda, Rusiyanın təcavüzünə qarşı loyallıqda ittiham edirlər.

Hazırda davam edən Rusiya-Ukrayna müharibəsi postsovet məkanında ikitirəlik yaratmaqdadır. İlk gündən neytral qalmağa üstünlük verən ölkələrlə yanaşı, açıq şəkildə Rusiya və Ukraynanı müdafiə edənlər də oldu. Moldova isə bu günlərdə bir qədər irəli gedərək Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulub. O ki qaldı Gürcüstana - gözləntilərin əksinə olaraq rəsmi Tbilisi hərbi əməliyyatların ilk günündən bitərəf qalaraq Kiyevə açıq dəstək nümayiş etdirmədi. Səbəblər də bəllidir. Əvvəla, Tbilisi Mixail Saakaşvili ilə bağlı Ukrayna hakimiyyətinin tutduğu mövqeni unuda bilmir. Digər səbəb hakim "Gürcü arzusu" partiyasının lideri Bidzina İvanişvili faktorudur. Gürcü əsilli rusiyalı milyarder qeyri-rəsmi olaraq Gürcüstanın lideridir və onun bütün kapitalı Rusiya ərazisindədir. Eyni zamanda, rəsmi Tbilisi rus turistlərinin də ölkəyə gəlməsində maraqlıdır.

Gürcüstan hətta Qərblə gərginliyə gedərək Rusiyanın təcavüzünü pisləməkdən də imtina edib və indi də bunun acısını yaşayır. Belə ki, Avropa İttifaqı üzvlüklə bağlı Moldova və Ukraynaya dəqiq tarix verib, Gürcüstana isə yox. Minlərlə insanın etirazı belə, rəsmi Tbilisini yolundan döndərməyib.

Müxalifət və Ukrayna Tbilisinin hədəfində

Gərginlik o həddə çatıb ki, Gürcüstan hakimiyyəti müxalifəti və Ukrayna rəhbərliyini ölkəni Rusiya-Ukrayna münaqişəsinə sürükləməkdə ittiham edib. Hakim "Gürcü Arzusu"nun lideri İrakli Kobaxidze isə bu məsələ ilə bağlı hətta referendum keçirilməsini təklif edib: əgər Gürcüstan əhalisi ikinci cəbhənin açılmasına səs verirsə, belə də olsun. Tbilisi bununla da Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Milli Agentliyinin hazırladığı və sanksiya tətbiq edilməli olan Gürcüstan vətəndaşlarının siyahısına özünəməxsus formada reaksiya verib. "Qara siyahı"ya keçmiş baş nazir, "Gürcü Arzusu"nun yaradıcısı Bidzina İvanişvili, onun həyat yoldaşı Ketevan Xaraidze, yaxın qohumları, biznes tərəfdaşları, həmçinin Aleksandr Duqinin dostları, tanınmış sahibkarlar Levan Vasadze və Vano Çxartişvili daxildir.

Bu siyahının Gürcüstanda üzə çıxması Ukrayna Ali Radasının "Xalqın qulluqçusu" fraksiyasının lideri David Araxamiyanın üsyankar şərhi ilə müşayiət olunub: "Cənab İvanişvili, söz verdiyim kimi Ukraynadan sizə böyük salamlar var. Biz işləməyə davam edirik. Əziz gürcülər, əgər siz təkbaşına deoliqarxizasiyanın öhdəsindən gələ bilməsəniz, biz sizə kömək edəcəyik".

Maraqlı olan məqam Kiyev siyasi dairələrinin Tbilisiyə qarşı yeni hücumunun heç kimin gözləmədiyi vaxtda baş verməsidir. Çünki bir neçə gün əvvəl prezident Volodimir Zelenski həmkarı Salome Zurabişviliyə Ukrayna və Rusiya arasındakı qarşıdurmada Gürcüstanın göstərdiyi həmrəyliyə görə çox emosional formada təşəkkür etmişdi. Təbii ki, minnətdar olmaq üçün səbəb də var. Münaqişə başlayandan minlərlə ukraynalı Gürcüstana sığınıb. Çoxları burada sərfəli şərtlərlə biznes fəaliyyəti göstərirlər. Gürcüstana gələnlərin əksəriyyətinin uzun müddət mənzil pulunu ödəməmək imkanı olub. Bu müavinət ləğv edildikdən sonra Gürcüstan hakimiyyəti hər bir ukraynalı ailəyə azı 200 lari (təxminən 70 dollar) ayırmağı öhdəsinə götürüb. Pulun məbləği əlbəttə ki, azdır, lakin Gürcüstan da zəngin ölkə deyil. Bundan əlavə, uşaq bağçaları və məktəblər ukraynalı uşaqlar üçün pulsuz olaraq qalır.

Gürcüstan Ukraynaya kifayət qədər kömək etmir

Bununla belə, bir qrup tanınmış ukraynalı siyasətçi hesab edir ki, Gürcüstan Ukraynaya kifayət qədər kömək etmir. Tbilisini ittiham edirlər ki, şərab bazarını itirməkdən qorxaraq Rusiyaya qarşı loyal münasibətlərini davam etdirirlər. Bu cür tənqidlərdə gürcü xalqını hakimiyyətdən fərqləndirmək meyli də hiss olunur. Qeyd olunur ki, gürcü xalqı Ukraynanın qələbəsinin tərəfdarıdır, lakin hakimiyyət fərqli mövqe tutur.

Rusiyanı açıq tənqid edənlər Gürcüstandan deportasiya olunurlar

Son zamanlar Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən şəxslərin Gürcüstandan deportasiyası və ya ölkəyə buraxılmaması halları da tez-tez baş verir. Belə ki, ötən gün jurnalist Vasili Krestyaninov sərhəddə saxlanılıb. Maksim Qalkinin və Andrey Makareviçin "Zaman maşını"nın konsertləri ləğv edilib. Hakimiyyət bunu təkzib edərək bildirib ki, konsertləri özəl strukturlar təşkil edir və ləğv olunmanın səbəbini onlardan soruşmaq lazımdır. Eyni zamanda Gürcüstanda daşınmaz əmlakı olan, həyat yoldaşı və qızı Tbilisidə yaşayan digər tanınmış jurnalist və xeyriyyəçi Mitya Aleşkovski (Rusiyada xarici agent kimi tanınıb) də deportasiya olunub.

İvanişvili ittihamlara cavab vermir

Gürcüstanın faktiki sahibi Bidzina İvanişvilinin özü isə susur. O, İsveçrə banklarından birini məhkəməyə verib. Digər tərəfdən, sanksiyalar siyahısına daxil edilmiş digər gürcü biznesmen Vano Çxartişvili müxalifətin ona qarşı qarayaxma kampaniyası apardığını bildirib. Biznesmenin açıq məktubunda deyilir ki, "haqqımda yayılan bütün məlumatlar saxtadır, müəyyən gürcü siyasətçiləri və onların nəzarətində olan media tərəfindən tərtib edilib". Çxartişvili vurğulayıb ki, onun Rusiya şirkətləri ilə əlaqəsi barədə deyilənlər həqiqətə uyğun deyil. O, beynəlxalq məhkəmələrə müraciət etmək və külli miqdarda təzminat almağa çalışmaq niyyətindədir.

Gürcüstanı incik salan səbəb

Bu bir faktdır ki, Ukrayna ilə Rusiya arasında müharibə başlayan gündən Qərb Moskva ilə qarşıdurmada Kiyevə hərtərəfli dəstək verir. Bu dəstək hətta o səviyyəyə çatıb ki, ABŞ ikinci dünya müharibəsindən sonra ilk dəfə olaraq lend-liz proqramını işə salıb. Amma vaxtilə Gürcüstan Rusiya tərəfindən hücuma məruz qalanda ona bu sayaq dəstək göstərilmədi. 2008-ci ilin avqustunda Rusiya Gürcüstana hücum edəndə Qərb prosesi sadəcə kənardan izləməklə işini bitirmiş hesab etdi. Nəticədə Gürcüstan Cənubi Osetiya və Abxaziyanı itirdi.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1471   Tarix: 18 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Boşanmasını qeyd edən qadın gəlin paltarını yandırdı

Böyük Britaniyada 17 illik evliliyinə son qoyan Kirsti Henşou boşanmasını qeyri-adi şəkildə qeyd edib. O, rəfiqələri ilə təşkil etdiyi məclisdə gəlinliyini və keçmiş həyat yoldaşı ilə çəkdirdiyi fotoları yandırıb. xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb

18 oktyabr
.

Meksikada üç turistin qətlinə görə şok hökm

Meksika məhkəməsi iki avstraliyalı qardaşı və onların amerikalı dostunu qətlə yetirməkdə təqsirli bilinən üç nəfərin hər birini 158 il 9 ay müddətinə azadlıqdan məhrum edib. xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Qətlə yetirilən şəxslərin Ceyk və Kallum Robinson qardaşları

18 oktyabr
.

Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib

Fransa Prezidenti Emmanuel Makron qiymət artımına qarşı kütləvi etirazlar zamanı baş verən iğtişaşları kəskin pisləyib və talanlarda, eləcə də dövlət müəssisələrinə hücumlarda iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib. "Report" xəbər verir ki, Fransa lideri bu barədə "X"

18 oktyabr
.

Pakistan husilərin Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumlarının nəticələrindən narahatdır

Yəmən husilərinin Səudiyyə Ərəbistanı və digər Fars körfəzi ölkələrinin enerji infrastrukturuna hücumları mümkün uzunmüddətli iqtisadi nəticələrlə əlaqədar Pakistanda narahatlıq doğurur. "Report" AFP-yə istinadən xəbər verir ki, bunu Pakistanın maliyyə naziri Məhəmməd Auranqzeb Banqkokda Beynəlxal

17 oktyabr
.

ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb

ABŞ və İsrailin İrana qarşı hərbi hücumu zamanı təxminən 5 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib. "ABŞ-nin hərbi bazalarına v

18 oktyabr
.

Uşaq yatsın deyə gözünü və ağzını bağladılar, öldü

Avstraliyada beş yaşlı oğlanın ölümü ilə bağlı aparılan araşdırma dəhşətli hadisələrin üstünü açıb. xarici mediaya istinadən xəbər verir ki, valideynlərin uşaqları yatızdırmaq üçün qeyri-adi və qəddar üsuldan istifadə etdiyi müəyyənləşib. Məlum olub ki, onlar beş yaşlı oğlanı və digər uşaqları hər gec

18 oktyabr
.

Gənclərin 70 faizi telefonla danışmaq istəmir - Mütəxəssislər səbəbini açıqladı

Gənclər arasında telefonla danışmaq getdikcə daha az üstünlük verilən ünsiyyət formasına çevrilir. Xüsusilə əvvəlcədən xəbərdarlıq edilmədən edilən zənglər bəzi gənclərdə narahatlıq və stress yaradır. Mesajlaşma isə daha rahat ünsiyyət vasitəsi hesab olunur. 2024-cü ildə aparılan araşdırmaya görə, 18-3

17 oktyabr
.

Ali Radanın deputatı Zelenskinin varisini açıqladı

"Volodimir Zelenskidən sonra Ukrayna prezidenti vəzifəsini ancaq parlamentin sədri icra edə bilər". xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk özünün "Telegram" kanalında bildirib. "Mövcud konfiqurasiyada Ukrayna rəhbərliyinə heç bir başqa təyinat olmayacaq

18 oktyabr
.

İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq

İran parlamentinin oktyabrın 18-də keçiriləcək virtual iclasında müdafiə naziri postuna namizəd Mehrdad Əxlaqi Kitabçiyə etimad məsələsinə baxılacaq. "Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat katibi Abbas Gudarzi bildirib. Onun sözlərinə görə, parlamenti

17 oktyabr