Pelosi İrəvana niyə gəldi və özü ilə nə "gətirdi"?
ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərinin bir neçə səbəbi var.
Bu barədə ReAL İH üzvü Natiq Cəfərli qeyd edib.
O, səbəbləri bu cür sıralayıb:
1) ABŞ-da noyabr ayında seçkilərdir, Demokratlar Partiyasının reytinqi çox aşağıdır, erməni əsilli təmsilçi Anna Eşu və Ceki Spieri yanına alıb İrəvana gəlməklə səs qazanmağı düşünür - Demokratlar Partiyası üçün hər səs önəmlidir, çünki Respublikaçılar qalib gəlsə, Nensi nənə tək kreslosundan olmayacaq, həm də son 2 ildə Demokratların etdiklərinə görə bütün "demokratlar elitası" cavab verməyə məcbur olacaq;
2) Nensi xanım səfəri ilə deyir ki, Nikola dəyməyin, bizim uşaqdır, Ermənistan kimi ölkələrdə (elə bizdə də) hakimiyyət üçün ABŞ-ın istəyinin əsas faktor olduğunu düşünən siyasi elita və cəmiyyət var və belə dəstək cəmiyyətdə "dəstək alana" etimadı artırır,
3) ABŞ, Qərb Ermənistanı Rusiyadan ayırmağı sürətləndirir, çünki Cənubi Qafqazda Rusiyaya həm faktiki, həm də hüquqi (KTMT, Gömrük İttifaqı, Kremlin hərbi bazaları) ən sıx və çox bağlı ölkə məhz Ermənistandır. Gürcüstan və Azərbaycan iqtisadi və siyasi olaraq daha çox Qərbə bağlıdırlar,
4) ABŞ (Qərb) Rusiya ətrafında çəmbəri daraldır, burada ən zəif halqa Ermənistandır, çünki həm Gürcüstanda, həm Azərbaycanda hər sahədə Türkiyə var, Ermənistan mütləq Rusiyadan qaçmalıdırsa, bunun da yolu məhz Türkiyədir, Azərbaycanla normal münasibətlərdir.
Bu səfər Azərbaycanla ABŞ (Qərb) arasında müəyyən ritorik problemlər yarada bilər, ümid edirəm ki, Nensi nənə səhv addımlarla Çinlə Rusiyanı yaxınlaşdırdığı kimi, rəsmi Bakını da Qərblə münasibətlərdən soyutmaz - yəni, məntiqlə ABŞ bunu istəməməlidir.
Əgər bu səfər Kremlin Ermənistana qəzəbini artıracaqsa, olsun, bu qəzəbin bizim üçün dividentə çevrilməsi yolları da mövcuddur.
Amma qlobal olaraq Ermənistanın Rusiya təsirindən çıxmasına mane olmamalıyıq, bu bizə xeyirdir, çünki Kremldən aralanan yol Anadoludan keçir"./Axar
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1322 Tarix: 18 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boşanmasını qeyd edən qadın gəlin paltarını yandırdı
Böyük Britaniyada 17 illik evliliyinə son qoyan Kirsti Henşou boşanmasını qeyri-adi şəkildə qeyd edib. O, rəfiqələri ilə təşkil etdiyi məclisdə gəlinliyini və keçmiş həyat yoldaşı ilə çəkdirdiyi fotoları yandırıb. xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb
18 oktyabrMeksikada üç turistin qətlinə görə şok hökm
Meksika məhkəməsi iki avstraliyalı qardaşı və onların amerikalı dostunu qətlə yetirməkdə təqsirli bilinən üç nəfərin hər birini 158 il 9 ay müddətinə azadlıqdan məhrum edib. xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Qətlə yetirilən şəxslərin Ceyk və Kallum Robinson qardaşları
18 oktyabrMakron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Fransa Prezidenti Emmanuel Makron qiymət artımına qarşı kütləvi etirazlar zamanı baş verən iğtişaşları kəskin pisləyib və talanlarda, eləcə də dövlət müəssisələrinə hücumlarda iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib. "Report" xəbər verir ki, Fransa lideri bu barədə "X"
18 oktyabrABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
ABŞ və İsrailin İrana qarşı hərbi hücumu zamanı təxminən 5 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib. "ABŞ-nin hərbi bazalarına v
18 oktyabrUşaq yatsın deyə gözünü və ağzını bağladılar, öldü
Avstraliyada beş yaşlı oğlanın ölümü ilə bağlı aparılan araşdırma dəhşətli hadisələrin üstünü açıb. xarici mediaya istinadən xəbər verir ki, valideynlərin uşaqları yatızdırmaq üçün qeyri-adi və qəddar üsuldan istifadə etdiyi müəyyənləşib. Məlum olub ki, onlar beş yaşlı oğlanı və digər uşaqları hər gec
18 oktyabrAli Radanın deputatı Zelenskinin varisini açıqladı
"Volodimir Zelenskidən sonra Ukrayna prezidenti vəzifəsini ancaq parlamentin sədri icra edə bilər". xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk özünün "Telegram" kanalında bildirib. "Mövcud konfiqurasiyada Ukrayna rəhbərliyinə heç bir başqa təyinat olmayacaq
18 oktyabrİran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq
İran parlamentinin oktyabrın 18-də keçiriləcək virtual iclasında müdafiə naziri postuna namizəd Mehrdad Əxlaqi Kitabçiyə etimad məsələsinə baxılacaq. "Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat katibi Abbas Gudarzi bildirib. Onun sözlərinə görə, parlamenti
17 oktyabr