Ermənilərin Tbilisidə Azərbaycan əleyhinə aksiya planı fiaskoya uğradı
Sentyabrın 18-də Gürcüstanın erməni icmasının üzvlərinin Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında təyin etdikləri yürüş-aksiya baş tutmayıb.
"Avlabar" metrostansiyası yaxınlığından diplomatik nümayəndəliyimizin binasına doğru başlayan yürüş yarımçıq dayandırılıb.
Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları "Avropa" meydanına yaxınlaşan 20-yə yaxın yürüş iştirakçısından yolun hərəkət hissəsini bağlamamağı xahiş edib. Polis tərəfindən onlara hər hansı bir mümkün təxribata və qarşıdurmaya yol verilməməsi üçün Azərbaycan səfirliyinin binası önündə aksiyaya icazə verilmədiyi bildirilib. Bu çağırışlara məhəl qoymayan bəzi aksiya iştirakçıları və polis əməkdaşları arasında insident baş verib. Bir neçə aksiyaçı saxlanılaraq ərazidən uzaqlaşdırılıb.
İnsidentdən sonra aksiyaçılar yürüş marşrutunu dəyişməyə məcbur olublar. Sıraları seyrələn aksiyaçılar Tbilisinin mərkəzi küçələri ilə addımlayıblar və Gürcüstan parlamentinin binası qarşısında toplaşıblar. Onlar Azərbaycan əleyhinə əsassız və təxribatçı şüarlar səsləndirərərk aksiyaya yekun vurublar.
Beləliklə, ermənilərin Azərbaycan əleyhinə aksiya planı fiaskoya uğrayıb, təşkil olunan yürüş nə Tbilisi sakinləri, nə Gürcüstan ictimaiyyəti, nə də yerli mətbuatın diqqətini çəkib.
Azərbaycanın Gürcüstandakı səfirliyi aksiya iştirakçılarını "isti" qarşılamağa və sərsəm şüarları susdurmağa hazır olub. Belə ki, diplomatik nümayəndəliyimizin binası qarşısında ingilis dilində "Qarabağ Azərbaycandır!" şüarının və 44 günlük Vətən müharibəsində Qələbəmizin rəmzi olan "Dəmir yumruğun" təsvirinin olduğu banerlər yerləşdirilib. Erməni icmasının nümayəndələrinin səsləndirmək niyyətində olduqları heç bir əsası olmayan şüar və çağırışların qarşısını almaq üçün isə səs gücləndiricilər vasitəsilə Azərbaycanın dövlət himni, hərbi marşlar və vətənpərvərlik mövzusunda musiqi nömrələri səsləndiriləcəkdi.
Qeyd edək ki, Gürcüstanın azərbaycanlı icmasının üzvləri səfirliyimizin binası qarşısında Azərbaycana dəstək aksiyası keçirməyə hazır olub. Soydaşlarımızın təşəbbüsünü minnətdarlıqla qarşılayan diplomatik nümayəndəliyimiz onların təhlükəsizliyi və hər hansı bir qarşıdurmaya yol verilməməsi baxımından aksiyanın təşkilini tövsiyə etməyib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir