Niderlandda soydaşlarımız aksiya keçirdi
Niderlandın Haaqa şəhərində Azərbaycan icması Ermənistanın təxribatlarına etiraz əlaməti olaraq piket keçirib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd edilir ki, soydaşlarımız ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribata, apardığı təcavüzkar siyasətə, Azərbaycan ərazilərində minaların basdırılmasına etiraz edib, itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı haqq səslərini ucaldıb, Niderland ictimaiyyətinin və siyasi dairələrinin diqqətini bölgədə sülhə mane olan amillərə cəlb ediblər.
Piketdə "Ermənistan, öz qeyri-qanuni qoşunlarını Qarabağdan çıxar!", "Ermənistan, sülh müqaviləsini imzala!", "Ermənistan, işğal siyasətini dayandır!", "Ermənistan, Cənubi Qafqazda üçüncü dövlətlərin maraqlarına xidmət edən siyasət aparma!", "Ermənistan, regionda kommunikasiyaları bərpa et!", "Ermənistan, bölgədə təxribatçı olma, hərbi təxribatlarını dayandır!", "Ermənistan, Naxçıvanın blokadasını dayandır!" şüarları səsləndirilib, plakatlar nümayiş etdirilib.
"Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşəbbüsü ilə baş tutan piketdə Benilüks Azərbaycanlıları Konqresi və Azərbaycan-Niderland "Odlar Yurdu" Cəmiyyəti iştirak edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir