Kremldən Pelosinin Ermənistana səfərinə kinayəli dəstək
"Rusiya Azərbaycan və Ermənistan arasında nizamlanmaya faktiki töhfə vermək üçün istənilən cəhdləri alqışlamağa hazırdır".
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfərini şərh edərkən bildirib.
"Sözdə deyil, əməldə və yüksək səslə, populist şəkildə deyil, reallıqda, sakit və işgüzar şəkildə münasibətlərin normallaşmasına töhfə verə bilən hər şey sərhəddə vəziyyətin sabitləşməsinə töhfə verə bilər, bu alqışlanmalıdır. Bu cür səs-küylü hərəkətlər və bəyanatlar isə bu normallaşmaya həqiqətən töhfə verə bilərmi – buna hələ baxarıq, zamanla hər şey aydınlaşacaq", - deyə Peskov bildirib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1714 Tarix: 19 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrOnlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabr