Qara Qarayev milliyə niyə dəvət almayıb?

Qara Qarayev milliyə niyə dəvət almayıb?"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Azərbaycan millisinə dəvət almaması ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, İnstaqram hesabında baş məşqçi Canni De Byazi tərəfindən yığmaya çağırılmamağı ilə bağlı məsələyə aydınlıq gətirib:

"Milli komandaya dəvət almamağımla bağlı mənə çoxlu suallar ünvanlanır. Təbii ki, yığmadan kənarda qalmaq ilk növbədə vətənini sevən bir azərbaycanlı kimi, daha sonra futbolçu kimi məni məyus edir. Hazırda özümü yaxşı hiss edirəm. Dəvət olunmamağım zədə ilə bağlı deyil. Tam səmimiyətimlə inanıram ki, dəvət alan hər kəs orada olmağa layiqdir. Komanda yoldaşlarım qarşıdakı iki görüşdə yaxşı çıxış edəcəklər və onların uğur qazanacağına əminəm. Yığmaya uğurlar arzulayıram. Hər iki matçda milli formamı geyinib, komanda yoldaşlarıma mənəvi dəstək olacağam. "Qarabağ"a gəlincə isə 3 günlük istrahətdən sonra məşqləri bərpa edəcəyik. Bütün diqqətimi klubun növbəti oyunlarına yönəldəcəyəm. Həm çempionatda, həm də avrokuboklarda uğurlu nəticə əldə etmək istəyirik. Mənə dəstək olan və olmayan hər kəsə sonsuz təşəkkürlər".

Əldə etdiyimiz məlumata görə isə, Qara Qarayevin milliyə çağırılmamağının səbəbi ötən toplanışdan baş məşqçi Canni De Byazi ilə aralarında olan gərginlikdir. Belə ki, yarımmüdafiəçi Millətlər Liqasının bundan öncəki 4 oyununda meydana az çıxması ilə bağlı baş məşqçi Canni De Byaziyə irad bildirib. İtalyan mütəxəssis isə öz növbəsində bunun onu seçimi olduğunu deyib. Həmin vaxt millinin düşərgəsini tərk etmək istəyən Qara Qarayevə komanda yoldaşları mane olub.

Daha sonra aradakı problemlər böyüyüb və AFFA rəhbərliyi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdan Q.Qarayevlə söhbət etməsini və bu məsələni bağlanmasını xahiş edib. Yarımmüdafiəçinin bu toplanışa çağırılmamasının da səbəbi budur.

Qeyd edək ki, sentyabrın 22-də Trnava şəhərində Slovakiyanın qonağı olacaq Azərbaycan millisi 3 gün sonra Bakıda Qazaxıstanı qəbul edəcək.
Qara Qarayev milliyə niyə dəvət almayıb?


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 2116   Tarix: 19 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Mən və o ən yaxşı futbolçularıq" - Yamal

"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı

14 sentyabr
.

Avropa Liqasında ilk turun oyunları başa çatdı

UEFA Avropa Liqasında əsas mərhələnin ilk turunun oyunları başa çatıb. İlk turda 9 qarşılaşma keçirilib. xarici mediaya istinadla xəbər verir ki, gecənin diqqətçəkən oyunlarından birində Türkiyənin "Beşiktaş" komandası İstanbulda Fransa təmsilçisi "Marsel"i qəbul edib. İstanbul təmsilçis

18 sentyabr
.

Bakıda "Formula-1" həyəcanı: Trekdən kənarda azarkeşləri nələr gözləyir? - FOTO

Bakıda keçiriləcək Azərbaycan Qran-prisi yalnız trekdəki sürət və mübarizə ilə məhdudlaşmır. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən -a verilən məlumata görə, bu il də "Formula-1" yarış həyəcanını trekdən kənara daşıyacaq. Azarkeşləri konsertlər, pilotlarla görüşlər, interaktiv əyləncələ

23 sentyabr
.

Lionel Messi karyerasında 930-cu qolunu vurub

Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 930-cu qolunu vurub. xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən 39 yaşlı hücumçu "San Dieqo" ilə heç-heçə etdiləri MLS oyununda fərqlənib. O, 23-cü dəqiqədə adını tabloya yazdırıb. Xatırladaq ki, görüş 2:2 hesab

21 sentyabr
.

Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı

"Qarabağ"ın sabiq qapıçısı Mateuş Koxalski "Qarabağ"dan ayrılmaq səbəbi haqqında danışıb. "Qafqazinfo" xəbər verir ki, o, karyerasını Avropada qurmaq üçün Azərbaycan təmsilçisini tərk etdiyini bildirib. "Mən Avropaya qayıtmaq istəyirdim. Nəzəri olaraq, Azərbaycan avrokuboklard

22 sentyabr
.

Mbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər

Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd

13 sentyabr
.

Şarl Lekler: "Azərbaycan Qran-prisi yarışmaqdan zövq aldığım mərhələlərdən biridir"

"Azərbaycan Qran-prisi yarışmaqdan zövq aldığım mərhələlərdən biridir". xəbər verir ki, bunu "Formula-1" Azərbaycan Qran-prisi öncəsi təşkil olunan mətbuat konfransında "Ferrari" komandasının pilotu Şarl Lekler deyib. Monakolu pilot Bakıda keçirilən sıralama turlarında adətə

23 sentyabr
.

"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb

İsveçrənin "Bazel" klubu baş məşqçisi Stefan Lixtştaynerlə yollarını ayırıb. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna komandanın çempionatdakı uğursuz nəticələri səbəb olub. Çempionatda keçirilən 7 turdan və evdəki iki ardıcıl məğlubiyyətdən sonra rəhbərlik komandanın oyunund

11 sentyabr
.

İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub

İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola

12 sentyabr