II Elizabetin indiyədək dərc olunmayan son şəkli yayımlandı - FOTO
Bukingem sarayı Böyük Britaniya kraliçası II Elizabetin son rəsmi şəklini yayımlayıb.
Məlumata görə, şəkil bu ilin may ayında fotoqraf Ranald Makkeçni tərəfindən kraliçanın son aylarında vaxtının çox hissəsini keçirdiyi Vindzor qəsrində çəkilib.
Üzərində valideynləri Kral VI Georq və kraliça Elizabetin 18-ci ad günü hədiyyəsi olaraq verdiyi akvamarin və almaz qaşlardan ibarət broş olan, həmçinin ən çox sevdiyi üç saplı mirvari boyunbağı və mirvari sırğalarını taxan II Elizabet fotoda gülümsəyən formada əks olunub.
Xatırladaq ki, II Elizabet sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində 96 yaşında vəfat edib. O, Britaniya tarixində ən uzun - 70 il hökmranlıq edən monarx olub.
Böyük Britaniyanın yeni kralı onun böyük oğlu, III Çarlz adını götürən 73 yaşlı Çarlz oldu. Yeri gəlmişkən, onu da bildirək ki, Britaniya mediasında Nostradamusun yeni kralın taleyi ilə bağlı öncəgörmələri aktiv müzakirə olunur. Belə ki, tarixin ən böyük falçısının proqnozuna görə, III Çarlz qısa müddətdə taxtdan imtina edəcək, onun yerinə isə heç kimin gözləmədiyi biri gələcək.
Mənbə: The Guardian
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1898 Tarix: 19 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Fransa Prezidenti Emmanuel Makron qiymət artımına qarşı kütləvi etirazlar zamanı baş verən iğtişaşları kəskin pisləyib və talanlarda, eləcə də dövlət müəssisələrinə hücumlarda iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib. "Report" xəbər verir ki, Fransa lideri bu barədə "X"
18 oktyabrBerlində məktəblərdə namaz qılınmasına qadağa: Məhkəmə qərar verdi
Almaniyada Berlin İnzibati Məhkəməsi liseydə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanı qanunauyğun hesab edib. Bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir. Məlumata görə, məhkəmə müsəlman şagirdlərin liseydə (məktəbdə) kollektiv və nümayişkaranə şəkildə namaz qılmasını qadağan edən tənzimləmən
17 oktyabrTramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
Vaşinqtonun əvvəlki hərbi müdaxilə siyasəti faydasız idi. "Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Corciyada tərəfdarları qarşısında çıxışında bildirib. "Əvvəllər biz içəri girir, insanları bombalayır və sonra çıxırdıq. Bilirsiniz, bu nə idi? Biz həyatları məhv etdik
17 oktyabrZelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar
Avropa ölkələri "Starlink" peyk rabitəsi sisteminin Ukraynada fəaliyyətinə məhdudiyyətlər tətbiq edildikdən sonra ona alternativlərin hazırlanmasını aktivləşdiriblər. "Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelensk
18 oktyabrBoşanmasını qeyd edən qadın gəlin paltarını yandırdı
Böyük Britaniyada 17 illik evliliyinə son qoyan Kirsti Henşou boşanmasını qeyri-adi şəkildə qeyd edib. O, rəfiqələri ilə təşkil etdiyi məclisdə gəlinliyini və keçmiş həyat yoldaşı ilə çəkdirdiyi fotoları yandırıb. xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb
18 oktyabr