Ceyhun Bayramov Laos və Nikaraquanın xarici işlər nazirləri ilə görüşüb
Xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Laosun xarici işlər naziri Saleumxay Kommasith və Nikaraquanın xarici işlər naziri Denis Ronaldo Monkada Colindres ilə görüşüb.
Sonxeber.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşlər zamanı tərəflər arasında Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və ikitərəfli münasibətlərin daha da inkişafı məsələri ətrafında fikir mübadiləsi aparılıb.
Laos və Nikaraqua xarici işlər nazirləri həm Qoşulmama Hərəkatı çərçivəsində, həm də ikitərəfli əsasda əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıblar. Ölkələr arasında iqtisadi, təhsil, mədəniyyət və s. istiqamətlərdə əməkdaşlığın artırılmasl, biznes forumlarının təşkili, siyasi məsləhətləşmələr keçirilməsi və parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi niyyətləri diqqətə çatdırılıb.
Daha sonra, digər qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə edilib.

Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir