Azərbaycanlı "qanuni oğru"lar:21-ci əsrdə kimlər, harda və necə öldürüldü?

Azərbaycanlı "qanuni oğru"lar:21-ci əsrdə kimlər, harda və necə öldürüldü?Rusiyanın kriminal mövzulardan yazan KİV-i 21-ci əsrdə öldürülən qanuni oğruların siyahısını tərtib edib. Lent.az-ın məlumatına görə, bu siyahıda Aslan Usoyan (Ded Xasan), Vyaçeslav İvankov (Yaponçik), Vladimir Maşinski (Malina), Viktor Kiselev (Kisel), Timofey Kapçenin (Timoxa Orenburqski) və digərlərinin adı var. Bəs görəsən, son 22 ildə neçə azərbaycanlı oğru öldürülüb? Bu sırada Sabirabadlı Hikmətdən tutmuş, "Albert Rıjı"ya qədər xeyli avtoritetin adı var.

Qətlə yetirilənlərdən biri Mirseymur Abdullayevdir. O, 1963-cü ildə Nardaranda anadan olub və "Mirseymur Nardaranski" kimi tanınırdı. Mirseymur 2013-cü ilin may ayın 4-də Moskvadakı "Peşera" gecə klubundan çıxarkən öldürülüb.

2006-cı il aprelin 7-də yenə də Moskvada, Leninqrad şosesində kriminal aləmdə "Sabirabadlı Hikmət" kimi tanınan Hikmət Muxtarov güllələndi.

Killerlər Hikmətə "Mercedes-500" markalı maşınına minəndə avtomat və tapançadan atəş açmışdılar.

"Qoca Yasamalski" kimi tanınan Əlibala Həmidov isə 42 yaşında İstanbulda qətlə yetirilmişdi.
Rövşən Rafiq oğlu Canıyev (Rövşən Lənkəranski) 17 yaşı olarkən polis işçisi olan atası, o zaman Azərbaycanda fəaliyyət göstərən kriminal qruplaşmalardan birinin nümayəndələri tərəfindən qətlə yetirilmişdi.

1996-cı ildə məhkəmə zalında əyləşən Rövşən Canıyev elə oradaca qatili güllələmişdi. 2012-ci ildə Dubayda 3 bıçaq yarasından, 2013-cü ildə isə Türkiyədəki sui-qəsd cəhdindən sağ qurtulmuşdu. 18 avqust 2016-cı ildə isə İstanbulda baş tutan növbəti sui-qəsd nəticəsində öldürülmüşdü.

"Lotu Quli" kimi tanınan Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda anadan olmuşdu.
"Quli" 21 il həbs həyatı yatdıqdan sonra 2017-ci ilin oktyabrında azadlığa buraxılmışdı, N.Səlifov 48 yaşının tamam olmasına 9 gün qalmış Türkiyədə "Xan Əhmədlinski" tərəfindən qətlə yetirilb.

Rusiyada kriminal aləmin tanınmış simalarından olan "Tima" ləqəbli azərbaycanlı avtoritet Teymur Məmmədov 2012-ci il sentyabrın 7-də öldürülüb. Əslən Göyçay rayonundan olan T.Məmmədov yaşadığı Tula şəhərində evinin önündə naməlum şəxslər tərəfində güllələnib. Azərbaycanlı kriminal avtoritetlərdən olan Baxşı Əliyev 8 aprel 2014-cü ildə vəhşicəsinə öldürülüb. 39 yaşlı oğru B.Əliyev Odessada "Veçerniy Baku" restoranında öldürülüb.

Başqa bir oğru Rüfət Nəsibov 2013-cü il fevralın 2-də qətlə yetirilib. Onun "Ded Xasan" qruplaşmasının qurbanı olduğu bildirilir. Rüfətin cəsədi hələ də tapılmır.

2017-ci il fevralın 2-də Rusiyada Siyavuş Zeynalov başından güllələnib. Hadisə Xanti-Mansiyksdə baş verib. Əslən Ağdam rayonundan olan Siyavuş Zeynalovun həyatını xilas etmək mümkün olmayıb.

"Lotu Hikmət"in yaxın dostu 2017-ci ilin avqustunda Moskvada yaşadığı binanın qarşısında avtomobilinə əyləşəndə qətlə yetirilib. Ona 5 güllə vurulub.

"Lotu Hikmət"in yaxın qohumu "Qorbatı Ramiz" kimi tanınanı Ramiz Muxtarov 2010-cu ildə qətlə yetirilib. Həmin vaxt onun meyitini tapmaq mümkün olmayıb. 9 aydan sonra onun meyiti tapılaraq Sabirabada gətirilib və anadan olduğu Kürkəndində dəfn edilib.

2021-ci ilin aprelində kriminal aləmdə "Albert Rıjiy" və "Albert Gəncəli" kimi tanınan Əli Heydərov Moskvada qətlə yetirilib.
Onu yaşadığı binanın idman zalında güllələyiblər. "Albert Gəncinski" "Ded Xasan" tərəfindən Rusiyanın Şimal-Qərb regionu üzrə "smotryayuşi" təyin olunmuşdu. Onun qatili qısa müddətdə tapılmışdı.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4140   Tarix: 23 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kartdan karta bütün köçürmələr ÖDƏNİŞLİ OLDU - QİYMƏTLƏR

Azərbaycan Mərkəzi Bankının Banklararası Kart Mərkəzi (BKM) üzərindən həyata keçirilən kartdan karta köçürmə əməliyyatlarına görə tətbiq olunan xidmət haqları açıqlanıb. Tariflər köçürmənin məbləğindən və valyutasından asılı olaraq dəyişir. xəbər verir ki, tariflərə əsasən, milli valyutada həyata keçirilə

18 oktyabr
.

Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?

Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

18 oktyabr
.

Bazarda meyvə-tərəvəz ucuzlaşdı

Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz

17 oktyabr
.

Azərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

18 oktyabr
.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18 oktyabr
.

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %-ə yaxın azalıb

Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və ya 3,9 % azdır

17 oktyabr
.

Uşağı olanlara ŞAD XƏBƏR: 600 manat və aylıq müavinət verilir - Müraciət QAYDASI

Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti

18 oktyabr
.

Metrodan istifadə edənlər azalıb

Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Qafqazinfo" bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və y

17 oktyabr
.

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli

18 oktyabr