Tofiq Zülfüqarov: "Bizim də İrana deyiləsi çox sözümüz var"

Tofiq Zülfüqarov: "Bizim də İrana deyiləsi çox sözümüz var"Son zamanlar İranın bəzi yüksək çinli mülki və hərbi şəxsləri tərəfindən "regionda sərhədlərin dəyişdirilməsi bizim qırmızı xəttimizdir" tezisi üzrə sərsəm fikirlər səslənməkdə davam edir.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən İrana tutarlı cavab verilib. Amma görünən odur ki, Tehran Zəngəzur dəhlizi məsələsində "cin bsimillahdan qorxan kimi" qorxur.

Sonxeber.az Bizim.Media-ya istinadla xəbər verir ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib ki, Zəngəzur dəhlizinin İrana aydiyyatı yoxdur. Tehranın bu mövzu ətrafında canfəşanlıq etməsi yersiz və məntiqsizdir:

"Zəngəzur dəhlizi Ermənistan ərazisinə aiddir. Onun İrana heç bir aydiyyatı yoxdur. Ərazi İranın səlahiyyətinə verilməyib ki, onlar bu məsələdə belə canfəşanlıq göstərsinlər. Digər tərəfdən, Azərbaycan Ermənistanla müharibə şəraitindədir. Bu fonda təhlükəsizlik üçün hər bir addım atmağa ixtiyarımız var. Ermənistan Zəngəzur dəhlizilə bağlı öhdəliklər götürüb. Tehran gərəkdir ki, buna da fikir versin. Götürülən öhdəliklərə əməl edilməlidir. Bu mənada da Tehranın Zəngəzur dəhlizinin İranın Ermənistan ilə sərhədini kəsməsi kimi qələmə verilməsi yersiz və məntiqsizdir. Vaxtilə İranla Azərbaycan arasında sərhədin mühüm bir hissəsi Ermənistan tərəfindən işğal olunmuşdu. Bəs, onda Tehran niyə məsələyə indi olduğu kimi reaksiya vermirdi?"

Diplomat bildirir ki, İran diskussiya açmaq istəyirsə, Azərbaycan da bu ölkə daxilində başlayan iğtişaşlara münasibət bildirə bilər:

"Tehran fikir mübadiləsi açsın, biz də hazırıq. Daxildəki iğtişaşlar və nüvə proqramına aid fikir mübadiləsi apara bilərik. Bizim də deyiləsi sözümüz çoxdur".

Həmsöhbətimiz vurğuladı ki, Zəngəzur dəhlizi əksinə, İranla Azərbaycan arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə rəvac verəcək:

"Bundan isə həm də sanksiyalar altında olan İran udacaq. Belə olan halda, İranda bəzilərinin həmin dəhlizin açılmasından əndişələnməsi başa düşülən deyil".

T. Zülfüqarovun fikrincə, İranda bu mövzunu qızışdıranlar əslində qaçaqmalçılıq yolu ilə alınan gəlirlərini itirmək istəməyən qüvvələrdir:

"Onların əli ilə Ermənistan ərazisindən keçməklə həm narkotika, həm də sanksiyalardan kənar neft məhsulları ixrac olunur. İrandakı bəzi dairələrin problemi yaratmaqda əsas məqsədləri də məhz həmin qaçaqmalçılıq ticarətini itirmək təhlükəsidir".

Ekspert deyir ki, Ermənistan-Azərbaycan münasibətləri, iki ölkənin sərhəd məsələsi kənar müdaxilə olmadan həll edilməlidir:

"Bu prosesə İran da daxil kənar qüvvələrin əl uzatması yolverilməzdir. Başqa bir tərəfdən, Azərbaycan İranla sərhədə də həmişə dostluq, əməkdaşlıq sərhədi kim baxıb və gələcəkdə də bu belə olacaq. Belə bir vəziyyət İranın da maraqlarına cavab verir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1698   Tarix: 24 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr