Ermənistanın İnfrastruktur nazirliyi Paşinyanı TƏKZİB etdi: "Azərbaycandan Naxçıvana konkret yolun..."
10 noyabr 2020-ci il tarixli bəyanat Azərbaycandan Naxçıvana konkret yolun mövcudluğunu nəzərdə tutmur.
Bu barədə informasiyanı Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi "Sputnik Ermənistan"a bildirib.
"Regionda nəqliyyat və iqtisadi əlaqələrin blokadadan çıxarılması prosesi dayandırılmayıb.
Ermənistan ərazisində dəmir yolunun tikintisi hələ başlamayıb. Azərbaycandan Naxçıvana gedən avtomobil yolu ilə bağlı bildiririk ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi hər hansı bir yolun açılmasını nəzərdə tutmur. Söhbət nəqliyyat və iqtisadi əlaqələrin blokadadan çıxarılmasından, eləcə də Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasındakı nəqliyyatın Ermənistan tərəfindən təhlükəsizliyinin təmin edilməsindən gedir. Məsələ hələ də müzakirə olunur", - məlumatda deyilir.
Nazirlikdən onu da qeyd ediblər ki, hələlik dəmir yolu və avtomobil yolunun işə salınması ilə bağlı dəqiq müddət müəyyən etmək mümkün deyil.
Nazirlik vurğulayıb ki, kommunikasiyaların açılması ilə bağlı komissiyanın növbəti iclası ilə bağlı razılıq yoxdur.
Baş nazir Nikol Paşinyan isə BMT Baş Assambleyasında çıxışı zamanı qeyd edib ki, Ermənistan Azərbaycan üçün öz yollarını açmağa hazırdır./Bizim.Media
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir