İsraildən İrana xəbərdarlıq: Hətta ABŞ da bizdən qorxur!
Tehranla danışıqlar lazım gəldikdə İrana qarşı istifadə oluna biləcək hərbi potensialı nümayiş etdirməklə aparılmalıdır.
Sonxeber.az Oxu.az-a istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Yair Lapid deyib.
"2015-ci ildə ABŞ prezidenti Barak Obama İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək məqsədilə İrana təzyiq etmək üçün ABŞ-ın hazırladığı anti-bunker bombaları haqqında məlumatları açıqladı. İranlılar həmişə böyük güc qarşısında geri çəkilirlər", - baş nazir bildirib.
O vurğulayıb ki, gündəmdə məqbul hərbi həll olarsa, İranla Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) daha yaxşı razılığa nail olmaq mümkündür.
"Mən sadə bir şey demək istəyirəm: İsrailin hətta ABŞ-ın belə bəzən qorxduğu imkanları var. İsrail müharibəni alovlandıran deyil. Biz müharibə istəmirik. Axı bizim İranla heç bir tarixi münaqişəmiz yoxdur. Amma hər kəsə aydın olmalıdır ki, İsrail İranın nüvə gücünə çevrilməsinə imkan verməyəcək", - Lapid bəyan edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1727 Tarix: 25 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq
İran parlamentinin oktyabrın 18-də keçiriləcək virtual iclasında müdafiə naziri postuna namizəd Mehrdad Əxlaqi Kitabçiyə etimad məsələsinə baxılacaq. "Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat katibi Abbas Gudarzi bildirib. Onun sözlərinə görə, parlamenti
17 oktyabrBatareyaların ömrünü uzadan ucuz üsul tapıldı: Cəmi 25 faiz dəmir kifayət edir
Hindistan alimləri sink-ion batareyalarının daha səmərəli və uzunömürlü olması üçün ucuz üsul hazırlayıblar. Tədqiqat göstərib ki, batareyanın katod materialında vanadium atomlarının 25 faizinin dəmirlə əvəzlənməsi enerji tutumunu, sürətli enerji ötürmə qabiliyyətini və dövrlər üzrə dayanıqlığını artırır
16 oktyabrƏrdoğan: "Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq"
"Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq. Sanki üzən sənaye müəssisəsi olan "Osman Gazi"ni iş yerinə - Qara dənizə yola salırıq". -ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Osman Gazi" üzən istehsa
17 oktyabrUşaq yatsın deyə gözünü və ağzını bağladılar, öldü
Avstraliyada beş yaşlı oğlanın ölümü ilə bağlı aparılan araşdırma dəhşətli hadisələrin üstünü açıb. xarici mediaya istinadən xəbər verir ki, valideynlərin uşaqları yatızdırmaq üçün qeyri-adi və qəddar üsuldan istifadə etdiyi müəyyənləşib. Məlum olub ki, onlar beş yaşlı oğlanı və digər uşaqları hər gec
18 oktyabr