"Vətən müharibəsindəki qələbəmiz Azərbaycanın tarixinə yazılacaq ən şanlı hadisə oldu"

"Vətən müharibəsindəki qələbəmiz Azərbaycanın tarixinə yazılacaq ən şanlı hadisə oldu""Çar Rusiyası tərəfindən ermənilərin qədim Azərbaycan yurdu olan Qarabağa köçürülməsindən 200 ildən çox vaxt keçib. Bu illər ərzində ermənilər hər zaman azərbaycanlılara qarşı düşmənçilik siyasəti aparmış və bu çirkin əməlləri bu gün də davam etdirirlər.
ХХ əsrin əvvəllərində, 1905-1907 və 1920-ci illərdə 100 minlərlə azərbaycanlı erməni vəhşiliyinin qurbanı olub. 1918-1920-ci illərdə erməni silahlı quldurlarının amansız, misli görünməmiş qəddarlığı xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Bu illərdə qədim Azərbaycan torpaqları olan İrəvanda, Zəngəzurda, Göyçədə, Bakıda, Şamaxıda, Qubada və bir çox digər ərazilərimizdə dinc azərbaycanlı əhalisi ermənilər tərəfindən işgəncələr verilərək qətlə yetirilmiş, xalqımız soyqırımına məruz qalıb, öz ata ocaqlarından qovulublar. Sovetlər dövründə də ermənilər bu soyqırım siyasətlərini davam etdiriblər. 1948-1953-cü illərdə Ermənistandakı tarixi Azərbaycan torpaqları olan ərazilərdən 150 min, 1988-ci ildə isə 300 min soydaşımız deportasiya olunaraq Azərbaycana yerləşdirilib. Həyata keçirilən bu deportasiya zamanı 10 minlərlə insan qətlə yetirilib, evləri dağıdılıb, yurd yerləri viran qoyulub".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Deputat qeyd edib ki, ermənilərin törətdikləri bu vəhşiliyə, soyqırımına ilk dəfə olaraq Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib:

"Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixdə imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilib.
1988-ci ildən başlayaraq ermənilər öz havadarlarının köməyi ilə Qarabağda azərbaycanlıları qətlə yetirir, onların yaşadıqları evlərə od vururdular. Sonda Azərbaycan torpaqlarınının 20 faizi Ermənistan tərəfindən işğal edildi. Qarabağ və Şərqi Zəngəzurda ermənilər böyük vəhşiliklər törətdilər, soydaşlarımızı qətlə yetirirdilər. 1992-ci il fevralın 26-da ermənilər XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımını həyata keçirdilər. Yüzlərlə qadın, uşaq, qoca ən ağır işgəncələrlə qətlə yetirildi.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədi ilə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti məsələnin həllinə yox, dondurulmasına yönəlmişdi. Elə bu səbəbdən də illərlə davam edən danışıqlar nəticəsiz qaldı. Beynəlxalq təşkilatlar bu problemə ciddi yanaşmadılar. BMT TŞ-nın qəbul etdiyi 4 qətnamə kağız üzərində qaldı. BMT bir dəfə də olsun Ermənistana işğala son qoyması üçün heç bir təzyiq göstərmədi".

Millət vəkili vurğulayıb ki, Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində bir milyona yaxın soydaşımız öz yurd yerlərindən qovuldu:

"Tarixi, mədəni, dini abidələrimiz dağıldı, şəhər və kəndlərimiz yerlə yeksan edildi. Təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc sakinlər erməni təxribatları nəticəsində həlak olurdular. Prezident cənab İlham Əliyev dəfələrlə Ermənistana və beynəlxalq ictimaiyyətə Azərbaycan xalqının bu işğalla barışmayacağını bəyan etmişdi. 2016-cı ilin aprelində Lələtəpə və 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını bir daha nümayiş etdirdi. Ermənistan bu dərslərdən nəticə çıxarmadı, təxribatçı hərəkətlərə, bəyanatlarına son qoymadı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu Azərbaycan ordusunun mövqelərinə intensiv top və raket zərbələri endirməyə başladı. Ermənistanın silahlı qüvvələri Tərtər, Ağdam, Füzuli rayonlarını top atəşinə tutması nəticəsində, hərbi qulluqçularımızla yanaşı, 11 dinc sakin, o cümlədən 2 uşaq həlak oldu. Ermənistanın bu genişmiqyaslı hərbi təxribatının qarşısını almaq və bu təxribatlara son qoymaq üçün Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan Ordusuna bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 27 sentyabr tarixindən Azərbaycan Ordusunun başladığı əks hücum zamanı Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri böyük igidlik və mərdlik göstərdilər. 44 günə Azərbaycan Ordusu Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı azad etdi. Mədəniyyət paytaxtımız Şuşa şəhəri işğaldan azad edildikdən sonra Ermənistanın hərbi siyasi rəhbərliyi müqavimət göstərməyin mənasız olduğunu anladı. 10 noyabr 2020-ci ildə atəşkəsin elan olunması barədə üçtərəfli bəyanat imzalandı və bununla da Ermənistan kapitulyasiya aktına imza atmış oldu.

44 gün ərzində Azərbaycan Ordusu nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Azərbaycan əsgəri şəhid oldu, amma bir addım belə geri çəkilmədi. Vətən müharibəsində 2907 şəhid verdik. 1000 dən çox hərbçimiz yaralandı, 7 nəfər itkin düşdü. Bu, Azərbaycan xalqının dönməzliyinin, iradəsinin nümunəsidir.

Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kəndi işğaldan azad etdi. Bir çox hərbi əhəmiyyətlar sayəsində yüksəkliklər ələ keçirildi. Prezident Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu, qətiyyətli siyasəti nəticəsində Kəlbəcər, Laçın, Ağdam rayonları bir güllə atılmadan, heç bil şəhid vermədən Azərbaycana qaytarıldı".

Deputat qeyd edib ki, Vətən müharibəsində əldə etdiyimiz qələbə Azərbaycanın tarixinə yazılacaq ən şanlı hadisə oldu:

"Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə yanaşı, beynəlxalq hüququ və ədaləti bərpa etdi. Ölkəmiz qalıb ölkə, müzəffər xalq kimi əbədi yaşayacaq. Vətən müharibəsində qəhrəmanlıqla vuruşaraq Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, bu yolda şəhid olmuş zabit və əsgərlərimizə ehtiram əlaməti olaraq Prezident cənab İlham Əliyev 27 sentyabr - Vətən müharibəsinin başladığı günü - Azərbaycanda Anım Günü kimi qeyd edilməsi barədə 2 dekabr 2020-ci ildə Sərəncam imzaladı.

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında böyük zəfərə imza atdı. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sıralarında yer alır. Azərbaycan Ordusu MDB-də döyüş hazırlığına görə ön sıralarda gedir. Eləcə də Cənubi Qafqazda ən güclü ordudur. Bu, Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı islahatların, silahlı qüvvələrin maddi - texniki, hərbi potensialının artırılması istiqamətində apardığı böyük işlərin məntiqi nəticəsidir. Vətən müharibəsində Azərbaycan Ordusunun apardığı döyüş taktikası dünya hərb tarixində yenilik hesab edilir. Bir çox qərb dövlətlərinin ordusu, eləcə də ABŞ Hərbi Akademiyası və Pentaqon Azərbaycan Ordusunun hərbi taktikasının öyrənilməsinin zəruri olduğunu qeyd edib.

Vətən müharibəsi zamanı Ermənistan rəhbərliyi və hərbçiləri Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyəcəyini anladıqları üçün hərbi cinayətə əl atdılar. Cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Goranboy şəhərlərini top, raket atəşinə tutdular. Nəticədə 100-ə yaxın dinc, günahsız insanlar həlak oldular, 400-dən çox insan yaralandı. Minlərlə fərdi ev, onlarla çoxmərtəbəli yaşayış binaları dağıdıldı. Ermənistan rəhbərliyinin daha bir hərbi cinayəti işğal zamanı torpağa basdırılmış və onlarla vətəndaşımızın həlak olmasına səbəb olan minalarla doldurulan ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməməsidir. Beynəlxalq təşkilatlar mina xəritələrini Azərbaycana vermədiyinə görə Ermənistanı qınamalı və hərbi məsuliyyətə cəlb etməlidir".

Bu gün, Prezident cənab İlham Əliyev başda olmaqla, bütün xalqımız torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olmuş hərbçilərimizin ailə üzvlərinə və yaralanmış əsgər və zabitlərimizə böyük ehtiram göstərir.

Vətən müharibəsində qazandığımız qələbənin əbədiləşdirilməsi üçün təsis edilən orden və medallar onun iştirakçılarına ayrılan diqqətin nümunəsidir. "Zəfər" və "Qarabağ " ordenləri ilə yanaşı, "Vətən Müharibəsi Qəhrəmanı" medalı da daxil olmaqla, 15 yeni medal təsis edilib. Bu gün dövlət tərəfindən bütün şəhid ailələrinə, qazilərə böyük diqqət və qayğı göstərilir. Müharibə zamanı əlini, qolunu, ayağını itirmiş yaralılar ən son texnologiyalarla hazırlanmış protezlərlə təmin edilirlər. On mindən çox şəhid ailəsi və qazilərə mənzillər verilib. I və II Qarabağ müharibəsi əlillərinə Bakıda, Sumqayıtda və digər şəhər və rayonlarımızda bu ilin sonuna qədər mənzillər veriləcək. Müharibədə əlil olmuş hərbçilərimizə 7000-dən çox avtomobil verilib. Dövlətimizin həyata keçirdiyi bu qayğıya dəstək olaraq, vətəndaş cəmiyyəti "Yaşat Fondu" yaradıb. "Yaşat Fondu"na indiyə qədər 75 milyon manat vəsait toplanıb və bu vəsait şəhid ailələrimizin sosial vəziyyətinin yaxşılaşdırılmasına, eləcə də qazilərimizin sağlamlığının bərpasına sərf olunur.

Vətən Müharibəsindəki qələbəmiz Ermənistan və onların havadarlarının bölgədəki siyasətini iflasa uğratdı. Prezident cənab İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusu və Azərbaycan xalqı bölgədə yeni reallıqlar yaratmağı bacardı. Bu reallıq sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət edir".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 935   Tarix: 28 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bugünkü reallıq ondan ibarətdir ki, türk dövlətləri artıq qlobal proseslərin müşahidəçisi deyil, iştirakçısı olmaq istəyir" - AÇIQLAMA

Bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. Bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Qazaxıstanın Türküstan şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşündə deyib. Dövlət başçısı bildirib ki, keçə

15 may
.

Prezident və birinci xanım Cəbrayıla səfər etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər. Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım 360 şagird yerlik məktəb binasında və kənddə inşa edilmiş fərdi evlərdə yaradılmı

9 may
.

Əbədiyaşar lider - Heydər Əliyev

Düz 103 il əvvəl may ayının 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev anadan olmuşdur. Ulu Öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 40 ilə yaxı

7 may
.

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Anaklaudia Rossbax Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ilə bağlı gördüyü işlərin ond

16 may
.

"Azərbaycan ilə İtaliya arasında münasibətlər nümunəvi tərəfdaşlıq modeli kimi diqqət çəkir" - DEPUTAT

"Beynəlxalq münasibətlər sistemində regional və qlobal əməkdaşlıqların güclənməsi dövlətlərin strateji seçimlərindən birbaşa asılıdır" , - bunu -a açıqlama verən deputat Şahiun Seyidzadə deyib:. "Bu kontekstdə Azərbaycan ilə İtaliya arasında münasibətlər nümunəvi tərəfdaşlıq modeli kim

6 may
.

Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasi strategiyanın, bütün sahələr üzrə aparılan davamlı islahatların və atılan cəsarətli addımların nəticəsidir ki, artıq Azərbaycan nəinki yerləşdiyi coğrafi məkanın, hətta bütövlükdə Avrasiyanın real güc mərkəzlərindən biridi

6 may
.

İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlərlə birlikdə Türküstan şəhərindəki "Həzrət Sultan" Muzey-Qoruğu ilə tanış olub. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlə

15 may
.

Professor Yaşar İbadov: Ulu Öndər Heydər Əliyev irsinə sədaqətin və elmin vəhdəti

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dövlətçilik tariximizin ən qüdrətli şəxsiyyətlərindən biri kimi hər zaman xalqın yaddaşında yaşayır. Onun müəyyən etdiyi inkişaf strategiyası, elmə, təhsilə və milli-mənəvi dəyərlərə verdiyi böyük önəm bu gün də Azərbaycanın tərəqqisinin əsasın

12 may
.

Avropa parlamenti siyasi təzyiq alətinə çevrilir

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısında videobağlantı vasitəsilə çıxış edərək Avropa Parlamentini sərt tənqid edib. Dövlətimizin başçısı bildirib ki, bu qurum Ermənistan Azərbaycan sülh prosesini dəstəkləmək əvəzinə onu sabotaj etməyə üstünlük verir. Prezident vurğulayı

5 may