Türkiyə səfərbərlikdən sonra rusiyalıların ən çox köçdüyü ölkəyə çevrilib
Rusiyada qismən səfərbərlik elan edildikdən sonra Türkiyə ölkə vətəndaşlarının ən çox köçdüyü ölkə olub.
Sentyabrın 19-dan 23-dək respublikada daşınmaz əmlak almaq üçün müraciətlərin sayı ayın ortası ilə müqayisədə beş dəfə artıb.
Bunu əmlak mütəxəssisi İrina Moşeva bildirib.
"Ötən həftə marağın artdığı ölkələrin siyahısına Türkiyə başçılıq edir. Sentyabrın 19-23-də bu ölkədə mənzil almaq üçün müraciətlərin sayı 12-16 sentyabr dövrü ilə müqayisədə 5 dəfə artıb", - deyə Moşeva qeyd edib.
O, əlavə edib ki, rusiyalıların Türkiyədə ev almaq tələbinin artması nisbi coğrafi yaxınlıq və yaşayış icazəsi almanın digər ölkələrlə müqayisədə daha ucuz olması ilə bağlıdır.
"Adətən investisiya vətəndaşlığı və ya yaşayış icazəsi proqramının büdcəsi 150 min dollardan 400 min dollara qədərdir. Türkiyədə isə 75 min dollar məbləğində daşınmaz əmlak alarkən yaşayış icazəsi almaq mümkündür", - deyə Moşeva yekunlaşdırıb.
Mənbə: gazeta.ru
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1861 Tarix: 28 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uşaq yatsın deyə gözünü və ağzını bağladılar, öldü
Avstraliyada beş yaşlı oğlanın ölümü ilə bağlı aparılan araşdırma dəhşətli hadisələrin üstünü açıb. xarici mediaya istinadən xəbər verir ki, valideynlərin uşaqları yatızdırmaq üçün qeyri-adi və qəddar üsuldan istifadə etdiyi müəyyənləşib. Məlum olub ki, onlar beş yaşlı oğlanı və digər uşaqları hər gec
18 oktyabrMoskvada bank qarətinin üstü 11 il sonra DNT analizi ilə açıldı
Rusiyanın paytaxtı Moskvada 2015-ci ildə törədilmiş bank qarətinin üstü müasir DNT analizləri sayəsində 11 il sonra açılıb. Şübhəlinin şəxsiyyəti məhkumların planlı genom qeydiyyatı zamanı müəyyən edilib. bu barədə REN TV-yə istinadən xəbər verir. Cinayət 2015-ci ildə Varşava şosesində yerləşən ban
17 oktyabrAvropada təhlükəli virus yayılır - 130 nəfər öldü
Avropa ölkələrində ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusuna yoluxma halları rekord səviyyəyə yüksəlib. xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, oktyabrın 7-dək Avropa İttifaqı ölkələrində virusa yerli yoluxma üzrə 1715 hal qeyd
17 oktyabrSəudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub
Səudiyyə Ərəbistanı sahillərindəki Əl-Cübeyl şəhərindən 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərminin atəşinə məruz qalıb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinə (UKMTO) istinadən məlumat yayıb. İdarənin məlumatın
17 oktyabr"Tesla" uça bilən avtomobilini təqdim etdi - Video
ABŞ-nin "Tesla" şirkəti uça bilən "Roadster" elektrik mühərrikli idman avtomobilini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, görüntüləri "Tesla" "X" hesabında paylaşıb. Təqdimat "SpaceX" şirkətinin ABŞ-nin Texas ştatında yerləşən sınaq poliqonund
16 oktyabrBelçika Ukraynaya 10 ədəd "F-16" qırıcısı ötürəcək
Belçika 2026-cı ilin sonunadək Ukraynaya 10 ədəd "F-16" qırıcı təyyarəsi təhvil vermək niyyətindədir. TASS-ın məlumatına görə, bu barədə Belçikanın Baş naziri Bart De Vever Brüsseldə keçirilən Aİ sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşünün yekunlarına dair açıqlamasında bildirib
16 oktyabr