Şöbə rəisi media nümayəndələrinə səsləndi

Şöbə rəisi media nümayəndələrinə səsləndi"Məişət sayğacları hər 5 ildən bir, sənaye sayğacları isə 3 ildən bir Dövlət yoxlamasına göndərilir. SOCAR "Azəriqaz" İB-nin mütəxəssisləri tərəfindən yerlərdə mütəmadi olaraq sayğaclara baxış keçirilir, sayğaca müdaxilə halları aşkar olunarsa, istismar müddətindən asılı olmayaraq dərhal həmin sayğac çıxarılır. Abonentin qazsız qalmaması üçün yerinə digər sayğac quraşdırılır və dərhal sayğacın çıxarılma səbəbi göstərilərək akt tərtib olunur. Sayğac xüsusi möhürlü qutuya qoyulur və baxış keçirilməsi üçün Birliyin Metrologiya Departamentinə göndərilir. Yoxlama zamanı abonentin iştirakı təmin olunur, lakin bəzi hallarda abonentlər yoxlamada iştirak etmirlər. Belə olan halda isə abonentin iştirakı olmadan sayğac yoxlamadan keçirilir."

Bu sözləri SOCAR "Azəriqaz" İB-nin Metrologiya Departamentinin rəisi Zehin Rəsulov media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib. Qurum rəsmisi qeyd edib ki, ilk olaraq vizual baxış keçirilir daha sonra bütün sayğaclar sınaq qurğularına yerləşdirilərək nisbi xətaları müəyyənləşdirilir. "Məişət qaz sayğacları 3 pozisiyada - maksimal, normal və minimal sərfiyyatda yoxlanılır. Maksimal və nominal sərfiyyatda norma xətası müsbət-mənfi bir tam onda beş, minimal sərfiyyatda isə 3 faizdir. Əgər bu norma daxilində olarsa, sayğac yararlı sayılır və yenidən istismara təhvil verilir. Əgər nisbi xətalar bu rəqəmdən kənarlaşırsa, bu halda sayğac yararsız hesab olunur və istismardan çıxarılır", - deyə departament rəisi bildirib.

Abonent tərəfindən ünvanlanan öncədən ödənişli sayğacın Dövlət yoxlamasından keçirildikdən sonra hansı səbəbdən bəzi hallarda cərimə protokulunun tərtib olunması ilə bağlı ünvanlanan sualı İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev cavablandırıb. Şöbə rəisi bildirib ki, SOCAR "Azəriqaz" İB-nin cərimə yazmaqla bağlı heç bir səlahiyyəti yoxdur, protokolda göstərilən rəqəm dəymiş ziyanın hesablanmasıdır. "Çox güman ki, sayğacda hansısa qüsur yaranıb. Abonentin yüklədiyi məbləğ bitib, lakin klapan bağlanmadığı üçün sayğac mənfiyə doğru hesablama aparıb. Bəzi hallarda abonent buna fikir vermir və yoxlama zamanı dəymiş ziyan hesablanır və protokol tərtib olunur. Bundan narazı olan istənilən abonent Birliyə müraciət edə və yoxlama nəticələri ilə tanış ola bilər.", - deyə şöbə rəisi əlavə edib.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev mətbuat nümayəndələrinə çağırış edib: "Qaz təsərrüfatına dair abonentlər tərəfindən redaksiyalara daxil olan bu tip müraciətlə bağlı istənilən media nümayəndəsi abonentin iştirakı ilə Birliyə müraciət edə bilər. Bütün proseslərin izlənməsi və işıqlandırılması üçün Birlik tərəfindən həm abonentə, həm də mətbuat nümayəndəsinə istənilən şərait yaradılacaq. Bizim məqsədimiz reallığın və şəffaflığın təmin edilməsidir."
Şöbə rəisi media nümayəndələrinə səsləndiŞöbə rəisi media nümayəndələrinə səsləndiŞöbə rəisi media nümayəndələrinə səsləndi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 900   Tarix: 30 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Vüqar Bayramov: "Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb"

Füzuli rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 800 milyon manata çatıb. "Report" xəbər verir ki, bunu Milli Məclisdə Füzulini təmsil edən deputat Vüqar Bayramov bildirib. Deputat vurğulayıb ki, 2020-ci ildə həmin göstərici 191 milyon 923 min manat idi və zəfərdə

17 oktyabr
.

Qalmaqallı şəkildə boşandığı ərini paylaşdı - Foto

Model Razi Əliyeva qalmaqallı şəkildə boşandığı həyat yoldaşı Nicat Əliyevin fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, fotoda Nicatın oğlu ilə vaxt keçirdiyi anlar əks olunub. Razi paylaşımına "Ata-bala" şərhini yazıb. Qeyd edək ki, Nicat Əliyev və Razi Əliyeva 2023-cü ildə ailə qurublar

16 oktyabr
.

Azərbaycanda yeni qanun qəbul ediləcək

Milli Məclisə yeni qanun layihəsi daxil olub. -ın məlumatına görə, sözügedən sənəd Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti həftə keçirilən iclasında müzakirəyə çıxarılacaq. İclasda "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi müzakirə ediləcək

16 oktyabr
.

Kartdan karta bütün köçürmələr ÖDƏNİŞLİ OLDU - QİYMƏTLƏR

Azərbaycan Mərkəzi Bankının Banklararası Kart Mərkəzi (BKM) üzərindən həyata keçirilən kartdan karta köçürmə əməliyyatlarına görə tətbiq olunan xidmət haqları açıqlanıb. Tariflər köçürmənin məbləğindən və valyutasından asılı olaraq dəyişir. xəbər verir ki, tariflərə əsasən, milli valyutada həyata keçirilə

18 oktyabr
.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

17 oktyabr
.

Səmimi söhbət əvəzinə ChatGPT: Süni intellekt münasibətlərə necə zərər vurur?

Süni intellekt münasibətlərdə getdikcə daha çox görünməz üçüncü tərəfə çevrilir. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, "Mental Health UK" təşkilatının sifarişi ilə aparılan araşdırma insanların üçdə birindən çoxunun süni intellekt çat-botlarından, faktik

16 oktyabr
.

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind

18 oktyabr
.

Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış

Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

16 oktyabr
.

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

Gəncə şəhərinin İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından altı il ötür. "Report"a istinadən xatırladır ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərini

17 oktyabr