İlham Əliyev: "Azad edilən ərazilərdə Çin şirkətləri ilə birgə fəaliyyətimizin genişlənməsində maraqlıyıq"
"Biz işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində Çin şirkətləri ilə birgə fəaliyyətimizin genişlənməsində maraqlıyıq".
Bu fikir Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı təbrik məktubunda yer alıb.
Dövlət başçısı iki ölkənin səmərəli əməkdaşlığı üçün yaxşı perspektivlərin olduğunu qeyd edib:
"Hazırda Azərbaycan ilə Çin arasında bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, nəqliyyat-logistika, sərmayə qoyuluşu, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə səmərəli əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün yaxşı perspektivlər var. Eyni zamanda, biz işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində Çin şirkətləri ilə birgə fəaliyyətimizin genişlənməsində maraqlıyıq. İnanıram ki, müxtəlif sahələrdəki, o cümlədən təşəbbüskarı olduğunuz "Kəmər və yol" layihəsi çərçivəsində mövcud potensialdan tam şəkildə istifadə etməklə qarşılıqlı faydalı əməkdaşlığımızı daha da möhkəmləndirə və dərinləşdirə bilərik. Bu yaxınlarda Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilmiş Sammiti çərçivəsində Sizinlə keçirdiyimiz görüşü ən xoş təəssüratlarla xatırlayıram. Hesab edirəm ki, apardığımız ətraflı fikir mübadiləsi və müzakirələr qarşılıqlı etimad və dəstək üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin hərtərəfli inkişafına yeni təkan verəcəkdir. Əminəm ki, birgə səylərimizlə Azərbaycan-Çin dostluğu və strateji tərəfdaşlığı xalqlarımızın rifahı və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra da genişlənməkdə və möhkəmlənməkdə davam edəcəkdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb