Azərbaycanı təcavüzdə ittiham edən çağırışı imzalayanlarla bağlı deputatlardan - Açıqlama

Azərbaycanı təcavüzdə ittiham edən çağırışı imzalayanlarla bağlı deputatlardan - AçıqlamaBir neçə ölkədən olan ermənipərəst şəxslər sülh çağırışı adı altında Azərbaycanı Ermənistana hücum etməkdə, zorakılıqda günahlandırıb. Çağırışa imza atanlar arasında azərbaycanlılar da var.

Məsələyə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev APA-ya açıqlamasında deyib ki, həmin adamlar formaca azərbaycanlılardır, məzmunca yox.

Sahib Alıyev bildirib ki, birinci dəfə deyil ki, onlar Azərbaycanın əleyhinə yönələn belə bir aksiyada yer alırlar: "İkinci Qarabağ savaşı zamanı onlar Ermənistan Baş nazirinin Şuşada bizə meydan oxuyub, sonra da sülh göyərçini kimi çıxış edən xanımının da çağırışına qoşularaq səsinə səs vermişdi. Sonra Paşinyanın xanımı həmən Anna Hakopyan əlində avtomat cəbhəyə Azərbaycan əsgərlərinə qarşı vuruşmağa getdi. Bəs onun manipulyasiya xarakterli sülh təklifinə qoşularaq savaşın əleyhinə olduqlarını bildirənlər nə etdilər? Susdular".

Sahib Alıyev deyib ki, həmin şəxslərin əksəriyyəti millətin bəzi üz qaralarının yığışdığı Milli Şura deyilən qurumdakılar, yaxud onlara bağlı gənclər idi. 30 ildən artıq torpaqları işğal altında olan, indi bu işğalı tam aradan qaldırmağa, öz torpaqları üzərində suverenliyini tam təmin etməyə çalışan Azərbaycanı "sülh çağırışı" adı altında təcavüzdə günahlandıran da həmin adamlardırlar: "Bu haqda tapşırıq isə onlara "Azərbaycan savaş yolu ilə öz torpaqlarını azad edə bilməz" deyərək status-kvonun əbədi qalmasına çalışan böyük güclərdən gəlib. Bu dırnaqarası azərbaycanlılar onların tapşırığını yerinə yetirirlər. Bəlli çevrələrin, bəzi böyük dövlətlərin Azərbaycanın Zəfərini hələ həzm edə bilməmələri sadəcə, əgər söhbət qərbdən gedirsə, oradakı hay diasporlarının fəaliyyəti ilə bağlı deyil. Mən dünən Milli Məclisdəki çıxışımda da qeyd etdim. İkinci Qarabağ savaşında Azərbaycan ədalətsizlik və ancaq bir neçə seçilmiş dövlətin maraqlarının təmini üzərində qurulan beynəlxalq konyuktruranın ən azından Qafqazda stereotiplərini sındırdı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev bütün riskləri göz önünə alaraq bu savaşda arxasında ondan geosiyasi alət kimi faydalanan böyük güclərin durduğu işğalçıya qarşı ölüm-dirim savaşı aparmaqla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbirincə desək, dünyanın beşdən böyük olduğunu əməldə təsdiqlədi bu savaşda. Bu savaşda təkcə hayların istehkamları, özləri, orduları və diasporları haqda mif darmadağın edilmədi. Həm də onları ən çağdaş izləmə sistemindən tutmuş S-300 və "İsgəndər M" zenit-raket kompleksinədək hər şeylə təmin edən böyük güclərin sözündən çıxmağın, iradələrindən kənar hərəkətin mümkünsüzlüyü haqda daşlaşmış ehkamlar çökdü. Bax, budur bəzi çevrələrin bizim qələbəni həzm etmək istəməmələrinin əsl səbəbi. Məhz buna görə adlarını "azərbaycanlı" qoyan troll sürüləri sosial şəbəkədə ordumuzun düşmən təxribatının qarşısını alarkən göstərdiyi qəhrəmanlıq və yüksək peşəkarlığı gözdən salmağa cəhd edir, öz torpaqları üzərində tam suverenliyini təmininə çalışan Azərbaycanı olmayan təcavüzdə suçlandırırlar. Ancaq onların ikinci Qarabağ savaşı öncəsi və döyüşlər gedərkən xaincəsinə davranışları heç bir nəticə vermədiyi kimi, indən sonra da verməyəcək. Xainlikləri, şərəfsizlikləri isə heç vaxt unudulmayacaq və unudulmamalıdır!".

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, heç bir düşmənçilik əbədi ola bilməz və sülh sazişi nə qədər tez imzalanarsa, bölgədə əməkdaşlıq mühiti nə zaman qurularsa, tərəflər də prosesdən bir o qədər uduşlu çıxar:

"Ona görə də Azərbaycanın qalib tərəf olmasına baxmayaraq Prezident İlham Əliyev müharibə başa çatdığı gündən sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası, habelə, kommunikasiya xətlərinin açılması və xalqlar arasında etimadın yaradılması üçün çağırışlar edir".

Bəhruz Məhərrəmov deyib ki, Ermənistan üçtərəfli sazişə, o cümlədən Brüsseldə üzərinə götürdüyü öhdəliklərə zidd olaraq sülh prosesini ləngidir, eyni zamanda revanşist davranışlar sərgiləyir: "Təəssüf ki, bu işdə erməni diaspora təşkilatları ilə yanaşı bəzi Qərb dövlətləri də revanşizm meyllərini bu və ya digər formada dəstəkləyərək yeni təxribatlara rəvac verir. Yalnız bu yay ərzində Ermənistan 3 dəfə təxribat törədib və hər dəfə də yerlə - yeksan edilib. Amma kənar təşviqlər ermənilərə reallığı anlamağa imkan vermir, nəticədə İrəvan da, erməni xalqı da uçuruma doğru yuvarlanmaqdadır".

Deputat qeyd edib ki, hər şeyə rəğmən, biz ən qısa müddətdə yekun sülhün bərqərar olmasını arzulayırıq və bu prosesdə vətəndaş cəmiyyəti institutlarının aktivliyini zəruri hesab edirik: "Lakin yayılan son müraciətin niyyətini sülhə yönəlik çağırış yox, Azərbaycana qarşı informasiya müharibəsinin bir hissəsi hesab edirəm. Azərbaycanı təcavüzdə ittiham edərək "Sülh çağırışı" na imza atan hər bir azərbaycanlı xəyanətkar nihilistdir, revanşist erməni maraqlarına xidmət etməklə sülh və sabitlik üçün təhdiddir. Vətəndaş cəmiyyəti nümayəndəsinin vəzifəsi qarşılıqlı etimad mühitini formalaşdırmaqdır, bu insanlar isə torpağını qoruyub şəhadətə ucalanların özünü təcavüzkar hesab etməklə bağışlanmaz xainlik edirlər. Əlbəttə, bu tip dalğaların olacağı aydın idi. Xatırlayırsınızsa, müharibə zamanı antimilli ünsürlər bu istiqamətdə, eyni tezis üzrə açıq şəkildə Azərbaycan dövlətinə, ordusuna böhtanlar yağdırıb bizi təcavüzkarlıqda günahlandırırdılar. Bu gün isə daha hiyləgər taktika seçərək sülh çağırışı fonunda Azərbaycan ordusu təcavüzkar ordu adlandırılır. Mən hesab edirəm ki, Azərbaycan cəmiyyəti bu məsələyə dair mövqeyini ifadə etməlidir"./Qafqazinfo


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2191   Tarix: 02 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda ər-arvad qətlə yetirildi

Bakıda qətl hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə mayın 25-i səhər saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən mənzillərin birində qeydə alınıb. Qarət məqsədilə evə daxil olan naməlum şəxs ev sahibləri - 1946-cı il təvəllüdlü Sabir Əliyev və həyat yoldaşına bıçaql

25 may
.

Azərbaycanlı qadın 7 yaşlı oğlunu qətlə yetirdi

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Bolnisi rayonunda azərbaycanlı qadın övladını qətlə yetirib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, 42 yaşlı Svetlana Əhmədova 7 yaşlı oğlu F.Əhmədova qayçı ilə zərbələr endirərək onu qətlə yetirib

2 iyun
.

Azərbaycanda qadın tiktoker insan alverinə görə HƏBS OLUNDU

Sosial şəbəkələrdə "Enoor" adı ilə tanınan Elnar Quliyeva cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, o, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Elnar Quliyevaya qarşı Cinayə

11 aprel
.

Əli Kərimlinin HƏBS MÜDDƏTİ uzadıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti uzadılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmə cinayət işi üzrə əlavə sübutların toplanmasının zəruriliyini nəzərə alaraq vəsatəti təmin edib. Qərar

10 iyun
.

Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu

Bu gün səhər saatlarında paytaxtın Binəqədi rayonunda ər və arvadı bıçaqlanıb. -a istinadən xəbər verir ki, Biləcəri qəsbəsində yerləşən mənzildə 1971-ci il təvəllüdlü kişiyə və 1978-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla xəsarət yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən, xəsarət alan şəxsləri

2 aprel
.

Əməliyyat zamanı qohumunun ölümünə səbəb olan həkim barədə SON QƏRAR

Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən həkim, "AzE Estetik Mərkəzi"nin direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi ilə bağlı yekun qərar elan edilib. -ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsind

13 aprel
.

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Respublika Perinatal Mərkəzində körpələrin öldüyü yanğınla bağlı açılan cinayət işi üzrə ittiham olunan mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva 7 il 3 ay müddətə azadlıqdan məhrum edilib. "Report"un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanı

4 iyun
.

Psixiatriya xəstəxanasında ölən Miri ilə bağlı - Həbs edilən var

Aprel 4-də Gəncə Şəhər Psixiatriya Xəstəxanasında müalicə alan 1992-ci il təvəllüdlü Miri İsmayılovun ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya məlumat verilib. Qeyd edili

22 aprel
.

Tut ağacından yıxılıb öldü

Gəncə sakini ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsi AKTA 6 ünvanında baş verib. Belə ki, 62 yaşlı Bəhram Aslanov tut ağacından yıxılıb və hadisə yerində vəfat edib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb

13 iyun