Prezident: "Azərbaycan ilə Koreya arasında dostluq münasibətlərinin hazırkı vəziyyəti məmnunluq doğurur"
Azərbaycan Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Yun Sok Yola təbrik məktubu göndərib.
Prezident.az xəbər verir ki, məktubda deyilir:
"Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Koreya arasında dostluq münasibətlərinin hazırkı vəziyyəti məmnunluq doğurur. Ötən dövr ərzində dövlətlərarası əlaqələrimiz yüksələn xətlə inkişaf etmiş, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımız dərinləşmişdir.
Koreya şirkətləri Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsində uğurla iştirak edirlər. Bu gün ölkəmizin işğaldan azad olunmuş ərazilərində aparılan əsaslı bərpa və yenidənqurma işləri əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün əlverişli şərait yaradır. İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Koreya əlaqələrinin mövcud potensialından səmərəli istifadə edərək qarşılıqlı fəaliyyətimizin daha da inkişafına nail ola bilərik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Koreya Respublikasına daim əmin-amanlıq və rifah diləyirəm".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb