Putin cəbhə xəttinə "nüvə qatarı" göndərdi
Rusiya Prezidenti Vladimir Putin, çox güman ki, Ukrayna yaxınlığında nüvə silahını sınaqdan keçirməyi planlaşdırır.
Məlumata görə, bunun üçün o, cəbhə xəttinə "nüvə qatarı" göndərib.
Vladimir Putin açıq şəkildə ifadə edib ki, Rusiyanı müdafiə etmək üçün nüvə silahından istifadə etməyə hazırdır. Şiddətli döyüşlərin getdiyi Ukraynanın dörd bölgəsinin ilhaqından sonra bu gərginlik daha da artıb.
Məlumatlara görə, "BPM-97" zirehli maşınlarından və digər hərbi texnikadan ibarət karvan Rusiyanın mərkəzi ərazisindən keçib.
Bildirilir ki, mina əleyhinə silahların daxil olduğu bu mürəkkəb kompleks Rusiya ordusunun 12-ci Baş İdarəsinə məxsusdur. Bu idarə isə nüvə silahının mərkəzi anbarlarını idarə edir.
Polşalı hərbi analitik Konrad Muzıka qeyd edib ki, bu qatar nüvə sursatı, onun saxlanması, daşınması və müvafiq bölmələrə verilməsinə cavabdehdir.
"Bu, nüvə silahlarının cəbhəyə daşınması anlamına gələ bilər. Həmçinin Putinin Qərbi təhdid etmək və qorxutmaq cəhdi kimi dəyərləndirilə bilər", - deyə hərbi analitik qeyd edib.
Muzıka öz "Twitter" hesabında qatarın təsviri ilə bağlı şərh verib. "Bu o deməkdir ki, bu videoda nüvə partlayışına hazırlıq nümayiş olunur? Tam şəkildə belə deyil. Başqa və daha çox ehtimal olunan səbəblər var", - deyə o əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1883 Tarix: 04 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını pisləyib
İran Xarici İşlər Nazirliyi Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını qətiyyətlə pisləyərək, bu addımın BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olduğunu bildirib. xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Qüdsün Fələstin ərazisinin ayrılmaz hissəs
16 oktyabrİstanbulda leysandan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb
Türkiyənin İstanbul şəhərində aramsız yağışlardan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb. "Report" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd olunub ki, iki gündür axtarışları davam edən 4 itkin şəxsdən daha birinin nəşi sel sularından çıxarılıb və bununla da ölənləri
16 oktyabrAvropada təhlükəli virus yayılır - 130 nəfər öldü
Avropa ölkələrində ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusuna yoluxma halları rekord səviyyəyə yüksəlib. xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, oktyabrın 7-dək Avropa İttifaqı ölkələrində virusa yerli yoluxma üzrə 1715 hal qeyd
17 oktyabrİrana qarşı yeni sanksiyalar elan etdilər
ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli 16 şəxs və 10 qurumu sanksiya siyahısına daxil edib. Məhdudiyyətlərin İranın beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmağa yönəldiyi bildirilib. Bizim.Media xəbər verir ki, nazirliyin açıqlamasına görə, "İqtisadi Təcrid Əməliyyatı" çərçivəsind
16 oktyabr