Sərəncama götürülən generalların yerlərinə rəis əvəzi TƏYİNATLARI
Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov iki generalın yerinə müavinlərini rəis əvəzi təyin edib.
"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, Şahin Bağırov oktyabrın 1-də səhhəti ilə əlaqədar uzun müddətdir işə çıxmayan Baş Gömrük Mühafizə Xidmətinin rəisi, gömrük xidməti general-mayoru Ələkbərov İsmayıl Ağaqulu oğlunun sərəncama götürülməsi barədə əmr imzalayıb.
Baş Gömrük Mühafizə Xidməti rəisinin birinci müavini, polkovnik Sabir İsmayılov Xidmətə rəis əvəzi təyin olunub.
Şahin Bağırov digər əmrlə Mübariz Mustafayevi Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinə rəis əvəzi təyin edib.
Qeyd edək ki, Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəisi, general-mayor Bəhruz Quliyev bu ilin avqust ayında DGK-nın sədr müavini təyin edilib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1591 Tarix: 04 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən
17 sentyabrŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabr