Oğurladığı 30 litr pivəni içdi, çəlləyini 20 manata satdı, həbs olundu
Bakıda kafedən pivə çəlləyi oğurlayan şəxs yaxalanıb.
Qaynarinfo-nun məlumatına görə, K.N. (şərti) 6 sentyabr 2022-ci il tarixdə, günorta saatlarında C.Naxçıvanski küçəsi 60 ünvanında yerləşən avtoyuma məntəqəsinin yanındakı kafedən içərisində 52 manatlıq 30 litr pivə olan 170 manat dəyərində pivə çəlləyini, 100 manat dəyərində reduktoru və 70 manat dəyərində aşağı reduktoru ilə birlikdə oğurlayaraq, zərərçəkmiş şəxsə ümumilikdə 392 manat məbləğində maddi ziyan vurub.
K.N. 30 litr pivəni içdikdən sonra çəlləyi Dərnəgül ərazisində tanımadığı şəxsə metal kimi 20 manata satıb.
3 oktyabr 2022-ci il tarixdə, saat 16:55 radələrində həmin şəxs saxlanılaraq 24-cü Polis Şöbəsinin əməliyyatçılarına təhvil verilib.
Nizami Rayon Məhkəməsinin hökmü ilə K.N. (şərti) İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2 ay müddətinə inzibati həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 833 Tarix: 05 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncədə türkiyəli iş adamı evində ölü tapıldı - Foto
Gəncədə fəaliyyət göstərən xarici tikinti şirkətlərindən birinin rəhbəri vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə vətəndaşı Mustafa Karabelanın Gülüstan yaşayış massivində yaşadığı evdə meyiti tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. İlkin ehtimallara görə, 4
5 mart"Gənc ailələr maliyyə planlamasını diqqətlə qurmalıdırlar" - AÇIQLAMA
Müşahidələr göstərir ki, ailədaxili maliyyə problemləri təkcə maddi çətinliklərlə məhdudlaşmır, eyni zamanda münasibətlərdə gərginlik yaradır və bəzi hallarda boşanmalara da səbəb olur. Bəs, maliyyə çətinlikləri ailədaxili münasibətlərə və tərəflərin psixoloji durumuna necə təsir edir? Ailələr madd
4 martNaxçıvan Dövlət Universitetində tədris dayandırılıb?
"Naxçıvan Dövlət Universitetində tədrisin dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu barədə -a açıqlamasında universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Aqşin Məhərrəmov məlumat verib. O bildirib ki, hazırda tədris davam edir:. "Tədri
5 martMN: "Naxçıvana edilən bu hücum aktları cavabsız qalmayacaq" - VİDEO
5 mart tarixində İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları həyata keçirilib. Pilotsuz uçuş aparatlarını
5 mart750 əyar qızıl buna görə rəngini dəyişirmiş
750 əyar qızıllar bir müddət istifadədən sonra rəngi qızarır və bu halla qarşılaşan yüzlərlə insan var. -ın məlumatına görə, bunun iki əsas səbəbi var. Birinci səbəb tərkibdir. Belə ki, 750 əyar qızılların tərkibi 75% təmiz qızıl, 25% isə digər metallardan ibarətdir. Digər metallar xaricdən gələn maddələrl
4 mart