Ombudsman Mingəçevirə ilk raket hücumunun ikinci ildönümü ilə bağlı bəyanat yayıb
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Mingəçevirə ilk raket hücumunun ildönümü ilə bağlı bəyanat yayıb.
Ombudsman Aparatından daxil olan mətndə deyilir:
"Bu gün Ermənistan silahlı qüvvələrinin Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla hərbi əməliyyatların aparıldığı bölgədən 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə ilk raket hücumundan iki il ötür.
Ermənistanın Azərbaycanın 100 mindən artıq əhalisi olan və region üçün strateji baxımdan mühüm əhəmiyyət kəsb edən Mingəçevir şəhərini qəsdən raket atəşinə tutması nəticəsində dinc əhali arasında müxtəlif dərəcəli bədən xəsarətləri alanlar olmuş və onlara külli miqdarda ziyan dəymişdir.
Mingəçevir şəhərindəki su anbarının və elektrik stansiyasının Ermənistan tərəfindən xüsusi olaraq hədəfə alınması isə ilk növbədə çoxsaylı insan tələfatının baş verməsinə və Cənubi Qafqaz regionu üçün ciddi ekoloji fəsadların yaranmasına nail olmaq məqsədilə həyata keçirilmişdir.
Bununla bağlı tərəfimizdən beynəlxalq təşkilatlara müraciət edilərək mülki əhalinin yaşamaq, təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüququna qəsd etməklə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, region üçün dərin ekoloji fəlakət riskinin yaranmasına səbəb olan Ermənistanın cinayətkar əməllərindən qeyd-şərtsiz çəkindirilməsinə dair çağırış edilmişdir.
Lakin bütün bunlara baxmayaraq, son dövrlər Ermənistan tərəfi Azərbaycana qarşı genişmiqyaslı hərbi hücumlar həyata keçirməklə, beynəlxalq səviyyədə tanınmış torpaqlarımızda təxribat-diversiya qrupları vasitəsilə çoxsaylı minalar basdırmaqla vəziyyəti gərginləşdirməyə, işğaldan azad edilmiş yaşayış məntəqələrimizdə bərpa-quruculuq işlərini ləngitməyə çalışır, bununla da regionda davamlı sülhün və təhlükəsizliyin təmininə maneə yaratmaqda davam edir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 835 Tarix: 05 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qalmaqallı şəkildə boşandığı ərini paylaşdı - Foto
Model Razi Əliyeva qalmaqallı şəkildə boşandığı həyat yoldaşı Nicat Əliyevin fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, fotoda Nicatın oğlu ilə vaxt keçirdiyi anlar əks olunub. Razi paylaşımına "Ata-bala" şərhini yazıb. Qeyd edək ki, Nicat Əliyev və Razi Əliyeva 2023-cü ildə ailə qurublar
16 oktyabrAzərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA
"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd
18 oktyabrAzərbaycanda yeni qanun qəbul ediləcək
Milli Məclisə yeni qanun layihəsi daxil olub. -ın məlumatına görə, sözügedən sənəd Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti həftə keçirilən iclasında müzakirəyə çıxarılacaq. İclasda "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi müzakirə ediləcək
16 oktyabrAzərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları 6 %-ə yaxın artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 288,4 min sərnişin daşınıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 183,5 min sərnişin və ya 5,9 % çoxdur. 9 ayda bu nəqliyyat növü ilə yükdaşıma 288,
17 oktyabrSuya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış
Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il
16 oktyabrRamiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. "Unikal"a istinadla xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından çıxarılıb. Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını
16 oktyabrPensiya artımı ilə bağlı TARİX AÇIQLANDI
"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd
17 oktyabr