Polisi hansı halda videoya çəkmək olar? - ARAŞDIRMA

Polisi hansı halda videoya çəkmək olar? - ARAŞDIRMASon zamanlar sosial şəbəkələrdə polisə aid videolara tez-tez rast gəlinir. Bəs hansı hallarda polisi videoya çəkmək olar ?

Bu və digər sualların cavabını tapmaq üçün hüquqşünas Şamil Paşayevə müraciət elədik.

Hüquqşünas bildirdi ki, Konstitusiyanın 32-ci maddəsinə əsasən şəxsi həyata müdaxilə yolverilməzdir.
Polisi hansı halda videoya çəkmək olar? - ARAŞDIRMA"Əgər polis yolda xidmət aparırsa, bu şəxsi həyat və ya ailə həyatı sayılan məlumatlar deyil. Xidmətin aparılmasını düzgünlüyünü müəyyən etmək üçün vətəndaşların polisi və ya digər vəzifəli şəxsləri videoya çəkmək ixtiyarı var. Burda heç bir qanun pozuntusu yoxdur, buna görə sizi cərimələyə bilməzlər".

"Sosial şəbəkələrdə yol polisi əməkdaşları ilə bağlı bir sıra videogörüntülərin əksəriyyətində xidmət aparan polis əməkdaşlarının heç bir qayda pozuntusuna yol vermədiyi halda xidməti başında lentə alındıqları aydın görülür".

Bu sözləri BDYPİ-ninin İctimaiyyətlə əlaqələr Şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev açıqlamasında deyib.

O bildirib ki, sürücü və sərnişinlərin bir qismi heç bir qayda pozuntusu törətməyən DYP əməkdaşılarını və ya patrul avtomobillərini çəkərək onlara səsli şərh verirlər:
"Görünən odur ki, onlar bunu etməklə polis əməkdaşlarının hansısa bir qanunsuz əmələ yol verdiyi təəsüratını yaratmağa çalışırlar. Araşdırmalar onu göstərir ki, bu kimi hərəkətlərə yol verən şəxslərin çoxu törətdikləri qayda pozuntularına görə inzibati məsuliyyətə cəlb olunan şəxslərdir. Görünür onlar bu yolla DYP əməkdaşlarından əvəz çıxmağa çalışırlar. Ancaq əlbətdəki bu düzgün bir yanaşma deyil. Onlar bilməlidirlər ki, DYP əməkdaşları tərəfindən edilən hər bir xəbərdarlıq, tərtib edilən hər bir protokol onların təhlükəsizliyi naminə edilir. Əgər qayda pozuntusu vaxtında aşkar edilib tədbir görülməsəydi bəlkə də həmin o sürücü hansısa bir yol-nəqliyyat hadisəsinin iştirakçısına çevrilə bilərdi.
Polisi hansı halda videoya çəkmək olar? - ARAŞDIRMAQeyd olunan videogörüntülərinin digər bir qismi isə özünü bloger adlandıran şəxslər tərəfindən çəkilir ki, onlar da böyük ehtimal bunu oxucu kütləsinin diqqətini cəlb etmək məqsədilə edirlər.
Təəssüf doğuran məqam isə odur ki, hadisələr konteksdən çıxarılır. Çünki, çəkilən kadrlar tam paylaşılmır. Çəkilişi aparan şəxslər özlərinin səhvini ifşa etmək istəmirlər. Həmin şəxslər görüntünü montaj etməklə özlərinə sərf edən dialoqları paylaşmaqla özlərini dırnaq arası qalib hesab edirlər. Lakin unudurlar ki, daxil olan bütün şikayətlər, müraciətlər tərəfimizdən obyektiv şəkildə araşdırılır.
Həmin videogörüntülərin çoxuna baxanda görünür ki, həmin şəxslərin əksəriyyəti məsuliyyətdən yayınmaq məqsədilə o çəkilişləri aparırlar. Onlar təzyiq göstərmək üçün bu işə əl atırlar. Amma yol patrul xidməti haqqında təlimatda konkret göstərilir ki, yol patrul xidməti inspektorları xidmətdə olarkən, qayda pozuntusuna yol verən avtomobili saxladığı andan kamera işlək vəziyyətdə olmalıdır və sürücü ilə bütün danışıqlar kamera vasitəsilə qeydə alınmalıdır. Hətta vətəndaş o çəkilişi aparmasa belə, yol patrul xidməti avtomobilində bu çəkiliş aparılır.
Qanunvericiliklə nəzərdə tutulmuş qaydada sürücü ilə əməkdaş arasında baş verən insidentin araşdırılması məqsədilə çəkiliş aparılırsa, onsuzda bu materiallar bizdə olur, şikayətçı tərəfin iştirakı ilə həmin gürüntülərə onun iştiraki ilə baxış keçirilir, eyni zamanda məhkəmə və digər orqanlarda aparılan araşdırma zamanı həmin görüntülər tərəfimizdən aidyyatı qurumlara təqdim edilir. Yaxşı bəs belə olduğu halda sual yaranır ki, niyə kimlərsə tərəfindən belə görüntülərin çəkilərək paylaşılmasına ehtiyac duyulur? Deməli burada məqsəd başqadır.Mən belə hesab edirəm ki, bu məqsəddə hər birimiz üçün aydındı və həmin videogörüntülərlə bağlı yazılmış şərhlərə diqqət yetirsək görərik ki, vətəndaşlarımız polislərə öz dəstəklərini bir daha göstərirlər və həmin görüntülərin nə məqsədlə çəkildiyini bildiklərini ifadə edirlər".
Eyni zamanda onuda qeyd etmək istəyirəm ki, əgər belə hallar müəyyən olunarsa ki, sürücü qayda pozuntusuna görə saxlanılıb, lakin yol patrul xidməti inspektoru sürücünün videoçəkiliş aparmasını görərək onun qayda pozmasına göz yumub, barəsində heç bir inzibati tədbir görməyib, həmin hallarda bizim əməkdaşlar intizam məsuliyyətinə cəlb olunur. Bilinməlidir ki, belə üsullara əl atmaqla heç bir kəs məsuliyyətə cəlb olunmaqdan yayına bilməz"
AYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 8514   Tarix: 06 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda "The World of Adrenaline" adlı yeni beynəlxalq sirk proqramı başlayır

Oktyabrın 17-dən etibarən Circus Sea Breeze arenasında ilin ən həyəcanlı və ekstremal sirk proqramlarından biri - "The World of Adrenaline" tamaşaçılara təqdim olunacaq. xəbər verir ki, yeni beynəlxalq proqram əsl sirk sənətinin ən təsirli nömrələrini bir araya gətirərək tamaşaçılara sürət

16 oktyabr
.

Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq

Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahə

17 oktyabr
.

Dərslərin başlama saatı DƏYİŞDİRİLƏ BİLƏR

Son illərdə dünya təhsil sistemində, xüsusilə də yeniyetmələrin bioloji ritmləri və sağlamlığı nəzərə alınmaqla, dərslərin başlama saatının gecikdirilməsi müzakirə olunan məsələlərdən birinə çevrilib. Belə ki, dərslərin saat 08:00 əvəzinə 09:00-da və ya daha gec başlaması, eləcə də növbəli təhsil sistemini

18 oktyabr
.

UŞAQLI AİLƏLƏR HANSI SOSİAL ÖDƏNİŞLƏRDƏN YARARLANA BİLƏR? - Müavinətlərin məbləği və şərtləri

Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti

18 oktyabr
.

Uşağı olanlara ŞAD XƏBƏR: 600 manat və aylıq müavinət verilir - Müraciət QAYDASI

Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti

18 oktyabr
.

Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, onlardan 1030-da

17 oktyabr
.

Bazarda meyvə-tərəvəz ucuzlaşdı

Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz

17 oktyabr
.

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları 6 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 288,4 min sərnişin daşınıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 183,5 min sərnişin və ya 5,9 % çoxdur. 9 ayda bu nəqliyyat növü ilə yükdaşıma 288,

17 oktyabr
.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

18 oktyabr