Prokurorluq Puqaçovanın fəaliyyətini araşdıra bilər
Rusiyanın Xalq artisti Alla Puqaçovanın sonuncu paylaşımından sonra onun çirkli pulların yuyulması, nifrət və düşmənçiliyə sövq etməyə görə yoxlanılması tələb olunur.
Axşam.az xəbər verir ki, "Rusiya veteranları" hərəkatının rəhbəri İldar Rezyapov bununla bağlı müraciət yayımlayıb.
"Alla Borisovnanın bütün hərəkətləri ictimai narazılığa səbəb olur. O, məqsədyönlü şəkildə reallığa uyğun gəlməyən məlumatları yayır və bunlar ölkənin Silahlı Qüvvələrinin gözdən salmaq xarakteri daşıyır" deyə, müraciətində qeyd olunub.
Həmçinin, bəyanatda Puqaçovanın Rusiyadakı fəaliyyətindən də bəhs edilib və burada qanunsuzluqların ola biləcəyi qeyd olunub:
"O Moskvada diqqət çəkib. Bu, möhtəşəm və əyləncəli bir fəaliyyətdir. Üstəlik, iqtisadi fəaliyyəti də var - emal, konserv. O, Krasnodar diyarında, Həştərxan vilayətində təsisçi kimi qeyd olunur".
Bəyanat müəllifləri Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkindən Puqaçovanın işini şəxsi nəzarətinə götürməyi xahiş ediblər.
Qeyd edək ki, Puqaçova şoumen həyat yoldaşı Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçmüşdü. Daha sonra yalnız övladları ilə Moskvaya qayıdan ifaçı həyat yoldaşının "xarici agent" elan edilməsinin ardından qərara etiraz edib. Bir neçə gün əvvəl isə onun yenidən Rusiyanı tərk edərək İsrailə getdiyi bildirilib.
Bundan başqa, ifaçı sonuncu paylaşımında işlətdiyi "Onlar mülkədar idilər, qul oldular" ifadəsi müzakirələrə səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
Azərbaycanda yeni qanun qəbul ediləcək
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Əli Həsənova yeni vəzifə verilir
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Tələbələr dərs saatlarını özləri seçə biləcəklərmi? Azərbaycanda yeni sistem tətbiq oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu
Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyirlər - AÇIQLAMA
Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək
Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI
Məktəbli forması vacibdir: Məktəbdə hər kəs vahid qaydaya əməl etməlidir!