Dörd şagirdli məktəbin müəllim-direktoru təəssüratlarını DANIŞDI - FOTO
Məleykə İbrahim qızı Abbasova Qusarın Nəcəfkəndoba kənd orta məktəbinin həm müəllimi, həm də direktorudur.
Sonxeber.az xəbər verir ki, Məleykə xanım "bizim.media"ya bildirib ki, məktəbdə 1-ci, 2-ci və 3-cü sinif şagirdləri üçün komplektləşdirilmiş bir sinif və cəmi 4 şagird var.
Məleykə müəllimə 2019-cu ildə Azərbaycan Pedaqoji Universitetinin Quba filialının "ibtidai təhsil metodikası" fakültəsini bitirib.
2020-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak edib və müsabiqədən uğurla keçərək Qusarın Nəcəfkəndoba kənd ibtidai məktəbinə təyinat alıb.
O, ucqar kənddə işləməyin çox maraqlı olduğunu qeyd edib:
"Düzdür, çətinliklər var,məktəbdə şərait o qədər də yaxşı deyil, informasiya texnologiyalarından uzağıq, amma,adam burda rahat olur, darıxmır. Balacaların üzündəki təbəssüm və saf baxışları adamın öyrətmək həvəsini daha da artırır. İnsan özü burda həm həyat sürür, həm bilik öyrədir, bununla yanaşı özü də həyatı öyrənir".
Tədris zamanı dərsi şagirdlərə mükəmməl izah etməyi prioritet hesab edən gənc müəllim yeri gələndə müxtəlif üsullardan istifadə etməyi də unutmur.
Müəllim deyir ki, özü ləzgi olduğundan ləzgidilli uşaqlara dərs keçmək çətin olmayıb:
"Amma bu, əsas deyil. Mən müsabiqə nəticələrinə görə diğər rayonların ucqar kəndlərinə yollansaydım belə, balacalara eyni həvəslə dərs keçərdim. İşləyən müəllim üçün məkanın və kəndin heç bir fərqi olmamalıdır.Əsas peşəni sevməli və üzərində işləməlisən ki, qarşındakı balacalar səndən çox şey öyrənə bilsin".
Məleykə Abbasova Qusarın Piral kəndində doğulub, işlədiyi kənd doğulduğu kənddən 25 kilometrdən artıq məsafədə yerləşdiyindən dövlət tərəfindən 190 manat məbləğində həvəsləndirici vəsait alır, bu vəsaiti isə o, kirayə mənzil haqqı üçün ödəyir.
Qusarın 26 yaşlı gənc müəllimi və direktoru paytaxtda qalıb rahat iş axtaran gənc həmkarlarına da səslənərək onları rayonda işləməkdə daha maraqlı olmağa çağırdı.





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1786 Tarix: 06 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahə
17 oktyabrAzərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib
18 oktyabrBu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür. Report-a istinadən xatırladır ki, oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyat
17 oktyabrBazarda meyvə-tərəvəz ucuzlaşdı
Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz
17 oktyabrXudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndlər
18 oktyabrAzərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Aparıcı Lalə Azərtaş sosial şəbəkə hesabında paylaşdığı videoda son günlər gündəmdə olan hadisələrlə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, aparıcı paylaşımında izləyicilərindən mövzu ilə bağlı çoxsaylı suallar və mesajlar aldığını bildirib. O, baş verənlər fonunda Azərbaycanın daxili işlərinə müdaxil
17 oktyabrBu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO
UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki
17 oktyabrAzərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind
18 oktyabr