"Xocavənddə bu insanlar niyə öldürülüb, həm də qəsdən!?" - AÇIQLAMA

"Xocavənddə bu insanlar niyə öldürülüb, həm də qəsdən!?" - AÇIQLAMA"Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi yeni məzarlığın aşkar edilməsi Ermənistanın beynəlxalq humanitar hüquqa aşkar hörmətsizliyinin və dövlət səviyyəsində bu cinayətləri dəstəkləməsinin növbəti sübutudur. Bu kütləvi məzarlıqların hər biri özlüyündə sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə, şəxsiyyət əleyhinə olan cinayətlərin məcmusu deməkdir. Bu insanlar niyə öldürülüb, həm də qəsdən!? Sadə bir cavabı var, azərbaycanlı olduqları üçün. 1948-ci il 9 dekabr tarixli Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın 2-ci və Azərbaycan Cinayət Məcəlləsinin 103-cü maddəsində ifadə olunduğu kimi, hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədi ilə onların öldürülməsi soyqırım hesab olunur".

Bu barədə Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov açıqlama verib.

O bildirib ki, kütləvi şəkildə dəfn olunanların demək olar ki, hamısı əsirlikdə olublar və onlar silahsız, müqavimət göstərmək imkanları olmadığı halda vəhşicəsinə qətlə yetiriliblər.
"Edillidə son aşkaralanan kütləvi məzarlıqda adi gözlə skletlər üzərində bu vəhşiliklərin izlərini görmək olur. Bu isə Müharibə qanunlarını və adətlərini, o cümlədən silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq norma və prinsiplərini, daha konkret desək, "Hərbi əsirlərlə rəftara dair", o cümlədən "Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında" Cenevrə Konvensiyaları və 1977-ci il Əlavə Protokolların köklü pozuntusu kimi məsuliyyəti labüd edir.
Amma təəsüf ki, beynəlxalq ictimaiyyət, bu məsələdə lazımi həssaslığı göstərməyərək ikiüzlü riyakar münasibət sərgiləməkdədir. Baxmayaraq ki, beynəlxalq hüquq konkret şəkildə tələb edir ki, qeyd etdiyimiz əməllərdən hər hansı birini törətmiş şəxs konstitusiya ilə məsul rəhbər, rəsmi və ya fərdi şəxs olmasından asılı olmayaraq cəzalandırılmalıdır. Yəni hüquq da ədalət də tələb edir ki, bu cinayətləri törədən erməni hərbiçiləri, Ermənistanın o zamankı hərbi siyasi rəhbərliyi, o cümlədən həmin cinayətlərə göz yuman, kütləvi məzarlıqların koordinatlarını gizlətməklə cinayətləri ört-basdır etmək istəyən, cəzasızlıq mühiti ilə yeni cinayətlərə rəvac verən, bugünkü hay hakimiyyəti də məsuliyyətə cəlb olunmalıdır. Amma real mənzərəyə baxsaq, dünya erməni vandalizmi, barbarlığını görməzdən gəlir. Bu isə o deməkdir ki, necə ki Azərbaycan öz imkanları hesabına BMT qətnamələrinin icrasına hərbi-siyasi yolla 44 günlük savaşda özü nail oldu, bu canilərin cəzandırılmasını da biz özümüz reallaşdırmalıyıq. Əks halda Ermənistan terror siyasətini davam etdirməklə bölgədə yeni faciələrə yol açmaqda davam edə bilər".
AYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3169   Tarix: 07 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq

Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahə

17 oktyabr
.

AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qənd alarkən yalnız məhsulun qiymətinə, rənginə və qablaşdırılmasına deyil, onun keyfiyyətinə və təhlükəsizliyinə də diqqət yetirmək vacibdir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi "№1", "Kəhrəba" və "Nabat" əmtəə nişanlı qənd məhsullarında kükürd dioksidin miqdarını

16 oktyabr
.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

18 oktyabr
.

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür. Report-a istinadən xatırladır ki, oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyat

17 oktyabr
.

Bazarda meyvə-tərəvəz ucuzlaşdı

Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz

17 oktyabr
.

Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür

Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndlər

18 oktyabr
.

Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi

Aparıcı Lalə Azərtaş sosial şəbəkə hesabında paylaşdığı videoda son günlər gündəmdə olan hadisələrlə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, aparıcı paylaşımında izləyicilərindən mövzu ilə bağlı çoxsaylı suallar və mesajlar aldığını bildirib. O, baş verənlər fonunda Azərbaycanın daxili işlərinə müdaxil

17 oktyabr
.

Bu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO

UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki

17 oktyabr
.

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind

18 oktyabr