İtkin hərbçilərə şəhid statusu nə vaxt verilir? - AÇIQLAMA - FOTO

İtkin hərbçilərə şəhid statusu nə vaxt verilir? - AÇIQLAMA - FOTO44 günlük Vətən müharibəsində itkin düşən altı Azərbaycan hərbçisinin taleyi ilə bağlı hələ də məlumat yoxdur. Müharibənin bitməsindən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, hərbçilərin axtarışı nəticə verməyib və onlar itkin düşmüş şəxs kimi qeydiyyata alınıblar.

Bəs hərbçilərimizin taleyi məlum olmadığı halda, onlara nə qədər müddətdən sonra şəhid statusu verilə bilər?

BAKU.WS xəbər verir ki, bununla bağlı Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, altı hərbçiyə şəhid statusunun verilməsi məhkəmə qaydasında təsdiqlənməlidir:
İtkin hərbçilərə şəhid statusu nə vaxt verilir? - AÇIQLAMA - FOTO"Məhkəmə qaydasında onların itkin olmağı barədə qərar çıxarılandan sonra şəhid statusunun verilməsi rəsmiləşdirilir. Bununla bağlı müəyyən edilən vaxt müddəti, adətən, altı aydır. Bu müddət ərzində hərbçinin sağ və ya vəfat etmiş olması haqqında məlumat yoxdursa, Müdafiə Nazirliyi müraciət etməli, məhkəmə isə müvafiq prosedura uyğun qərar verməlidir".

Musa Quliyev azad edilmiş ərazilərdə kütləvi məzarlıqların, insan qalıqlarının tapılmasından da danışıb. Komitə sədri vurğulayıb ki, azad edilmiş ərazilərdə tapılan insan qalıqları arasında itkin hesab edilən hərbçilərimizə aid nümunələr də ola bilər:

"Əgər onların hansısa şəkildə qalıqları tapılarsa, yenə də şəhid statusunun verilməsinə maneə deyil. Məhkəmə qaydası ilə öldüyü təsdiq olunan itkin hərbçilər şəhid sayılacaqlar. Amma arzu edək ki, onların sağ olduğu haqqında xəbərlər gəlsin".

Qeyd edək ki, rəsmi məlumata görə, 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixlərində davam etmiş Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin altı hərbi qulluqçusu itkin düşmüş hesab olunur.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, itkin düşən altı hərbçidən dördü əsgər, biri MAXE, biri zabitdir.

"İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir", - deyə Dövlət Komissiyasının məlumatında deyilir.

İtkin hesab olunan hərbi qulluqçular 2001-ci il təvəllüdlü MAXE Mehdiyev Asim Yaqub oğlu, 1998-ci il təvəllüdlü leytenant Vəlizadə İbrahim Səməd oğlu, 1997-ci il təvəllüdlü əsgər Qədirli Elnur Rəcəb oğlu, 1996-cı il təvəllüdlü əsgər Salamov Qorxmaz Bayram oğlu, 1995-ci il təvəllüdlü əsgər Feyzullayev Aydın Zakir oğlu, 1991-ci il təvəllüdlü əsgər Səfərli Xəqani İlqar oğludur.

Xatırladaq ki, 2020-ci ilin Vətən müharibəsində Azərbaycanın 2908 hərbi qulluqçusu şəhid olub.
İtkin hərbçilərə şəhid statusu nə vaxt verilir? - AÇIQLAMA - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1642   Tarix: 06 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda "The World of Adrenaline" adlı yeni beynəlxalq sirk proqramı başlayır

Oktyabrın 17-dən etibarən Circus Sea Breeze arenasında ilin ən həyəcanlı və ekstremal sirk proqramlarından biri - "The World of Adrenaline" tamaşaçılara təqdim olunacaq. xəbər verir ki, yeni beynəlxalq proqram əsl sirk sənətinin ən təsirli nömrələrini bir araya gətirərək tamaşaçılara sürət

16 oktyabr
.

Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq

Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahə

17 oktyabr
.

Dərslərin başlama saatı DƏYİŞDİRİLƏ BİLƏR

Son illərdə dünya təhsil sistemində, xüsusilə də yeniyetmələrin bioloji ritmləri və sağlamlığı nəzərə alınmaqla, dərslərin başlama saatının gecikdirilməsi müzakirə olunan məsələlərdən birinə çevrilib. Belə ki, dərslərin saat 08:00 əvəzinə 09:00-da və ya daha gec başlaması, eləcə də növbəli təhsil sistemini

18 oktyabr
.

UŞAQLI AİLƏLƏR HANSI SOSİAL ÖDƏNİŞLƏRDƏN YARARLANA BİLƏR? - Müavinətlərin məbləği və şərtləri

Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti

18 oktyabr
.

Uşağı olanlara ŞAD XƏBƏR: 600 manat və aylıq müavinət verilir - Müraciət QAYDASI

Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti

18 oktyabr
.

Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, onlardan 1030-da

17 oktyabr
.

Bazarda meyvə-tərəvəz ucuzlaşdı

Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz

17 oktyabr
.

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları 6 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 288,4 min sərnişin daşınıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 183,5 min sərnişin və ya 5,9 % çoxdur. 9 ayda bu nəqliyyat növü ilə yükdaşıma 288,

17 oktyabr
.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

18 oktyabr