Məşhur restoranlar şəbəkəsinin qurucusu evsiz qaldığını dedi, möhkəm tənqid olundu - FOTO/VİDEO
"Papa John's" pizza restoranları şəbəkəsinin qurucusu Con Şnatter Florida ştatında tüğyan edən "İan" qasırğası səbəbindən evlərindən birini itirdiyini bildirib. Sosial şəbəkə istifadəçiləri sahibkarı bu sözlərinə görə sərt şəkildə tənqid ediblər.
Məlumata görə, Şnatterin ölkə daxilində 20-yə yaxın mülkü var, onlardan biri - altı milyon dollar dəyərində olduğu bildirilən mülk Neypls şəhərində (Florida, ABŞ) yerləşir. Sahibkar həmin bu mülkünün qasırğadan ciddi ziyan gördüyünü açıqlayıb.
"Bütün bunların nə qədər dəhşətli olduğunu təsəvvür belə, etmirsiniz. Mən Floridadakı insanlar üçün çox təəssüflənirəm. Bəli, mən evimi itirdim, lakin onlar hər şeylərini itirdilər", - deyə Şnatter bildirib.
Bununla belə, "Papa John's"un qurucusunun sözləri birmənalı qarşılanmayıb.
"Bəli, mən evimi itirdim, amma narahat deyiləm, çünki 600 milyonum var və binalarımı sığorta etməyə gücüm çatır... O, çox gülünc görünür", - deyə sosial şəbəkə istifadəçilərindən biri deyib. Digər internet istifadəçiləri də sahibkarın səmimiyyətinə inanmayıblar. Onlarla insanın həyatını itirdiyi fəlakətdən danışarkən sahibkarın zərər görən evini qabartması tənqidlə qarşılanıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1321 Tarix: 06 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xəzərdən daha böyük dənizlər: Yerə bənzəyir, amma...
NASA-nın məlumatına görə, Saturnun peyki Titan Yer istisna olmaqla, Günəş sistemində səthində daimi maye mövcud olan yeganə məlum səma cismidir. Ekstremal şəraitə baxmayaraq, burada Yerinkinə bənzər tam hidrologiya dövranı fəaliyyət göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "SpaceDaily"
13 iyulAbbas Əraqçi ABŞ-nin sanksiyalarına etiraz edib
ABŞ Maliyyə Nazirliyinin İranla əlaqəli olduğu ehtimal olunan şəxs və şirkətlərə qarşı sanksiya tətbiq etməsi Tehranda etirazla qarşılanıb. "Report" xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi buna görə ABŞ-ni İslamabad Anlaşma Memorandumunu pozmaqda günahlandırıb. "Qarşılıql
12 iyulRusiyada balıqçılar adam boyda tunes tutublar - FOTO
Rusiyalı balıqçılar Saxalin sahillərində insan boyda orkinos (tunes) balıqları tutublar. bu barədə "Amur Mash" "Telegram" kanalına istinadən xəbər verir. Balıqçılar bir gün ərzində üç nəhəng orkinos yaxalayıblar. Onlardan biri tilovu qıraraq dənizə qayıtmağa müvəffəq olub. Balıqçıla
12 iyulHakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər
ABŞ ilə İran arasındakı hərbi toqquşmalar daha geniş əraziyə yayıla bilər. "Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber"ə müsahibəsində deyib. "Əraqçi (İranın xarici işlər naziri Abbas Əraqçi) zəng vurdu və bu mövzuda telefonla danışdıq"
12 iyulÇin Ayda naqilsiz enerji ötürməyi təklif edir - Yeni texnologiya
Çin alimləri Ayda elektrik enerjisinin naqillərdən istifadə olunmadan ötürülməsini mümkün edə biləcək yeni konsepsiya hazırlayıblar. Bu yanaşmanın gələcəkdə Ayın cənub qütbündə aparılacaq elmi tədqiqat missiyalarının enerji təminatını xeyli asanlaşdıra biləcəyi bildirilir. Qaynarinfo xəbər verir ki
13 iyulBu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)
Britaniyalı müğənni Endi Gibb 1978-ci ildə təqdim olunan "Shadow Dancing" mahnısı ilə musiqi tarixinin ən uğurlu hitlərindən birinə imza atıb. Qaynarinfo xəbər veror ki, "Zlote Przeboje" nəşrinin yazdığına görə, mahnının nəqarəti cəmi bir neçə dəqiqə ərzində yazılıb və qısa müddətd
15 iyulTrampın təşəkkür etdiyi məhbusun kimliyi məlum olub
İranın sərbəst buraxdığı və buna görə ABŞ Prezidenti Donald Trampın Tehrana təşəkkür etdiyi şəxsin kimliyi açıqlanıb. İran mediasına istinadən xəbər verir ki, söhbət İran-Amerika ikili vətəndaşlığı olan Dena Kərraridən gedir. Bildirilib ki, Dena Kərrari 2024-cü ilin dekabrında ailəsini ziyarət etmə
16 iyulKral ailəsi qələbəyə belə sevindi - Video
İspaniya millisinin 2026-cı il dünya çempionatının finalına yüksəlməsi ölkədə böyük sevinc yaradıb. "Qafqazinfo" xəbər verir ki, kral ailəsinin də İspaniyanın DÇ-nin finalına vəsiqə qazanmasını sevinclə qarşıladığını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, Kral V
15 iyul