ABŞ-ın vitse-prezidenti qəzaya düşüb: Şübhəli məqamlar var
ABŞ-ın vitse-prezidenti Kamala Harrisin korteji Vaşinqtonun mərkəzində qəzaya düşüb.
Hadisə bazar ertəsi, oktyabrın 3-də baş versə də, onun təfərrüatı barədə yalnız indi açıqlama verilib.
Harrislə məxfi xidmət agentinin olduğu avtomobil şəhərin mərkəzində bordyura çırpılıb. Adının açıqlanmasını istəməyən şəxslər bildiriblər ki, avtomobilin təkərinin dəyişdirilməsinə ehtiyac yaranıb və kortej dayanıb.
Vitse-prezident kortejin başqa maşınına əyləşdirilib. Agentlər onun təhlükəsiz şəkildə Ağ Evə çatdırılması üçün mümkün tədbirləri görüblər.
Baş verən qəza məxfi xidmət əməkdaşlarını təəccübləndirib. Çünki səfər gündəlik xarakter daşıyırdı, üstəlik prezidenti və vitse-prezidenti müşayiət edən agentlər yüksək hazırlıq səviyyəsinə malikdirlər. Eləcə də Kamala Harris belə bir qəzanın necə baş verə biləcəyi ilə bağlı şübhəyə düşüb.
Məxfi Xidmət hadisə ilə bağlı elektron məlumat ünvanlayıb və rəhbərliyi kortejin gecikməsi ilə bağlı rəsmi şəkildə xəbərdar edib. Lakin məlumatda hadisənin əsas detalları barədə açıqlama verməyib.
Rəhbərliyin bununla bağlı məlumatında bildirilib ki, məxfi xidmətin direktoru Kim Çitl digər agentlərdən hadisə barədə informasiya alıb. Lakin bu informasiya baş verənləri dəqiq şəkildə əks etdirməyib.
"Əslində Harrisin ətrafında olan digər məxfi xidmət agentləri, həmçinin Ağ Ev və Harris özü də bilirdilər ki, sürücü, həqiqətən, tunelin yan divarına çırpılıb. Vitse-prezidentin sözçüsü bildirib ki, Harris onun təhlükəsizliyinin qorunmasına görə etdiyi hər şeyə görə Məxfi Xidmətə minnətdarlığını ifadə edib", - deyə məlumatda qeyd edilib.
Qəza nəticəsində Harris xəsarət almayıb. Tibb işçiləri əminlik üçün Ağ Evdə onu müayinə ediblər./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
Azərbaycanda yeni qanun qəbul ediləcək
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Əli Həsənova yeni vəzifə verilir
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Tələbələr dərs saatlarını özləri seçə biləcəklərmi? Azərbaycanda yeni sistem tətbiq oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu
Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyirlər - AÇIQLAMA
Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək
Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI
Məktəbli forması vacibdir: Məktəbdə hər kəs vahid qaydaya əməl etməlidir!