"Azəriqaz" İB-də vakant yerlərə keçirilən müsahibə mərhələsi yekunlaşmaq üzrədir - VİDEO
SOCAR "Azəriqaz" İstehsalat Birliyi respublikanın ən böyük işəgötürənlərindən biri kimi ölkənin 57 rayon və şəhərində fəaliyyət göstərir. Hazırda Birlikdə 8600 nəfərə yaxın işçi çalışır ki, bunun 62%-ə qədərini fəhlə kateqoriyasına aid olunan işçilər təşkil edir. Əlbəttə ki, ən çox vakant yerlər də bu sahədə yaranır.
Birlik üzrə 2022-2023-cü illər ərzində Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsi üzrə mövcud olan və gələcəkdə yaranması ehtimal edilən vakant yerlərin vaxtında komplektləşdirilməsi məqsədilə elan edilmiş müsabiqənin müsahibə mərhələsi artıq yekunlaşmaq üzrədir. Müsabiqədə iştirak etmək üçün müraciət edən 4606 namizəddən 4495 nəfəri ilkin seçim mərhələsini keçmiş və müsabiqənin növbəti mərhələsində iştirak hüququ əldə etmişdir. 19 sentyabr tarixindən başlayan müsahibələr davam edir və artıq 908 namizədin müsahibəsi yekunlaşmaq üzrədir.
Müsahibələr Birliyin "Başdan ayağa" layihəsi çərçivəsində SOCAR "Azəriqaz" İstehsalat Birliyinin İnsan Resursları Departamentinin rəisi və rəis müavinləri, həmçinin Birliyin strukturuna daxil olan təşkilatların İnsan resursları şöbələrinin rəisləri tərəfindən aparılır. Bütün müsahibələr video çəkiliş ilə sahə üzrə ekspertlərin və insan resursları üzrə mütəxəssislərin iştirakı ilə keçirilir.
Bundan əlavə, SOCAR-ın "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın icrasına dair SOCAR-ın 2022-ci il üçün illik iş planı"nına uyğun olaraq müsahibələrin keçirilməsinə ictimai nəzarətin təmin edilməsi məqsədilə Birliyin İctimai Şurasının üzvləri tərəfindən müsahibələrin gedişi müşahidə edilir.
Qeyd edək ki, müsahibədən uğurla keçən və eyni bal toplayan namizədlər arasında şəhid ailəsinin üzvlərinə, müharibə iştirakçılarına və bu qəbildən olan həssas qruplara aid olunan namizədlərə yerləşdirmə zamanı üstünlük veriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 861 Tarix: 07 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahə
17 oktyabrAzərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib
18 oktyabrBu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür. Report-a istinadən xatırladır ki, oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyat
17 oktyabrBazarda meyvə-tərəvəz ucuzlaşdı
Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz
17 oktyabrXudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndlər
18 oktyabrAzərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Aparıcı Lalə Azərtaş sosial şəbəkə hesabında paylaşdığı videoda son günlər gündəmdə olan hadisələrlə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, aparıcı paylaşımında izləyicilərindən mövzu ilə bağlı çoxsaylı suallar və mesajlar aldığını bildirib. O, baş verənlər fonunda Azərbaycanın daxili işlərinə müdaxil
17 oktyabrBu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO
UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki
17 oktyabrAzərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind
18 oktyabr