Azəristiliktəchizat ASC şirkəti 2022-2023 payız qış mövsümünə hazırlıq və təmir-bərpa işlərini uğurla davam etdirir

Azəristiliktəchizat ASC şirkəti 2022-2023 payız qış mövsümünə hazırlıq və təmir-bərpa işlərini uğurla davam etdirirBakı şəhərində və Respublikanın Regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin, dövlət idarətetmə qurumlarının və digər sosial təyinatlı obyektlərin keyfiyyətli istilik təchizatını təmin etməkdən ibarət olan Azəristiliktəchizat ASC payız-qış mövsümünə hazırlıq işlərini uğurla davam etdirir və illik fəaliyyət planına uyğun olaraq 2022-ci il Oktyabr ayının sonuna bütün hazırlıq və təmir-bərpa işlərini yekunlaşdıracaq.
İstilik mövsümünün başlanılması dağ rayonlarında 1 Noyabr, Bakı şəhəri və digər rayonlarda 15 Noyabr tarixindən nəzərdə tutulur. İstilik mövsümü qanunvericiliklə tənzimlənir və "Azəristiliktəchizatı" ASC qanunvericliyə uyğun olaraq zamanında istilik xidmətini işə salır.
2021-2022-ci il payız qış mövsümü başa çatdıqdan dərhal sonra (15 Aprel 2022-ci ildən etibarən) əvvəlki mövsümün nəticələri, nöqsanlar və abonentlərin müraciətləri, yeni mövsümdə istilik sistemlərinin və infrastrukturunun plan üzrə nəzərdə tutulan təmir-bərpa və nəzarət işləridə daxil olmaqla geniş miqyaslı və kompleks illik fəaliyyət planı hazırlanır və icra edilir. Mövsümə hazırlıqla bağlı şirkətin aidiyyatı funksiyalarının rəhbər şəxslərindən ibarət xüsusi komissiya təsis olunur. Bu çərçivədə 30 Sentyabr 2022-ci il tarixinədək aşağıdakı hazırlıq və təmir-bərpa işləri həyata keçirilib.
• İstilik və isti su xidmətlərinin göstərilməsi üçün istismar edilən 563 qazanxana və 88 istilik məntəqəsinin hamısı təftiş edilib;
• 967 ədəd dirsək, 190 ədəd siyirtmə, 297 ədəd ventil, 3 ədəd nasos yenisi ilə əvəz edilmiş, 41 qazan aqreqatı, 14 ədəd nasos, 190 ədəd siyirtmə, 21 ədəd mühərrik əsaslı təmir olunub;
• 732 ədəd qazan aqreqatı, 1378 ədəd nasos, 8658 ədəd siyirtmə, 674 ədəd mühərrik cari təmir edilib;
• 1002.2 km istilik xətləri hidravliki təzyiqə yoxlanılmış və 9.44 km istilik boru xətləri əsaslı təmir olunub;
• 1048 ədəd qazan aqreqatı, 173 dəst istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənmiş, həmçinin 94 ədəd qazan aqreqatı və 62 istilik mübadilə qurğusu kimyəvi üsulla təmizlənib;
• İstilik xətlərində 2978,43 m2 istilik örtük qatı təmir olunmuş, 538 ədəd qazanda yeraltı və yerüstü tüstü yolları təmizlənmiş, qazanların 710,2 m2 kərpic örtüyü, 471 m2 izolyasiya örtüyü bərpa olunub;
• 447 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib.
Mövsümə hazırlıq və təmir-bərpa dövründə aidiyyəti qurumların iştirakı ilə mütəmadi olaraq Tədbirlər Planının icra vəziyyəti müzakirə olunmuş, zəruri qərarlar qəbul edilmişdir. Şirkətin aidiyyatı funksiyalarının rəhbər şəxslərindən təşkil edilən xüsusi komissiya hazırlıq dövrü ərzində Bakı şəhəri və Respublikanın regionları daxil olmaqla bütün qazanxana və istilik məntəqələrinə nəzarət baxışı həyata keçiriblər.

Azərbaycan Respublikasının Prezidentinin 29 Aprel 2022-ci il tarixli sərəncamına əsasən Azəristiliktəchizat ASC şirkətinin müasirləşdirilməsi və gücləndirilməsi, fəaliyyətinin səmərəliliyin artırılması istiqamətində islahatlar proqramıda uğurla davam etdirilir. Bu çərçivədə islahatlar "Azəristiliktəchizat" ASC-nin müasirləşdirilməsi, səmərəliliyinin artırılması və gücləndirilməsi gəlir və xərclərinin optimallaşdırılması, istilik və isti su təchizatı xidmətlərinin sayğaclaşdırılması, istilik təchizatı sistemlərinin bərpası və istismarı məqsədilə zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi istiqamətində müxtəlilf layihələri əhatə edir. İslahatlar proqramı çərçivəsində şirkətin yeni strategiyası hazırlanması, elektron sənəd dövriyyəsi və digər rəqəmsal həllərin tətbiqi, şirkətin kommersiya fəaliyyətinin genişləndirilməsi üçün yeni xidmət sahələrinin yaradılması, yeni əməliyyat idarəetmə sisteminin qurulması, İT infrastrukturunun təkmilləşdirilməsi, çevik və effektiv ictimaiyyətlə əlaqələr və kommunikasiya işinin qurulması, gənc kadrların şirkətə cəlb olunması kimi təşəbbüslər üzrə işlər başlayıb və davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1335   Tarix: 07 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq

Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahə

17 oktyabr
.

AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qənd alarkən yalnız məhsulun qiymətinə, rənginə və qablaşdırılmasına deyil, onun keyfiyyətinə və təhlükəsizliyinə də diqqət yetirmək vacibdir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi "№1", "Kəhrəba" və "Nabat" əmtəə nişanlı qənd məhsullarında kükürd dioksidin miqdarını

16 oktyabr
.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

18 oktyabr
.

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür. Report-a istinadən xatırladır ki, oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyat

17 oktyabr
.

Bazarda meyvə-tərəvəz ucuzlaşdı

Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz

17 oktyabr
.

Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür

Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndlər

18 oktyabr
.

Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi

Aparıcı Lalə Azərtaş sosial şəbəkə hesabında paylaşdığı videoda son günlər gündəmdə olan hadisələrlə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, aparıcı paylaşımında izləyicilərindən mövzu ilə bağlı çoxsaylı suallar və mesajlar aldığını bildirib. O, baş verənlər fonunda Azərbaycanın daxili işlərinə müdaxil

17 oktyabr
.

Bu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO

UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki

17 oktyabr
.

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind

18 oktyabr