Puqaçovanın nəvəsi səfərbərliyə cəlb olunub?
Rusiyanın Xalq artisti Alla Puqaçovanın nəvəsi, aktyor, müğənni Nikita Presnikovun qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırıldığı iddia olunub.
Axşam.az xəbər verir ki, bu barədə "Пятый канал" məlumat yayıb. Bildirilib ki, 31 yaşlı aktyor teatrda məşqdə olduğu zaman hərbi xidmətə aparılıb.
Lakin məlumat başqa mənbələrdən təsdiqlənməyib. Bundan başqa, teatrın "Звезда" telekanalına səfərbərliklə bağlı yayılan məlumatları təkzib etdiyi bildirilib. Açıqlamada Nikitanın qonaq aktyor olduğu, yalnız tamaşa günü məşqlərdə iştirak etdiyi deyilib. Əlavə edilib ki, o, sonuncu dəfə sentyabrın 21-də tamaşada rol alıb.
Qeyd edək ki, Puqaçova şoumen həyat yoldaşı Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçmüşdü. Daha sonra yalnız övladları ilə Moskvaya qayıdan ifaçı həyat yoldaşının "xarici agent" elan edilməsinin ardından qərara etiraz edib. Bir neçə gün əvvəl isə onun yenidən Rusiyanı tərk edərək İsrailə getdiyi bildirilib. Onun İsrail vətəndaşlığı aldığı iddia olunub.
***
N.Presnyakov özü də səfərbərliyə cəlb olunması ilə bağlı xəbərləri təkzib edərək bunu feyk adlandırıb.

Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1546 Tarix: 07 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını pisləyib
İran Xarici İşlər Nazirliyi Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını qətiyyətlə pisləyərək, bu addımın BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olduğunu bildirib. xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Qüdsün Fələstin ərazisinin ayrılmaz hissəs
16 oktyabrMoskvada bank qarətinin üstü 11 il sonra DNT analizi ilə açıldı
Rusiyanın paytaxtı Moskvada 2015-ci ildə törədilmiş bank qarətinin üstü müasir DNT analizləri sayəsində 11 il sonra açılıb. Şübhəlinin şəxsiyyəti məhkumların planlı genom qeydiyyatı zamanı müəyyən edilib. bu barədə REN TV-yə istinadən xəbər verir. Cinayət 2015-ci ildə Varşava şosesində yerləşən ban
17 oktyabrTürkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
Arxeoloqlar Türkiyə sahillərində yaşı 4400-4700 il olduğu ehtimal edilən, məlum olan ən qədim batmış gəmini aşkar ediblər. Erkən Tunc dövrünə aid gəminin, Böyük Giza piramidasının tikildiyi dövrlə təxminən eyni vaxtda Aralıq dənizi vasitəsilə yük daşıdığı ehtimal olunur. Qaynarinfo xəbər verir ki, b
15 oktyabrLavrov Tehrana səfər edəcək
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da Tehrana işgüzar səfər edəcək. xəbər verir ki, səfər zamanı iranlı həmkarı ilə danışıqlar planlaşdırılır. Danışıqlar zamanı tərəflər İran ətrafındakı vəziyyətə xüsusi diqqət yetirərə
16 oktyabrİlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
Amerikalı milyarder İlon Mask övladının anası Eşli Sent-Kler münasibətləri barədə açıq danışdıqdan sonra ona etdiyi aylıq ödənişləri 20 min dollara qədər azaldıb. xəbər verir ki, bu barədə rejissor Aleks Gibninin oktyabrın 16-da kinoteatrlarda nümayiş olunan "Mask" adlı yeni sənədli filmind
17 oktyabrIMF: Münaqişələr fonunda qlobal iqtisadiyyat üçün risklər mövcuddur
Beynəlxalq Valyuta Fondunun (IMF) üzv dövlətləri silahlı münaqişələr və enerji resurslarının qiymətlərinin artması fonunda iqtisadi çətinliklərlə üzləşən ölkələrə maliyyə dəstəyini genişləndirməyə çağırıblar. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Tailandın paytaxt
17 oktyabr